Bölüm 11

168 23 10
                                    

Otağımdaykən bügun olanları fikirləşməkdən az qalsın, Anara zəng etməyi unutmuşdum.

Anara zəng etmişdim ancaq götürmürdü, bəlkədə yatardı. Çünki gec zəng eləmişdim.Gecə saat bir idi.Məncə yatardı. Anarın cavab vermədiyini görüb, telefonu kənara qoydum.

Aradan 5-10 dəqiqə keçərdi ki, zəng gəlmişdi. Anar idi. Dəstəyi götürüb

-Yağmur çıx bayıra gəlmişəm qapınızın ağzındayan

-Dəli olmusan sən?Hara çıxıram bu vaxtı. Evdəkilər eşidib görər axı.

-Xahiş edirəm, çıx çölə sənə ehtiyacım var.

Səsi yaxşı gəlmirdi.Açığı narahat olmuşdum.Nəsə olmuyub ki, görən. Tez əynimi dəyişib aşağı həyətə düşüb, qapıdan çölə çıxdım.


Qapını bağlayan kimi qolumdan tutub özünə tərəf çəkib, möhkəm qucaqladı.

Deyəsən içmişdi.Çünki spirtli içki iyisi gəlirdi.

-Anar, nəsə olmuyub ki?

Susurdu

-Ay Anar!!!

-Balaca 2 dəqiqə sakit durda. Quzum üçün darıxmışam, ona da imkan vermirsən

-Anar qorxudursan məni, dəqiq heçnə olmuyub?

-Yox sadəcə o Orxanın ağzı ilə burnun yerin dəyişdirmişəm

Nə danışırdı bu, zarafat eliyir yəqin. Üzünə bir də əlinə baxandan sonra bilindi ki, heçdə zarafat eləməmirmiş.

Ay Allahım bu qədər fantastika dram bəs deyil. Əvvəl Orxan indi də bu.

-Gedək buralardan. Mən səni itirməkdən çox qorxuram. Orxan sənə nəsə bir şey edər alçaqlıq edib əlimdən alar səni, həmişəlik itirərəm səni.

-Heçnə edə bilməz.

-Sən onu tanımırsan, nəyin bahasına olursa olsun səni əldə etməyə çalışacaq.

-Dayan sən Orxanı hardan tanıyırsan?

-Uzaqdan qohumluluq çatır, həm də atam ilə onun atası bir neçə il birgə işləyiblər.

Dünya nə qədər kiçik bir yerdi. Heç zaman ağlı belə həlməzdi ki,Anar ilə Orxanın nəsə bir tanışlığı var. Anarı qorxmasın isə tam anlaya bilmirdim.Mən Orxana razılıq verməyəndən sonra heçnə edə bilməzdi axı. Nəyə görə bu qədər narahat idi axı? Az da olsa anlaya bilirdim ki,istəyir sevir neçə ildi biraz onun qorxusudu. İndi ki, dərəbəylik deyil axı, istəmədən heçnəyə məcbur edilə bilməz axı.Bilmirəm, bilmirəm. Çox çətin vəziyyətdəyəm.Anarın gedək burdan deməsi ilə bəzi şeyləri anlamışdım. Ancaq mən hələ ona hazlr deyildim. Yaşamaq istəyirdim, gəncliyimi keçirtmək istəyirdim, işlərimi yüksəltmək istəyirdim. Amma belə həyata başqa cür addımla tez atılmaq istəmirdim.

-Niyə danışmırsan?

-Heçnə, ondan uzaq dur, özündə deyirsən ki, təhlükəli biridi. Onun işi ancaq mənimlədi səninlə deyil. Onuda özüm həll edə bilərəm.

-Deyəsən dəli olmusan sən. O ruh xəstəsi ilə səni təkcə buraxım?

-Anar uşaq deyiləm mən.Heçnədə eliyə bilməz. Bu qədər narahatçılığının mənası yoxdu.

-Yox mən narahatam,Yağmur.

-Off Ay Anar, narahat olma dedim,düzələcək.

Ondan ayrılanda alnımdan öpüb, gecən xeyrə  demişdi. Açığı heç yanından ayrılmaq  istəmirdim. Biri görərə və ya evdekilər durar deyə getmək məcburiiyətində qalmışdım.Ayaqlarım heç evə aparmaq istəmirdi məni. Üzünə gülüb yanından ayrıldım


Gizli XəyallarDonde viven las historias. Descúbrelo ahora