Zaman insanları səhvlərini təkrarlamağa məcbur edir.Hər an bu qorxu insanı ata biləcəyi addımlarından uzaqlaşdırır.Bəzilərinə isə seçim şansı belə vermədən başqalarının günahlarını yükləyir.Lakin,hər zaman başqa bir yol vardır.Addım ata bilməsəndə sürünəcəyin,ədalətinə qovuşacağın o dolanbaclı yol hər zaman gözlərinin qarşısında uzanar.Lakin,sən alışdığın yolu,ədalətə dəyişə biləcək gücdə deyilsənsə,onda həyat sənə öz sərt üzünü bildiyin yolların döngələrində göstərə bilər.Oyanmağa,dərk etməyə fürsət tapmadan bütün şansların əlindən gedər.Macın əsgərləridə indi bu dolanbaclı dolun astanasında dayanmışdılar.Seçim edə biləcək gücdə olanlar əllərindəki silaha sığınmışdı.Möcüzə isə bu çaşqınlıq içindəki üzlərin keçirdiyi həyəcandan qorxub,silahına cummuşdu.Gözlərində sevgisini qoruyacaq,sevdiyinin gözlərində öz silahının tələskənliyinin yaratdığı qorxunu oyadacaqdı.Qarşısında Macın adamları dayanmışdı.Onlar çoxdan məğlub,olmuşdular.Lakin, hər əsgər bir sığınacağa ehtiyac duyar.Hamısı silahlarını qaldırdırıb,ehtiyatla irəliləməyə çalışdılar.Lakin,bütün silahlar üzərlərinə tuşlanınca susub,silahlarını endirməyə məcbur oldular.Saşa qarşıda dayanan və zəhmindən qorxulan qızı seçdi və gülümsədi.Su isə ürəyindəki qəribə hissi örtbasdır edə bilmək üçün əlini qızın əlindən çəkib,bir addım geriyə çəkildi.Yerə enən silahlar qəlbindəki bu hissin əzabını dahada artırmışdı.Lakin,o,nə hiss etdiyini Möcüzəyə əsla bildirməyəcəkdi.Saşa öldü bilənən qızın canlı-qanlı qarşısında dayanmasına heyrət etmək istəyirdi.Lakin,bir tərəfdəndə onu həyatda tutan səbəbə minnətdar idi.Nə də olsa,mücahidlər içində bircə,o,düşməninə ikinci şansı verə biləcək cəsarətdə idi.Bu düşüncə ilə qorxusunu qarışdırıb,qürurla başını qaldırdı.
-Çoxdandı,görüşmürük,Möcüzə!Doğrusu doqquz canlı imişsən!Hər zaman həyatda qalmağı bacarırsan!
Möcüzə Saşanın düz üzünə baxdı və üzərindəki geyimi süzdükdən sonra gülümsədi.Yanındakı bir neçə adamla bərabər günlərdir yol gəldikləri ilk baxışdan görünürdü.Haldan düşmüş solğun üzləri ,kirli uniformaları və yanlarındakı yaralı bir əsgərlərlə doğurdanda çarəsiz görünürdülər.Möcüzə silahını enidirdi və bütün silahlar onlara tuşlanmışkən yaralı əsgərə yaxınlaşdı.Qızın hər addımını izləyən silahlara rəğmən üzündə bir qram qorxu işarəsi görünmürdü.Möcüzəni hiss edən əsgərlər yaralı əsgəri buraxdılar və silahlarını qaldırıb,uzaqlaşdılar.Möcüzə isə heç düşünmədən Levidən çantanı aldı və oğlanın yarasını açıb,vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışdı.İnfeksiyanın yayıldığını görüncə iynəni çıxardı və oğlanın halsız qoluna iynəni vurduqdan sonra,düz Saşanın gözlərinə baxdı.Ona bu adamların günahkar ruhları maraqlı deyildi,lakin ədalət istəyən ürəkləri onu qəlbindəki mərhəmətə yaxınlaşdıracaqdı.İndi tək ümidi ona bağlı olan yaralını diqqətlə süzəcək,gördüyü işgəncələrin ürəyində yaratdığı qorxunu mərhəmətinə bürüyəcəkdi.
-Amma ,siz doqquz canlı deyilsiz!Bu yara ilə onu buraya gətirməyiniz axmaqlıqdır.Onu öldürmək niyyətiniz var?
Saşa silahı havaya qaldırdı və bir neçə saniyə düşündü.Sanki,indi eşitdiklərini dəfələrcə düşünmüş,amma cavab tapa bilməmişdi.Çünki,ən başından çıxdıqları yolda məğlub olacaqları məlum idi.Çarəsiz düşüncələr içində vurnuxan oğlan gözlərinə qəzəbini yerləşdirməyi unutmadı.
-Vətən xainlərini heç kim müalicə etməz!Heç bir həkim bu ləkəni əllərinə bulaşdırmaz!
Möcüzə əsgərlərinə əmir verdi və oğlanı qaldırıb,içəri apardılar.Saşanın ürəyindəki qorxu bir az olsun azalmışdı.Lakin,Möcüzə hamıya belə mərhəmətli davranmaya bilərdi.Zaman bu qıza çox əzab vermişdi.İşgəncənin ağrısına dözdüyü hər an ruhunun bir parçasını qırıb,yerinə məzar çiçəkləri əkmişdi.Saşa bu gün bu çiçəklərdən birinin ona aid olacağından qorxurdu.Daha öz zehninə hakim ola bilmədən,qızın zəifləmiş,halsızlaşmış səsi eşidildi.Hamının gözləri boşluqda bu səsin sahibini axtarsada,Möcüzə sadəcə,Saşanın tutqun üzünə baxırdı.
ŞİMDİ OKUDUĞUN
Buz mələyi
AdventureKimki qəlbiylə sevər,zehninin söz haqqı olmaz! Kimki zehniylə sevər,qəlbinin söz haqqı olmaz! Kimki ruhuyla sevər,qəlbi də,ruhu da onunla barışar. Bax,əsil sevgi budur! Əsil sevən,ruhuyla sevəndir.