Alov unutdursun!

24 6 0
                                    


Möcüzə və dəstəsi çoxdan meşəyə çatmışdı.Qabları qoyduqları yerdən götürüb, sanki,yüz ilin işini görmüşlər kimi yorğunluqdan bellərini bükdülər.Lakin,unutduqları bir şey vardı.Möcüzə yalnız,onlara aid hissənin üzərindən uçmuşdu.Digərləri hələdə meşədə idi.Üstəlik,ağacın budağında yuxulayan Macı da, unutmuşdular.Su düz üstünə tökülmüş və onu islatmışdı.Boğulmaqdan güclə qurtulan Mac özünə gəlib,sinirli bir halda onları gözləyirdi.Bu an Komandirdə ona qoşulmuşdu.Mac deyinərək məntəqəyə getmiş və olanları ona bildirmişdi.Komandir eşitdiklərinə inana bilməmiş və olaya dair sübut tapa bilmədiyi üçün təəccüb etmişdi.Lakin,əsgərinin halını görüncə özünü gülməkdən güclə saxlamışdı.Yenədə,bu dələduzlara cəzalarını verəcəkdi.Hamı toplaşdı və Komandir hamının sıraya düzlənməsinə tamaşa etdi.Sonra uşaqlarına yaxınlaşıb, gülümsədi.

-Sadəcə bir sual.Bunu niyə etdiniz?

-Bütün meşəni sulamağımızı istədi.Bizdə ən unikal yolu tapdıq.Onu islatmaq niyyətində deyildik.Səhvən oldu.

Komandir düz Möcüzənin gözlərinə baxdı.Bilmirəm niyə o həmişə ilk səhvi məhz bu qızda görürdü.Bəlkədə o,daha ən başından bəri bu qızın qəlbindəki azadlıq eşqini görə bilmişdi.Bu vəhşi duyğunu yalnız bir dahi tərbiyələndirə bilərdi.Deyildiyi kimi,azadlıq cəsarəti olan üçün bir saniyədə əldə edilən,lakin ağlı olan üçün tabe edilə biləndir.Komandir bunu çox yaxşı bacarırdı.Buna görə diqqətini səbəbkara yönəltdi və gülümsədi.

-Komandirinizin əmrini yerinə yetirməyinizə sevindim.Lakin,qaydaları unutduğunuzu nəzərə alaraq,bu gün sərhədə yaxın bölgələrin təchizatını siz yoxlayacaqsınız.

Mac düz Komandirə baxdı və dodaqaltı gülümsədi."Amma hava qaralır,meşə belə vaxtlar çox təhlükəli olur!"Mac sözünü bitirmədən Komandir ona baxdı və oğlan anında özünü topladı.

-Sən də,onlarla gedəcəksən.Lakin,bu dəfə əmirlərinə diqqət et!Alimdən dəvəyə qanad taxmağını istəsən ,ilk edəcəyi şey dəvəni ikiyə bölmək olacaq.Bunu unutma!

Mac anında düşüncəyə daldı.Lakin,indi fikrində heçdə yaxşı şey canlanmırdı.Qaranlıq meşəyə çökdüyündə,yol getdikcə uzanırdı.Səhər sakitliyini qoruyan təbiət gecə,sanki,bütün dünyaya meydan oxuyurdu.Qaranlıqda səssizliyin belə səsi vardı ,sanki.Möcüzə körpə uşaq kimi əlindəki dəyənəyi irəli-geri sallayır,gözlərini ulduzlardan çəkmirdi.Yusifsə,onun bu halına gülməmək üçün özünü güclə saxlayırdı.Silahını boynundan sallayıb,əlinə dəstək yaratmışdı.Williamsa,hamının əksinə səmaya deyil,həmişəki kimi düz qarşıya baxırdı.Gözlənildiyi kimi,o ,həyat ondan nə istəyirdisə,onu edirdi.Macsa,arxada deyinə-deyinə irəliləyirdi.Gecə yarısı məntəqədəki beton yastığı,indi heçnəyə dəyişməzdi.Qəribəsi onda idiki,bu gün Əkbərdə onlarla birlikdə idi.Əməliyyatdan sonra ilk dəfə gəzintiyə çıxmağın həyacanı ilə gözləri işıldayırdı.Ruhunun hər zərrəsi saflaşır və qəlbindən sanki,şırıl-şırıl axan bir şəlalə keçib gedirdi.Burada tək vəzifəsiz Əkbər idi.Bu günlərdə uğur onu addım –addım izləyir.Həyat sanki,əlindən tutub,yollarını açırdı.Möcüzə isə,hələ yenicə qəlbindəki yükdən qurtulmağın planını qururdu.İllər qəlbində elə iz qoymuşduki,ümidlərinə balta vurmağı belə fikirləşmişdi.İki saat sonra hamı sərhədin düz kənarında idi.Sürünərək məntəqələrə yaxınlaşdılar və meşədən çıxmadan durbinlə digər tərəfi izləməyə başladılar.Hamısı quru torpağa uzanmış və gözlərini qarşıya dikmişdilər.Qəlblərində onları əsir alan qəribə bir hiss vardı.Nifrətlə qarışıq azadlıq hissi bir çoxlarının ruhunda öz  izini qoymuşdu.

-Möcüzə,görürsən, bu qansızları?Torpağımızı işğal etməkləri bəs deyil,hələ aramıza sərhəddə qurublar!Müharibədə ölən o qədər şəhidin indi sümükləri sızıldayır!

Buz mələyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin