Bu gün sevdiyim qadın qollarımda can verirdi.Nə edəcəyimi bilmədim.Qan içindəki cismini bədənimə sıxdım və zəifləmiş nəfəsini hiss etdikcə dahada həyəcanlandım.Qucaqlayıb,yerdən qaldırdım.Ağlım sanki,uyuşmuşdu.İndi onu qurtara biləcək tək insan məndim.Lakin,özümə gələ bilmirdim.Daha nə olduğunu dərk etmədən onu helikopterə aparmağa çalışdım.Lakin,əsgərlər qarşımı kəsdiyi üçün dayandım.Doğrudur ,mən dirəyə bağlanmış,yaralı qızı buradan əlimi qolumu sallayaraq çıxara bilməyəcəkdim.Gözlərimdən süzülən yaşlar məni zəiflətmiş və çarəsizləşdirmişdi.Əsgərlərə bağırıb,çəkilmələrini əmir etdiyimdə məni dinləmədilər.Səbəbini bilirdim.Burada sözüm keçmirdi.Çünki,sadə bir mücahid idim.Lakin,atamın sağ əli olsaydım indi qarşımda dayanmağa cəsarətləri çatmazdı.Onu burada ölümə tərk etməyəcəkdim.Ölümün qollarından alıb,hərkəsin gözündən uzağa aparmalı idim.İndi nə etməliyəm bilmirdim.Zellenli düz qarşımda dayandı və onu məndən almaq istədi.Geriyə addımladım.Onu təslim etməyəcəkdim.İndi sadəcə,gözlərimdən süzülən,halsız bədənində can tapan ümidimi düşünə bilirdim.
-Ağılsızlıq etmə!Hamı,bizə baxır.Atanın adını düşünməlisən.
Qəzəbli gözlərimi ona tuşladım və geriyə çəkilməsini əmir etdim.O qədər həyəcanlı idimki,bağırdığımın fərqində belə deyildim.
-Sürgün əmri verilmiş terrorçu öldürülməlidir.Bu vaxta qədər həyatda qalması belə başlı-başına səhvdir.
Bütün qəzəbimlə həqiqəti bağırmaq istəyirdim.İndi deyəcəyim sözlər illərlə ahnalə ilə inləmiş insanların qəlblərindən damlamışdı.
-Kimdi terrorçu?!Günahsız insanları öldürən sizlərmi,yoxsa onları qoruyan bizlərmi?
İki nəfər əsgər məni əhatəyə aldı və onu zorla qollarımın arasından aldılar.Nə qədər müqavimət göstərsəmdə onlara mane ola bilmədim.Ürək döyüntülərim artdıqca bizim sonumuzun yaxınlaşdığını anladım.Qorxu bütün bədənimi bürümüşdü.Lakin,heç kimin onun saçının bir telinə belə zərər verməsinə icazə verməyəcəkdim.Zellenli silahı çəkib,ona tuşladığında əsgərlərin əlindən qurtulub,silahı vurub saldım.Zellenli məni geriyə itələyib,yerə yıxdı və mən o an yerə düşmüş silaha cumdum.Əlimi tutmağa çalışan əsgəri,silahın arxası ilə vurub,tozlu torpağa yıxılmasını izlədim.Sonra silahı onlara tuşladım.Ayağa qalıb,Zellenlini hədəfdə saxladım.İndi fikrim qan içində qalan üzündə cəmlənmişdi.Lakin,bu qədər adama qarşı tək qalsamda,onu xilas etməli idim.Bilirdim mənə atəş açmayacaqdılar.Çünki,Zellenli ətrafındakılara bağırıb,"ATƏŞ AÇMAYIN!" deyə əmirlər verirdi.Canım onlar üçün qiymətli idi.Lakin,mənim üçün qiymətli olan,yalnızca,onun həyatı idi.Zellenli yavaşca yaxınlaşıb,məni silahı endirməyə razı salmağa çalışırdı.Lakin,mən sözlərinin ardındakı vəhşəti çox yaxşı sezirdim.
-Silahı,endir.Onsuzda həyatda qalma şansı çox azdı.Ona görə həyatını riskə atmağa dəyməz.Cılız bir qız üçün atanın qürurunu ayaqlar altına atma!
-Hər həyat dəyərlidir!
Dumanlı zehnimi toplamağa çalışırdım.Lakin,yarasına baxdığımda ürəyimə saplanan ağrı bütün ruhumu sarsıdırdı.Məni dözülməz bir əzaba sürükləyir.Ən pisi isə,bunun onun ağrılarını azaltmayacağını bilməyim idi.
-Məntiqli ol!Bu qədər adama qarşı heçnə edə bilməzsən!
İndi ağla qaranın arasında qalmışdım.Ya öləcəkdim,ya da öldürəcəkdim.Ona baxdım.Vaxt azalırdı.Məni qatil sifətindən sadəcə bir neçə saniyə ayırırdı.Silah atəş açdığında gözlərimi yumdum.Lakin,fikirləşmədiyim bir şey vardı.Silahdakı son gülləni havaya atəş açdığımda xərcləmişdim.Onların yaxınlaşdığını hiss etdiyimdə xəbərdarlıq üçün atəş açmış və son şansımı boşluğa göndərmişdim.Gözlərim bir anda çarəsizcə ona zilləndi.Bu sondu.Onu qucaqladım və fısıldadım.
ŞİMDİ OKUDUĞUN
Buz mələyi
AdventureKimki qəlbiylə sevər,zehninin söz haqqı olmaz! Kimki zehniylə sevər,qəlbinin söz haqqı olmaz! Kimki ruhuyla sevər,qəlbi də,ruhu da onunla barışar. Bax,əsil sevgi budur! Əsil sevən,ruhuyla sevəndir.