Üstümdəki adamın kim olduğunu anlamadan belə artıq ona qarşı gəlmişdim.
Özümü ələ alıb,dizimlə qarnına vurdum.
Üstümdən böyür tərəfimə düşdü. Mən tam qaçmaq istəyirdim ki
-Yağmur,neynədin sən?
Mən hələ olanları dərk eləməyə çalışarkən
-Nə dayanmısan,gəl kömək elədə. Belə də adama zərbə endirərlər?
Əccəb olmuşdu ona,bax mənim arxamca niyə qaçırdı ki?Adımı əvvəldən çağıra bilməzdi ki? Elədiyimdən özdə heç peşmançılıq hissi duymurdum. Çünki,hələ də ona qarşı incikliyim var idi.
Ağlımda ona kömək edim yoxsa yox deyə fikirləşərkən Anar yenidən dilə gəlmişdi artıq
- Yağmur,eşitmirsən məni? Səninləyəm, kömək elədə.
Anarın əlindən tutub ona yavaş-yavaş qalxmağına kömək elədim.
-Sənin gecə vaxtı burda nə işin var axı? Niyə qaçırdım arxamca? Əvvəlcədən çağıra bilməzdin ki?
-Yağmur, az danış. Cığcığ səsin bütün başıma düşdü.
-Əccəb oldu sənə.
Anar sifətimə tərs-tərs baxdı sonra sözünə davam edib
-Zəng eliyirəm götürmürsən, mesaj yazıram cavab yazmırsan. Arxanca niyə gəldiyimi də soruşursan.Hələ də
məndən inciksən?-Hə. Barışmaqda fikrim yoxdu
-Allahın tərs bəndəsi uşaqlıq eləmə. Məni başqa şeyərə əl atmağa məcbur edirsən.
-Pah pah yaman qorxdum. Sən Allah neyniyəcəksən?
-Sənə nə? Demirəm məndə. Partda
-Ee neyniyəcəksəndə?
-De mi rəm
-Heç demə də ayının biri ayı. Öküz gəlib öküz gedəcəksən.
-Hahaha niyə narahat olursan ki,səni də dana xasiyyətli biri eliyib özümlə aparacam da o dünyaya
-Anarcığım sən bu kafayla şok yaşamayazsın.
-Aa nə yaxşı Anarcığın oldum. Aha deyəsən artım var.
-Əhəhəh çox gülməlidi.
-Yoruldum qarşıdakı oturacaqların birində oturaqda
-Sən yorulmusansa mən neyniyim bəs bütün ağırlığını salmışdın üstümə. Oturmaq falan yoxdu. Evdə balaca falanda var hara otururam.
-Balaca deyərkən? Balaca nədi?
-İti deyirəmdə. Güya sənin xəbərin yoxduda. Sən aldığın iti deyirəmdə
-Aa nə iti mənim heç nədən xəbərim yoxdu.
Deyib bic-bic güldu.
-Anar!!
-Yaxşı yaxşı mən almışmam. Xoşuna gəldi? Qəşəngdi hə? Özüm seçmişəm.
-Düzdü qəşəng itdi haqqına girə bilmərəm. Amma işimi çətinləşdirəcək axı. Həm universitet həm onun yeməyi falan çox işdi. Evdə tək qoyub gedə bilmərəm.
-İstəsən sən dərsdə olanda gəlib mən götürərəm sonra qayıdan da gətirib özünə verərəm. Ayda 1 dəfə yeməyin falan alaramda.
-Doğurdan?