Bölüm 13

170 20 6
                                    

Həyatımda hər şey mükəmməl gedirdi. İşimdən razı idim üstəlik iclas söhbətindən sonra vəzifəmin artırılması mənim işə daha bağlılığımı artırdı. Hər gün yeni ümidlərlə işə gedirdim. Hamı tərəfindən sevilir, hörmət edilirdim. Hamı deməyəkdə  bəzilərinin məndən xoşu gəlmirdi. Başda müdürüm olmaq şərti ilə. Qazandığım hər bir işi adi hal kimi qəbul edir, Allahın bir sağolunda deməzdi.Ancaq ona rəğmən işimi çox sevirdim.
Şəxsi həyatımda əla idi. Anarla olan münasibətimiz, sevgimiz günü-gündən daha artır və bir-birimizə daha çox bağlanırdıq.

Toyun vaxtınada çox az bir müddət qalmışdı. Cəmi on beş gün.Onunla keçirdiyim illər tez keçsədə, ancaq yadda qalan olmuşdu. Əvvəllər məni daha çox incidirdi amma bir tərəfdən də məni əldə etmək üçün çox çalışırdı. Orxanı yadımdan çıxartmaq üçün əlindən gələni etdi və nail oldu buna. Mən onu unutdum, Anara dərin sevgi ilə bağlandım.

Hər şey hazır olmuşdu artıq restoran, şirniyyatlar,dəvətnamələr,bal ayı hər şey. Bircə gəlinlik seçmək qalmışdı.Onuda bugün Səma ilə gedib seçəcəkdim

-Ömrüm, getdin gəlinlik baxmağa?

-Yox əzizim, Səmanı gözləyirəm, onunla gedəcəm.

-Gəlim götürüm sizi? Həmdə səni gəlinlikdə görərəm

-Yox, yox olmaz. Sən nə danışırsan?Toydan əvvəl gəlinlikdə görmək uğursuzluq gətirər.Özdə narahat olma, atanın maşının götürmüşəm. Onunla gedib gələciyik

-Yaxşı ömrüm, bax ehtiyatlı ol.İşin bitən kimi mənə zəng elə.

-Baş üstə, cənab komandir.

deyib güldüm.

-Azadsan,Əliyeva yox e Əliyeva nəydi,artıq sən Qasımovasan

-Baş üstə.

-Səni sevirəm,birdənəm

-Məndə səni sevirəm


Səma ilə gəlinlik dükanlarının birinə daxil olub bir-bir hamısı gözdən keçirirdik. Hər bir gəlinliyin öz gözəlliyi vardı. Üzərlərindəki naxışlar, bəzəklər. daşlar insanın gözlərin oxşayırdı sanki. Cavan, subay qızların böyük arzusu olan gəlinlik, özündə böyük məsulliyətlər daşıyırdı. Təkcə gəlinlik geyinməklə iş bitmirdi, asanlaşmırdı. Elə hər şey gəlinliyi geyinəndən sonra başlayırdı. Ailə ilə dolanmaq, hər şeyi yoluna qoymağa çalışmaq, uşaq üçün yuxusuz gecələr, əziyyətlər hər şey bəyaz gəlinliyi geyinib, atanın evini tərk edib, yad bir insanın evinə köçməklə başlayırdı.

Evlilikdən hər zaman çox qorxurdum, onun haqqında söhbət gedəndə nəsə bir başqa söz atıb söhbəti dəyişdirməyə çalışırdım.Ondan qorxmağımın səbəbi, yaxşı həyat yoldaşı, yaxşı ana ola bilməmək qorxusu basmışdı məni. Kənardan asan kimi görünsədə əslində heç də elə deyildi.Hə yemək hazır oldu, yoldaşını,uşaqlarını yedizdirdin içizdirdin,əynini yaxşı elədin deməklə iş bitmirdi. Hər bir insanın müxtəlif problemləri olur, onu anlayıb dərk etməyə də sözün əsl mənasında güclü bir insan və möhkəm səbir lazımdı. İndi ki, dövrdə bir ailəni sağlam şəkildə saxlamaq, uşaqlara yaxşı ana olmaq çətin idi.


Gəlinliklərə bir-bir əlim dəydikcə bir başqa olurdum. Yumuşaq, sürüşkən parçalar adama bir başqa ləzzət edirdi. Sadə bir gəlinliyi əlimə götürüb

Səma gözlərini mənə bərəldib

-Tez onu əlindən qoy yerinə.

-Niyə axı? Qəşəngdi həm də sadədi.

Gizli XəyallarOù les histoires vivent. Découvrez maintenant