Bölüm 2

462 52 18
                                    

Əlim,ayağım titrəyirdi,ürəyimin döyüntüsü sürətlənməyə başlayırdı. Yağmur,sakit ol heçnə olmamış kimi davam elə.Yoox!! Bacarmıram!! Niyə axı hər dəfə onu görəndə bu hala düşürəm? Niyə bu üç ildə hislərim dəyişmir axı?Lənətə gələsən!!

Uzaqdan anamı gördü və gülümsünməyə başladı. Anama yaxınlaşıb:
- Salam İlahə xala,necəsiz?

- Yaşıyam,Orxan,sən necəsən bala?

-Yaxşıyam, çox sağolun.

İlahi! Bir insana bu qədər gülmək yaraşar?

- Ramin evdədi? Vacib işim var idi onunla.
(Ramin deyərkən qardaşımı nəzərdə tutur)

- Yox,yoxdu. Atası ilə getdi.Hardasa 1-2 saata gələr yəqin.

-Aha,yaxşı onda, mən özüm onunla əlaqə saxlayaram.

O bizdən ayrılıb getməyə hazırlaşarkən, mən hələ də onun sifətinə mal kimi baxa-baxa qalmışdım.

Bizdən ayrılanda üzümə güldü,göz vurdu və yoluna davam elədi.

Hələ də şokda idim. O mənim üzümə güldü və göz vurdu.Ay Allah,inana bilmirəm. Neçə ildən sonra o belə bir şey etdi.

Üzüm qızarmağa başlasa da onun belə etməyi məni çox sevindirdi. Neçə ildi bir hərəkət gözlədiyin adamın belə etməsi,mənim üçün sözün əsl mənasında möcüzə idi.

Anam üzümün qızardığını görüb:

- Aaa sən niyə qızardın?

-Hə hə şeydi e bilirsən nədən oldu?

Nə axmaq sualdı Ay Allah!!

-Ay bala,mən nə bilim nədən oldu de ki, bilimdə.

-Hə şeydən oldu da şey ee

Dilim artıq əməlli başlı topuq vururdu.

-Ee ay ana,səndə elə sual verirsən ki, nədən olacaq istididə ona görə.

Anam sifətimə elə tərzə baxdı ki, bir anlıq həyatdan küsdüm.

Bazarda olarkən anam bir-bir alınacaq ərzaqların adlarına baxırdı.Təbii ki, məndə hər iki əli dolu halda,belini əyri 90 yaşlı qoca nənələr kimi tutub xəyallara dalmışdım.

Orxan yadıma düşdükcə özümdən asılı olmadan üzümdə təbəssüm yaranırdı.Sarışın saçları,yaşıl gözləri.Ehh

-Yağmur! ay Yağmur,a bala,nə olub sənə?keyin açılsında. Nədi yenə huşa getmisən?

Başımı silkələyib,anamın əlindəki torbanı mənə verməyə çalışdığını gördüm. Özümə gəlib torbanı anamın əlindən aldım.

-Getmirik? Neçə saatdı burdayıq.Gedək də day.

- Dayan da,  gedirik indi.

-Ay ana bayaqdan elə tutdurmusan gedirik,gedirik hələ gedib çıxa bilmirik.

- Balaca vaxtı sən belə deyildin. Sakit uşaq idin. Camaatın uşaqları böyüdükcə sakitləşər,mənim qızım da böyüdükcə dili çıxır. Atan eliyir hamısın.O,səni belə qudurdub, çıxardıb başımıza.

Gözlərimi yuxarı dikib:

-Ay Allah,sənə qurban olub məni nəylə sınıyırsan? Mən yazığın günahı nədi?

Anam qolumdan dümsüklüyüb

-Sən yazığın günahı odu ki,ananın sözünə baxmırsan, ona görədi. Az danış,düş qabağıma gedək evə.

Evə yaxın bir yerlərdə ətrafa baxıb bəlkə Orxanı birdə görmək ümidi ilə ətrafa göz gəzdirdim. Amma ortalıqda yox idi. Suyu süzülmüş halda anamın arxasınca gəlməyə davam etdim.

Evə gedib, anama kömək etməyə başlayırdım ki,telefonuma zəng gəldi, özü də tanımadığım biri tərəfindən.  Telefonu söndürüb,anamın yanına getdim.

-Kim idi zəng eliyən?

-Bilmirəm.Tanımadığım nömrə idi deyə götürmədim.

Aradan biraz keçmişdi ki,yenə zəng gəldi. Bu səfər də həmin nömrə idi.Yenə söndürmək istəyirdim ki

-Niyə söndürürsən? Bəlkə kimdisə lazımlı sözü olacaq

-Mama, mən tanımadığım nömrəni götürmürəm bu bir. İkincisinə qalanda isə tanıdığım adam olsaydı mesaj yazardı ki,mənəm filankəs telefonu götür.

-Bıy təzə adətdi bala?

-Belə yaxşıdı.

-Bir dəfə də zəng eləsə, mütləq götür.Bəlkə sənə nəsə demək istəyirlər

Qaşlarımı çatıb anama baxdım, sonra başımı sallayıb işimə davam elədim

Telefonu səssizə alıb cibimə qoydum.Yenə 10-15 deqiqə keçmişdiki zəng gəldi. Yenə həmin ki,nömrə bu səfər dözməyib,hirslə

-Alo!!Alo!!

Səs yoxdu

-Aloo!! Danış da eşitmirsən?!

Yenə səs yoxdu. Bu səfər telefonu təmiz söndürüb bir qırağa atdım.

-Elə hirslə mənə də cavab verilsəydilər məndə cavab verməzdim.

-Ay ana, nə olub sənə? Səhərdən yaman deyirsən telefonu mütləq götür, indi də kimdisə onu tərəfini tutursan. Sənin işindi bu? Düzün de.

Anam məndən gözlərini qaçırdıb

-Əşi,sən də mənim nə işim olacaq,elə də deyirsən.

Nəsə yaman özün şübhəli apardı. Allah axrın xeyir eləsin.

-Təki elə olsun,nə deyirəm.

- Sabah ya da birigün çıxaq paltar almağa. İki həftə sonra qardaşının toyudu,sən hələ bir şey almamısan

-Alarıq paltardı da qaçmıram ki.Çətin bir şey deyil

-Aha,erkək Fatmalığı tutdu. Biraz özünə bax da. Yapışmısan şalvar,kofta,baletka. Qız uşağısan, bir don geyin,yupka geyin, hündürdaban geyin. O qədər yastıdaban geyinmisən ki, hündür geyinən kimi keçi kimi tullana-tullana yeriyirsən.

-Hə,yaxşı baxarıq

Deyib yola verdim. Ay qardaş,nə edim, yeriyə bilmirəm hündürdaban üstündə.

Qardaşımın nişanlısıgil gəldilər. Sonra Aysu ilə ( qardaşımın nişanılısı ) həyətə çıxıb Orxan barədə xeyli söhbət edik.Bugün olanları ona danışdım. Nəsə bir ümid olduğunu dedi ancaq ona çox bağlanmamağımı,mənim üçün sonradan çox çətin olacağını dedi.

Orxanı artıq 2 gündü görmürdüm və onun üçün çox darıxırdım.Gözüm hər yerdə onu axtarırdı. Kaş onu tez-tez görə biləydim.

Yerimdən qalxıb,fincanıma kofe töküb otağıma keçdim. Fincanımı masamın üstünə qoyub notboku açıb, internetə daxil oldum.Bugün böyük gün idi.Çünki magistraturanın nəticələri bilinəcəkdi.

İş nömrəmi və şifrəmi daxil edib
,səhifənin açılmağını gözlədim.Kofemdən böyük yudum aldım və ağzım köfe ilə doldurdum.Tonbul ayılara oxşuyurdum.

Səhifə açıldıqda şoka düşdüm.Ağzımdakı kofeni qəfildən fəvvarə kimi püskürtdüm.

İstədiyim universitetə,istədiyim ölkədə,istədiyim fakültədə oxuyacaqdım. New York universitetində mencment üzrə oxumaq. İlahi bu mənə 1-2 ilə qədər sadəcə yuxu kimi gəlirdi. Amma zəhmətimin hədər olmadığını gördüm.

Evet tatlışlarım benim bir bölümün daha sonuna gəldik. Biraz gec yazdım müəyyən səbəblərə görə.
Dəstək olduğunuza görə hər birinizə çox təşəkkür edirəm. Hər biriniz mənim üçün özəlsin.
  Hekayəni bəyənməyi unutmayım 😘😘😘😘

Gizli XəyallarTahanan ng mga kuwento. Tumuklas ngayon