Bölüm 5

263 42 9
                                    

Qapıya tərəf gedib,Anarın gəldiyini gördüm. Lənətə gələsən təmiz yadımdan çıxmışdı. Qapını açmıyacam onsuz da gözlüyəcək görəcək səs gəlmir çıxıb gedəcək.

Onunla heç yerə gedəsi deyildim. Tanımadığım adamdı. Bəlkə nəsə başıma bir iş gətirdi.
Ağlıma o qədər qorxulu fikirlər gətirdim ki,tüklərim biz-biz olmuşdu.

Otağıma keçdim,əynimi dəyişdim. Evə gedib bazarlıq eləməli idim. Həm də alınası bəzi şeylərim var idi. 10 gündən sonra dərslər başlayırdı.

Telefonumundam sms səsini gəldiyini eşidib tez telefonu götürdüm. Düşündüm ki,yəqin Orxandı. Amma o deyildi. Nömrəyə gəlmişdi sms

Tanımadığım nömrədən.
-Qapını aç.2 saatdı səni gözləyirəm. Bilirəm evdəsən. Qapının ağzındayam. Gözləyirəm səni.

Qapı tərəfə getdim. Lənətə gələsən. Hələdə orda idi. Ayda mən necə edim bundan canımı qurtarım

Anarın artıq səbri daşmışdı. Möhkəm bir şəkildə qapını döyməyə başlayırdı.

Ay Allah,kömək elə mənə. Neyniyəcəm indi?

Aha tapdım. Özümü xəstə kimi aparacam.

Qapını elə bir tərzdə açdım ki, sanki dünyanın bütün yükü mənim üzərimdə idi.

Anar ilk məni görəndə gülümsünmüşdü. Sonradan deyəsən xəstə olmağıma inanıb sifəti dəyişmişdi

-Ey Sənə nə olub belə? Yaxşısan?
-Özümü yaxşı hiss eləmirəm.
-Balaca yalan demirsən ki?
-Nə yalanı görmürsən nə haldayam?

Xəstə rolunu çox qəşəng aparırdım. Məktəb vaxtıda dərsə getməmək üçün dəfələrlə buna əl atmışam hər dəfəsində də evdəkilər inanmışdı.eh o günlər.

-Dayan sən özünü yaxşı hiss eləmirsənsə niyə hazırlaşmısan bəs? Harasa gedirdin ki?

Ay səni zibil. İndi nə yalan uyduracam mən. Hər şeyədə fikir verir.

-Ş-şe-şey
-Nə?
-Şeydi e
-Nədi?
-Dünən sən demədin hazırlaş sabah səni gəlib götürəcəm. Ona görə hazırlaşdımda məndə.
-Dəqiq?
-Hə,hə
-Hmm, mən səni belə heç yerə buraxa bilmərəm. Sonra atangil məni öldürər,qızıma niyə yaxşı baxmamısan deyə.
-Anlamadım? Sən mənim atamgili hardan tanıyırsan?

Anar gözlərini qaçırdıb
-Zarafatdıda eliyirəm hardan tanıyacam sizinkiləri.
-Heç inanmağım gəlmədi amma.
-Nəysə, az danış, deyirəm bəlkə evə girməyə qoyasan, ayaqlarım qırıldı ayaq üstə durmaqdan
-Əşi nə gəlirsən,onsuz da dünən gəlmişdində. Həmdə yaxşı deyil olmaz. Sonra danışarıq. Mən gedim yatım sabah əlaqə saxlıyarıq
-Dayaaan
Elə o sözü deyən kimi üzünə qapını örtdüm.

Qapının arxasından möhkəm qışqırıb
-Yaxşı balaca elə olsun.

Qonaq otağında oturub,telefonumdakı şəkillərima baxdım. Qardaşımın toyunda çəkdirdiyim xeyli şəkillərim var idi. Bəzilərində də Orxan düşmüşdü. Onun üçün çox darıxırdım. Gedəndə heç onu görə bilməmişdim. Görəndə nə olacaqdı ki. Guya mənimlə vidalaşacaqdı axı. Onsuz da o,mənə heç vaxt baxmaz. Yaraşıqlı oğlan idi. Həm də ətrafında çox qız var hamısı da maniken kimi MaşAllah. Amma yenə də onu sevirdim. 3 ildə ona qarşı olan sevgim 1 qram belə azalmamışdı. Daha da artırdı.

Orxanla ilə birlikdə xəyallara daldım. Heç vaxt gerçək olmuyacaq xəyallar. Özümdən asılı olmadan gözlərim dolurdu artıq ağlıyırdım. Bu 3 ildə nə qədər çalışsam da, vuruşsamda onu unuda bilməmişdim. Hər an ondan bir addım gözləmişdim. Amma boş yerə. O ,məni heç bir zaman sevməyəcək. Adama da təsir edən, canına od qoyan isə səni heç vaxt sevməyəciyini bildiyin adama dəli kimi aşiq olmaqdır.

Gizli XəyallarWhere stories live. Discover now