-Anar kimdi,Yağmur?
Anam idi zəng eliyən. Lənətə gələsən
-Haha Anar yox e Anara dedim ay ana,səhv anladın.
-Dəqiq Yağmur? Bəlkə Anar dedin. Bizim tanıdğımız
Söz vura-vura dedi bir qəşəng.
-Yox Ay anam, nə Anarı? Anara dedim. Özdə mənə niyə söz vura-vura deyirsən?
-Hə heçnə zarafat elədim. Neyniyirsən? Səsin nəsə birtəhərdi. Nəysə olmayıb ki?
-Yox anam, nəysə yorğun hiss eliyirəm özümü.
-Bax yüz faiz soyuqlaman var ona görə elədi. Əynini nazik geyinirsən. İlahə yoxdu axı orda,istədiyini geyinirsən. Əynini qalın geyin. Sonra başlıyırsan ki, ay oram ağrıyır, buram ağrıyır.
-Baş üstə rəis:)
-Anar necədi? Görüb eləmirsən onu?
Şeytan görsün onun üzünü
-Bilmirəm necədi. Zəng elə özündən soruşda. Özdə məndən niyə soruşursan?
-Dili çıxıb e qızın. Bir söz soruşdum əlli dənə cavab verir adama.
-Nəysə, atam necədi?
-Yaxşıdı o da. Yatıb indi.
-Sən niyə yatmırsan bəs?
-Səsini eşitmək istədim, həm də yuxum da yoxdu.
-Ana başqa nəsə varsa de. Gizlətmə məndən
-Yox heçnə yoxdu Vallah
Yalan deyirdi. Nəsə baş verib ancaq mənə demir.
Anamla danışıb qutarandan sonra televizoru açıb baxmalı bir şey axtarırdım.
Divanda yuxulamışdım. Qapının səsinə oyandım. Kolidora tərəfə gedib qapını açdım.
Rəfiqəm Ally gəlmişdi. Möhkəm qucaqlayıb, onu içəri dəvət elədim.
İkimizə çay hazırladım.Pirojnaları və çayları masanın üzərinə qoyub,Ally ilə qarşı-qarşıya oturdum.
-Bugün niyə tez getdin evə?
-Özümü yaxşı hiss eləmirdim ona görə
-Mənə düzün de, başqa bir şey olub ancaq sən məndən gizlədirsən
-Həqiqətən bir şey olmuyub
-Demirsən ki?
-Ally deyiləsi bir şey yoxdu axı, nə deyim?
-Hmm, onda mən deyimdə, bütün universitet sənin Janeye yedizdirdiyin sillədən danışır.
-Yaxşı eləmişəm, həddini aşdı ona görə
-Sənin və Anarın arasındakı olan münasibəti, səmimiliyi yaman qısqanıb
-Mənim Anarla heç bir münasibətim yoxdu. Sadəcə ailə dostumuzun oğludu, həm də evdəkilər məni ona tapşırıb ona görə. Böyüdəcək bir şey yoxdu yəni
-Amma heç aranızda bir şey olmamış kimi görsənmir
Gülümsüyüb, göz vurub dedi
-Onun sənə necə baxdığını dəfələrlə görmüşəm. Məncə çox süründürmə yaxın burax özünə
-Ally, anlamırsan məni. Mən onu istəyə bilmərəm. Özündə çox yaxşı bilirsən ki, mən hələ də Orxanı istəyirəm. Bizdə sizin kimi bir gün onu istəyim, bir gün bunu söhbəti yoxdu. Ümumiyyətlə bizim genatikamızda yoxdu.
