Bölüm 15

216 19 5
                                    

-Açığı mən evliliyə qarşı olmuşam.Ancaq onunla tanış olub bir-birimizi sevəndən sonra bu fikrim tamamilə dəyişdi

-Aydındı. Gərək bu qədər tələsməzdin. Deyəsən çoxdandı tanıyırsız bir-birinizi. Bu qədər tələsdiyinizdən başa düşülür.

-Aha. Ailə dostu olmuşuq.

İlham müəllim sözünə davam etmək istəyəndə. Anar içəri girib tez məni qucaqladı.Mən hələ olanları dərk eləməyə çalışarkən, Anar başımı əllərinin arasına alıb,qorxmuş səslə

-Yaxşısan? Sənə heçnə olmayıb? Düzün de.

Anarın üzümdəki əlini öpüb

-Anar yaxşıyam narahat olma. Heçnəyimdə yoxdu.

-Çox Şükür çox şükür

Deyib, alnımdan öpüb bağrına basdı.

İlham müəllim öksürək tutmuş kimi eləyib, diqqətini özünə çəkdi.

-Anar, həyatımı İlham müəllimə borcluyam. Onun sayəsində mən belə sağ-salamatam.  Güllə ona dəydi və mənə görə yaralandı.

Anar İlhamın yatağının yanına gedib, əlindən tutdu.

-Çox sağolun, sizə çox minnətdaram.

Təbəssümlə

-Birdə eşitməyim, onsuzda Yağmur gələndən bəri dəfələrlə üzr istəyib, təşəkkür edib. Əslində heç güllə dəyməyəcəkdi, silahı alacaqdım əlindən. Sadəcə əvvəl ki, kimi idmanla məşğul olmuram deyə zəifləmişəm.
Deyib gülüsədi.

-Əmin olun, cəzasın mütləq alacaq.

İlham axsaya-axsaya evinə gəlib, divanda əyləşdi. Bugün olanlar, Yağmurun təlaşı, həyəcanlanması sanki film kimi gözünün qabağından keçdi.

İçəri qara kostyumlu adam içəri girib, əlindəki zərfi İlhama uzadıb

-İstədiyiniz şəkillər hazırdır

-Onun heçnədən xəbəri olmalıdı ki?

-Xeyr.

İlham zərfi götürüb, kreslosuna rahat şəkildə oturdu.

-Onun hara gedib-gəldiyinin həmişəki kimi məlumatı lazımdı.

-Aydındı, baş üstə.

-Gedə bilərsən.

Dedi. Zərfi açıb, içindəki şəkillərə bir-bir baxmağa başladı.

Şəkillərə baxdıqca özündən asılı olmadan üzündə təbəssüm yarandı. İlk dəfə idi birinin rəsminə belə baxırdı.
Barmaqlarını rəsimdəki qadının üzündə gəzdirib,
Kiminsə gəldiyini eşidib, şəkilləri tez zərfin içərisinə qoydu. Kreslonun yanındakı qədimi, taxtadan balaca şkafın bir rəfini açıb, zərfi ora yerləşdirdi.

Əynində dar, dizdən qara rəngli paltar geyinmiş qadın ona yaxınlaşıb

- O nə idi?

İlham gözlərini qadının üzünə dikib

-Səni maraqlandırmaz.

Qadın tutulmuş halda

-Yaxşı
Deyib, onun yanında əyləşdi. Ayaqlarının birini digərinin üzərinə atdı. Üzünü ona tərəf tutub

-Hələ mənə onun barəsində heçnə deməyəcksən?

İlham qaşlarını çatdı.

-Anlamıram,nəyi dəyirsən?

You've reached the end of published parts.

⏰ Last updated: Jun 23, 2018 ⏰

Add this story to your Library to get notified about new parts!

Gizli XəyallarWhere stories live. Discover now