Bölüm 1

760 62 21
                                    

Gecələr xəyalları ucbatından yata bilməyən,səhərləri anasının onu dümsükləməsi ilə oyanan, universitetin sonuncu kursunu kəsrsiz, bəlasız, nəzir,niyazla bitirmiş, evin ərköyün və bir böyük qardaşa sahib olan qız. Bu mənəm,Yağmur.

Otağıma kiminsə girdiyini eşitdim,amma,özümü eşitməzliyə vurub ,yenidən yatmağıma davam istəyirdim ki, anam gəlib pərdəni çəkəndə hər şey məhv oldu. Qoymadı yatam. Bununla da yetinməyib səsi ilə çağırırdı artıq. Bu səfər dümsükləmədən oyandırdı. Qəribədi.
- Yağmur, dur qızım. Bugün işimiz çoxdu.
Aha,qızım dedi, özdə mülayim şəkildə. Deyəsən işi düşüb. Ay Allah görəsən nə istəyir məndən.
- Ay mama,imkan ver yatım da. Bax,universitet də qutardı,magistr imtahanlarını da vermişəm, bari nəticələr çıxana qədər qoy rahat yatım. Bax,nə olar imkan versən yatım?
-Yox e dur ayağa. Dur bazara getməliyik
-Eeee mən bazara zada getmirəm. Mən yatıram. Səhərin gözü açılmamış nə bazarı?Nə lazımdısa ataya de, alıb gətirsin. Mən getmiyəcəm. Səhərin xeyrə qalsın.
Ədyalımı təzdən üstümə çəkib, gözlərimi yumdum. Bir anlıq otağa sükut çökdü. Biraz keçəndən sonra anam yenidən danışdı
- Heçnə olmaz, mən də qonşunun qızına deyərəm o,mənimlə gedər.
-Ana, məndən başqa biz tərəflərdə qız yoxdu. Kimin qızın götürüb aparacaqsan ayıb olmasın?
Anamdan səs çıxmadı. Bilindi ki, inciməyə başlayır. Ədyalı üstümdən çəkib:
- Offff.Yaxşı yaxşı gedirəm.
Elə bu sözümə bənd imiş anam. Yerimdən qalxıb, əynimi geyinməyə başladım. Gedib güzgünün qabağına keçəndə infarkt keçirmişə döndüm.

-Ay Allah!! Bu nə başdı? Elektrik vurub elə bil!!
Həqiqətən də saçım bərbad vəziyyətdə idi. Afrikadan qaçmışdım elə bil.
Nə isə  hazırlaşmağa davam elədim.

Telefonumu götürüb, bəlkə bir itirib axtaran olar deyə baxdım. Sağolsun səhərin gözü açılmamış istifadə etdiyim operatordan başqa sms atan olmamışdı.

-Aha,yenə xəttim bağlanacaq. Ay qardaş, mən buna təzə kontur yükləmədim? Nə tez qutardı vaxtı?
Deyə öz-özümə deyinə-deyinə evdə gəzirdim.Deyinməyimin nəticəsi olaraq ayaq barmağımı bir qəşəng stola çırpdım.
- Aaaaaaaay mamaaaa, öldüm. Bu stolu kim qoyub e bura, çəkin də bunu başqa yerə.Ay Allah! Barmağım qırıldı.
Səsimədə elə anam gəldi.
- Ay bala, bala nolub?
-Stolu çəkin, qoyun qırağada
-Stolun nə günahı var? Qoyun kimi girmisən telefonun içinə qabağını da görmürsən. Az oyna o telefonla. Başın xarab olacaq axırda.
-Mama, qadan alım,nətər elədin, neynədin yenə söhbəti telefona gətirdin.
Stolda oturub ayağımı oxalıyırdım ki,anam:

- Yağmur,az danış dur çıxaq day.İki saatdı deyinirsən ancaq.Hələ çoxlu yemək bişirməliyik.
-Çoxlu yemək deyərkən? Kim gəlir ki?
- A bala dünən demədim qardaşının nışanlısının ailəsi gələcək.

Qaşlarımı qaldırıb anama baxdım.
Evdən çıxdıq,yol ilə gedərkən, qarşımıza o çıxdı. Özümü itirməyə başlayırdım. Əlim,ayağım titrəyir,əlim tərləməyə başlayırdı

Hə bu bölümün artıq sonuna gəldik.İnşAllah bəyənərsiz. Dostlarınızada tövsiyə etməyi unutmayın :):)

Gizli XəyallarWhere stories live. Discover now