Anar yerdəki Yağmurun hərəkətsiz bədənin görüb tez ona tərəf qaçdı.Başını dizlərini üzərinə qoyub-Yağmur, qurban olum aç gözlərini. Məni buraxıb getmə
Həyəcandan əli titrəyirdi Anarın. Yağmurun ölüm qorxusu onun bütün bədəninə yayılmışdı. Güclə cibindəki telefonu götürüb təcili yardıma zəng etdi.
Telefonu kənara tullayıb, nəbzini yoxladı. Çox zəif atırdı. Hiss olunmayacaq qədər zəif. Anar özünü güclü saxlamağa çalışsa da ancaq bacarmırdı. Həyatının qadınını, ilk sevgisini bu qədər asan əlindən çıxa bilməzdi. Qurduqları xəyallar,yaşadıqları, bir-birinə qarşı olan sevgi iki güllənin qurbanı ola bilməzdi.Təcili yardım gəlib Yağmuru apardı. Anar onun yanında durub əlindən möhkəm tutub, daima onun yanında olacağını deyir və onu buraxmasın deyə yalvarırdı
Həkim Anara yaxınlaşıb
-Yağmur Əliyevanın nəyisiz?
-Yoldaşıyam.Necədi vəziyyəti? Yalvarıram yaxşı olduğunu söyləyin.
-Təssüf çox demək istərdim ancaq həyatda saxlaya bilmədik. Güllələr bədəninə çox pis dəymişdi. Başınız sağolsun
Anar tər içində qorxulu bu röyadan oyanıb
-Şükür, sadəcə yuxu imiş
Yuxu olsa da ancaq onun qəlbində nəsə şübhə qalmışdı. Telefonu götürüb Yağmura zəng etdi
-Alo, Yağmur hardasan?
-Anar nə olub, səsin niyə təlaşlı gəlir?
-Narahat olma heçnə olmayıb, sadəcə səsini eşitmək istədim. Harda olduğunu demədin
-İşdəyəm maşını parking eliyirəm. Qalxacam indi yuxarı.
Bir anlıq gözünə o yuxu gəldikdə
-Düşmə maşından, gəlirəm. Heç yerə tərpənmə.
-Anar dəli olmusan? İşim var. Oyun oynamaq vaxtı deyil. Nəsə mən getdim. Danışarıq sonra.Səni sevirəm.
-Yağmur,Yağmur Yağmur
Çox çağırsa da ancaq çoxdan dəstəyi qoymuşdu. Dəfələrlə zəng etdi ancaq götürmədi.Əynini dəyişib tez evdən çıxdı.
Yolda çox tıxac var idi. Ürəyində bildiyi nə qədər lənət söyüş var idisə hamısın demişdi
Yağmur hər şeydən bixəbər maşından düşdü.
-Yağmur
Başını çevirəndə Orxanla rastlaşdı.
-Sənin nə işin var burda? Tez tərk elə buranı.
-Səni özümlə aparmamış heç yerə gedən deyiləm.
-Mən səninlə heç yerə getməyəcəm. Mən evlənmişəm artıq. əl çək.Anlamırsan?
Arxasın dönüb gedəndə
-Özün bilərsən, özün seçdin
Orxan barmağını tapancanın tətiyinə basmaq istəyəndə İlham gəlib onun arxadan boğazına yapışdı. Nə qədər çalışsa da tapancanı yerə atsın ancaq bacarmadı. Sonra bir güllə İlhamın ayağına dəydi. Əli qolunun boşaldığını görən Orxan tez qaçdı və gözdən yox oldu.
Yağmur İlhamın yanına qaçdı.Ayağındakı güllə yerini görüb, kömək çağırdı.Ancaq bu boyda şirkətdə onun səsinə səs verən olmadı.
İlhama kömək edib belindən tutaraq onu maşına otuzdurdu.
Yolda olarkən Yağmur
-Siz Allah bağışlayın hər şey mənim üzümdən oldu. Mənim ucbatımdan siz yaralandız.
-Əliyeva, sakit dur və maşını sür
Gəlib çatdıqda İlhamı apardılar. Onun vəziyyəti pis deyildi. Ancaq bununla belə o özümü günahkar hesab edirdi. Səbəkar özü imiş kimi hiss edirdi.
Anarın zəng elədiyini görüb,telefonu götürdü
-Hardasan sən? Bayaqdan sənə zəng eliyirəm götürmürsən.İşdə də yoxsan
-Xəstəxanadayam
Bunu dedik də Anar sanki dondu.Qorxduğu şey başına gəlmişdi
-Nə xəstəxanası? sənə bir şey olmayıb düzünü de.
-Yox mənə heçnə olmayıb sadəcə
-Sadəcə nə?
-Sadəcə İlham müəllim yaralanıb.
-Başa düşmədim, ondan sənə nə?
-Mənə görə yaralanıb
-Anlamadım, sənə görə niyə?
-Gəl özüm sənə hər şeyi başa salacam.
Yağmur İlhamın yanına gedib
-İnşAllah yaxşı olarsız indi.Mənim üzümdən yaralandız. Sizə can borcum var artıq
-Yağmur, birdə o sözü eşitməyim. Kim olsa elə edərdi.
Gülümsədi
-Ha çalışdım, silahı əlindən alım amma olmadı.Nə vaxtdandı idmanla məşğul olmuram deyə bacara bilmədim Nişanlın hanı bəs? Nə əcəb gəlib çıxmayıb
-Gələcək indi.
-Demək üç gündən sonra evlənirsən. Niyə bu qədər tələsirsən axı. Hələ cavansan, Kariyeran var
-Açığı mən evliliyə qarşı olmuşam.Ancaq onunla tanış olub bir-birimizi sevəndən sonra bu fikrim tamami ilə dəyişdi