Məni bağışla!

31 9 0
                                    


Möcüzə,tez ekrana baxdı və daha bir fəlakətlə üz-üzə olduqlarını başa düşdüyündə Cəlala səsləndi.Silahlı adamlar Lalənin evinə doğru addımlayırdılar.Hamı onların niyyətini bilirdi.Cəlal onlar qarşısında aciz qalacaqdı.Tək başına hamısının öhtəsindən gələ bilməyəcəkdi.Buna görə komandirindən kömək istədi.Lakin,Möcüzə Yasəmən üçün artıq yerindən ayrılmışdı.Buna görə tez maşınlara mindilər və Lalənin evinə doğru hərəkətə keçdilər.Lakin,evə çatdıqlarında Cəlalın tək başına qəhrəman kimi atəş açdığını və qorxmadan mərmilərin qarşısında dayandığını gördülər.Ona yardım edə bilmək hissi ilə silahını çəkən Möcüzə,bilmədən sınıq əlini hərəkətə keçirdi.Yalnız bu an uyuşmuş bədəni ağrını hiss etdi və silah barmaqlarının arasından sürüşüb yerə düşdü.Dayanmadan sol əli ilə silahı yerdən qaldırdı və əsən bədənini nizama saldı.İlk atəşlə qarşıdakı adamı vurdu.Onun atəşi ilə hamı atəş açdı və blacklər çox yaxşı bilirdilərki,bu dəstə qarşısında şansları yoxdur.Möcüzə adamların geriyə çəkilməsinə icazə verdi və evə doğru addımladılar.Lakin,məğlub olacaqlarını başa düşən black komandiri evdən çıxdı.Hamı onu gördüyündə yerindəcə donub qaldı.Çünki,bu vicdan yoxsununun tək başına çıxmaq üçün cəsarəti heç vaxt olmamışdı.Bu dəfədə yanında bir əsiri vardı.Lalə qan içində qalmışdı.Qaşı açılmış və qan üzündən boynuna damlamışdı.Black yaxasından tutmuş və silahı başına dayamışdı.Black onu sürükləyərək adamlarının arxasından çıxdı və bağırmağa başladı.

-Silahları endirin!Bir atəşlə beynini uçuraram!

Möcüzə bu iyrənc adamın dodaqlarından çıxan hər kəlimə ilə tiksinsədə,indi tək düşündüyü Lalənin hiss etdikləri idi."Axı,bizi bu yol ayrımına kim saldı!" deyə düşünərək adamı silahının hədəfindən yayındırmadı.Möcüzə bu dəfə səhv etməyəcəkdi.Daha bir günahsızın ölümünə icazə verə bilməzdi.Buna görə Laləni xilas etmək üçün əlindən gələni edəcəkdi.Lakin,bu şərəfsizə zəif cəhətini təslim etməyəcək,buna görə ilk aldatmağı seçəcəkdi.

-Mənə xəyanət edən birini niyə qoruyumki?İstədiyini edə bilərsən.Öldür!

Adam gülməyə başladı və qorxusu ona güc gəlincə silahı daha sərt bir şəkildə qıza tuşladı.

-Məni aldatmağa çalışma.Vecinə olmasaydı niyə arxasınca gəlirdinki?

Lalə çırpınır və qurtulmağa çalışırdı.Göz yaşı qanına qarışmış,zəif səsi eşidilməyəcək dərəcədə duyulmuşdu.Lakin,"Məni də öldür!"dediyini başa düşmək olurdu.Yaşadıqları onu buna məcbur edirdi.Blackin əlindən tutdu və silahın tətiyini çəkmək istədiyində,black onu itələdi.Sonra mücahidlər hərəkət etmək istədiyində tez silahı təkrar qıza tuşladı.Lalənin niyə ölümə belə atılmaq istədiyini o an heç birimiz başa düşməmişdim.Lakin,Möcüzə sanki,onun ağrısını ruhunda hiss edir,buna görə eynilə Lalə kimi çırpınırdı.Biri silah qorxusundan,biri can qorxusundan ruhlarının sarsıntısına boyun əyirdilər.Biz daha sonralar onun indi yaşadığı hissi duyacağımızı bilsəydik,bəlkədə,Lalə kimi ölümü seçərdik.

-Deyəsən,barmaqlarını qırmaq işə yarayıb!Daha əvvəlki,qədər cəld deyilsən!İstəyirsən,bir oyun oynayaq.Əgər məni vura bilsən,qız xilas olar.Əks halda ikimizdə burada ölərik.Necə fikirdi!?

Möcüzə çox yaxşı bilirdiki,məsafə fərqinə görə bir addım geridədi.Riskə getmək istəmirdi.Buna görə onunla razılığa gəlmək qərarına gəldi.Gözlərində razılıq olsada,ruhunda qırıq barmaqlarının belə,ona təslim olmayacağının nişanəsi vardı.

-Buradan əlini qolunu sallayaraq çıxa bilərsən,amma əsgərlərin üçün eyni açıqürəkliliklə qərar verməyəcəm.Əslində səninlə razılığa gəlmək mənasızdı.Sayca səndən çoxdular.Məncə,səndən daha ağıllıdılar.

Buz mələyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin