Bölüm 10

175 22 0
                                    

Anar məni yuxudan oyadıb

-Telefonun kodu nədi?

Gülüb

-Barmaq izi ilə açılır o,əzizim

-Oy buna bax əzizim falan deyir.

-Di yaxşı sakit dur, Əsmər xala yanımızdadı duracaq indi.

-Hə yaxşı, əlini ver görüm

Əlimi uzadıb telefonu açdım

-Gün o gün olsun başqa şeyə görə səndən əlini uzatmağını istəyim

-Baxarıq hələ ona. Özünü aparmağından aslıdı yəni.

-Pah, istəmiyəcəksən zorla olacaq. Niyə narahat olursan ki?

-Bu ölkədə demokratiya deyilən bir şey var heçnə də eliyə bilmərsən.

-Mənə demokratiya falan keçmir.

-xarici ölkədə yaşıyasan,ali təhsil alasan amma cahilin öndə gedəni olasan.

Anar telefonumun girib çıxmadığı yeri, proqramı qalmamışdı. Sonda hər şeyi yoxlayandan sonra şəkillərə tərəfə yol aldı, şəkillərimə baxıb bəzi yerlərində pis pis gülürdü. Ta ki, əynimdə çəhrəyı qısa dar paltarı görəndə elə bil başına qaynar su tökmüşdülər

-Bunu hara geyinmisən sən?

Üzümə elə bil tərzdə baxdı ki, indiyə qədər nə atam nə də anam mənə elə əsəbi baxmamışdı.

-Rəfiqəmin nişanına

Üzü gərilib dişlərini sıxdı. Tez-tez fısıldaya fısıldaya nəfəs aldı.

Bu oğlanlardakı bir şeyə əsəbləşən kimi elə möhkəm fısıldayıb nəfəs alırlar ki, heç ilan elə fısıldamır.

Sakit bir tərzdə

-Birdə geyinmərsən olar qutarar

-Başa düşmədim, niyə? istədiyimi geyinərəm. Atam bir söz demir

Gözlərini bərəldib baxdı

-Nədi? bax nədi gözlərini bərəldib mənə baxırsan. İstədiyimi geyinərəm. İşimədə qarışmağa haqqın yoxdu.

-Görərik indi. Mən dediyim olacaq, sən də görəcəksən.

-Heç vaxt, olmuyacaq

-Hə hə mütləq

Göz süzdürüb üzümü Əsmər xalaya çevirib başımı çiyninə qoydum

Böyürdən çimdikləyib

-Küsdün?

-Danışda, yaxşı heçnə demiyəcəm amma yuxunda görərsən

Üzümü ona çevirib dil çıxartdım. Anar buna möhkəm gülüb

-Ay Allah uşaq damarı tutub

-Yaxşı olub

Deyib üzümü təzdən çevirdim.

-İlk təyyarəyə minməyimiz yadındadı? Qəşəng səni cırnadırdım.

-Damarın tutmuşduda neyniyim. Gənə kimi də adama yapışıb əl çəkmirdin.

-Zöhmöt ölmösö böşönözö çököndö qöbödökö xölö bözö böxör

Ağzımı əyib güldü.

-Bıy ağzın əyilib yanına düşməsin yazıqsan. Düz deyirdim də mən qolumu çəkdikcə sən adama lap yapışırdında. Həqiqətən o xala bizə baxıb çox pis bir bic halda gülürdü. Arvadın elə bil gözündə var imişdə

Gizli XəyallarWhere stories live. Discover now