Anarın dilindən.
Yağmur mənim üzümə gülüb qayıdıb getmək istəyəndə bir anlıq dayandı və hərəkət etmədi. Mən maşından düşüb yanına gedənə qədər o artıq yerə sərilmişdi.
Nə qədər oyatmaq istəsəmdə,oyanmırdı. Nəfəsi sanki yavaşlayırdı.
Onu itirməkdən elə qorxurdum ki, ona bir şey olacaq deyə çox qorxurdum.
Yağmuru qucağıma alıb, maşına otuzdurdum.Səsi gəlmirdi, hərəkət eləmirdi.
Onu itirmək qorxusu bədənimə elə yayılmşdı ki, gözlərim dolmuşdu.Sükanı belə düzgün hərəkət elətdirə bilmirdim. Özümü ələ alıb onunla birlikdə olacağım gələcəyimi fikirləşdim. Ona bir şey olmağına icazə vermiyəcəm. Qoymuyacam o məndən ayrılsın.Son nəfəsimə qədər onunla olacam.O,mənim hər şeyimdi.
Xəstəxanaya çatıb onu qucağımdan alanda elə bir canımdan can aldılar. Buraxmaq istəmirdim onu,ancaq,buraxmasaydım ona bir şey olardı.
Divara söykənib yerə oturdum.Başımı əllərimin arasına aldım, yavaş-yavaş göz yaşlarım tökülürdü. Ona bir şey olmasın deyə çox dua etdim. O mənim yaşama səbəbim idi.
Həkim gəldikdə isə mühüm bir şey olmadığını. Sadəcə son vaxtlar stress,əsəb keçirdiyinə, düzgün yemək yemədiyinə görə bədəni zəif düşmüşdü.Bir günlük burda qalacaqdı.
Otağa girəndə onu çarpayıda yatmış halda gördüm. Mələk kimi yatmışdı.
Yanına gedib əlindən tutdum, saçlarını qoxlayıb öpdüm.Gül ətri gəlirdi sanki.Bir əlim onun əlindən tutub digər əlim ilə isə saçını sığallayırdım.Saatlarla ona baxsam doymaram.Neyləmişdi axı o mənə.Heç bir qıza bu qədər bağlanmamışdım, heç bir qızı bu qədər sevməmişdim.
Uşaq vaxtından onu sevirdim, düşünürdüm yəqin keçəri hissdi.Amma keçmədi.Daha da artdı.Ondan ayrı qala bilməməyim vəziyyəti daha da çətinləşdirdi.Ondan bir gün xəbər ala bilmədikdə hər gün ölüb dirilirdim. Mən bu qədər aşiq olmağı gözləmirdim axı.
Amerikaya gələndən sonra bəlkə onu unudaram deyə fikirləşdim.Jane girdi həyatıma. Onu da sevə bilməmişdim.Sadəcə ona qarşı ötəri hiss var idi. Yaxşıkıda ötəri imiş.Onu başqası ilə xəyanət edərkən tutdum.Özüdə mənə sevdiyini söylədiyi günün axşamı xəyanət etmişdi.
Ondan sonra heç kimə inanmırdım.Həyatıma dəfələrlə qadınlar girdi. Yarısı görünüşümə görə, yarısı da imkana görə həyatıma girdi.Bir müddətlikdə olsa Yağmuru unutduğumu düşünmüşdüm.Əslində səhv fikirləşmişəm. Yenidən o, yadıma düşdükdə isə vəziyyət daha da gərginləşdi.Bitməyəcək bir sevgi ilə bağlandım artıq ona.
Amma onunda qəlbində biri varmış.Ürəyinə elə girmişdi ki, həmin adamı hələ də sevirdi.Niyə unuda bilmirdi.Axı ondan nişanlı olmağın gizlətmişdi.Bəlkə də özü istəmirdi.
Yağmurun dilindən
Huşumu itirdikdən sonra heçnə yadımda qalmamışdı.Ayıldıqda özümü xəstəxana yatağında gördüm. Qolumda sistem vardı. Bədənim çox pis keyimişdi.
Ətrafa göz gəzdirəndə Anarın yatağımın kənarına başını qoymuş, əlimi əlini içinə alıb yatdığını gördüm.
Elə məsum yatmışdı ki, heç adam oyatmaq istəmirdi.Qəhvəyi saçları dağılmışdı.Çox şirin görsənirdi.
Dayan Yağmur,olmaz elə şeylər qətiyyən fikirləşmə, Anar sizin birlikdə olmağını ağlından çıxart.
Amma nədənsə hər gün onun mənə, mənimdə ona daha yaxın olduğunu hiss edirdim.