Bölüm 12

180 20 4
                                    

Masamda oturub bir-bir sənədlərə düzəlişlər edir ya da onların səhv olduğunu görüb yenisin yaradırdım.

Həmişəki kimi yenə işlərim çox idi. Sağolsun müdürüm bütün işi mənə yükləmişdi. Şirkətdə yaxşı vəzifəm olsa da məndən aşağıda olanlardan daha çox işləyirdim.

Müdürüm əsl əzazilin biri idi. Gələn gündən bəri sanki məni qaralamışdı. 2 ildi bu şirkətdə işləyirdim bircə dəfə olsun görmədim ki, insanla normal danışa. Bütün günü əsəbi, gərgin insanlarla aqressiv danışdığnın şahidi oluram. Amma adamın üstündə Allah var yaraşıqlı adam idi. Qəhvəyi azıcıq içində sarıya çalan saçları, dəniz mavisi rəngdə gözləri incə dodaqları vardı. Boyu uzun həm də biraz arıq idi.

Çox qəribə biri idi. Ünsiyyətcil biri deyildi. Şəxsi həyatına gəldikdə isə naməlum idi. Nə qədər qəribə olsa da bu cavan,yaraşıqlı müdürün indiyə qədər heç bir qadınla şəkili yox idi.Bəzən onun dönmə olduğunu fikirləşdiyimdə oldu. Bilirəm gülməlidi. Amma çox adam mənim kimi fikirləşir.

Müdürümün katibəsi otağımın qapısın döyüb, içəri daxil oldu.

-Yağmur xanım, İlham müəllim sizi çağırır

-Aha yaxşı gəlirəm.

Yerimdən suyu süzülmüş halda durub

-Of Ay Allah, yüz faiz sənədləri soruşacaq. Hələ tam bitirməmişəm axı.1 dənəsi qalıb. Ölüm vaxtın gəldi,Yağmur. Nə cavab verəcəm ona mən indi? Yüz faiz qışqıracaq

Yeniləyib, qaydaya saldığım sənədləri əlimə alıb otaqdan çıxdım.

Koridorda heç kəs yox idi deyə ayaqqabılarımın dabanları hər dəfə yerə dəydikcə tıqqıltı səsləri bütün koridora dolmuşdu

Otağın qapısın döyüb
-Məni çağırmışdız?

-Hə gəl içəri

İçəri daxil olub, masasının yaxınığında olan oturacaqlar tərəfində durdum

-Otur, ayaq üstə qalma

Oturacağa oturub, qılçalarımı bir-birinə birləşdirib belimi düz tutdum.

-Əlindəkilər nədi?

-Dünən sizin tapşırdığınız sənədlərdi.

Sənədləri bir-bir vərəqləyib,gözdən keçirtdi

-Hm, əla hər şey qaydasındadı ancaq bir sənəd yoxdu burda.

-Bilirəm, digərinə başlayanda siz çağırdınız ona görə çatdıra bilmədim.

-Əliyeva, deyəsən sən özünə məşğul olmağa bir şey axtarırsan.

-Anlamadım,niyə?

-Çünki mən bunu sizə bir həftə sonraya tapşırmışdım, indiyə yox

-Axı siz bugünə demişdiz

-Əliyeva, mənim 29 yaşındayam 90 deyiləm, və nə dediyimi də yaxşı bilirəm

Dişlərimi sıxdım, cavab qaytarmamaq üçün özümü güclə saxlayırdım. Allahın xəstəsi dünən mənə iclasda özü tapşırdı, indi də deyir elə bir şey deməmişəm.

Sənədləri götürüb otaqdan çıxmaq istəyəndə

-Dayan

Üzümü ona çevirib, mənə tərəf gəldiyini gördüm

-Birinci mən hələ sözümü bitirməmişəm, ikinci də sənə icazə vermədim ki, otaqdan çıxasan

İşin bitdi, Yağmur. Qovacaq məni. Onsuz da bir bəhanə axtarırdı, onu da tapdı.

Gizli XəyallarDonde viven las historias. Descúbrelo ahora