şəhid.

55 26 3
                                    

Səhəri gün yağış yağırdı

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Səhəri gün yağış yağırdı.Su damcıları damın üstündən süzülüb,metal lövhənin üstündə səs çıxarırdılar.Yağış şaxtanı azaltmış və rütubəti artırmışdı.Yenədə üzərimizə yağmurluk geyindik,çünki bu yağış düşünüldüyü kimi həyat deyil ölüm gətirə bilərdi.Yenə sərhəddə dayanmış və düz önümüzə baxırdıq.Mən niyəsə,heç narahat deyildim.Qəribəsi budurki,bu gün ürəyimdə heç vaxt hiss etmədiyim rahatlıq vardı.Artıq,önümdəki mənzərə məni qorxutmur,düşüncələrim məni azad buraxırdı.Onunsa,üzündə bu gün həmişəkindən fərqli bir ifadə vardı.Gülüşü silinmiş və yerinə düşüncəli bir ifadə gəlmişdi.Ona baxmadan danışmağa çalışdım.Gözlərinə baxacaq cəsarətim yox idi.

-Narahat olma!Heçnə xatırlamıram.Səndə xatırlama!

Heçnə demədi.Üzünə baxdım və razı olduğunu hiss etdim.Keçmiş insanı addım-addım izləyən yırtıcı bir heyvandır.Nə vaxt geriyə baxsan,o səni öldürmək üçün hazırlaşacaq.Bu sözü bir kitabdan oxumuşdum .O vaxtlar mənim üçün bir mənası yox idi.Lakin,indi hər gün bu cümlələr xatırlanaraq keçir.Məndə bir vaxtlar işini sevən bir mücahiddim.Komandirim ilk vaxtlar məni bu işdən uzaqlaşdırmağa çalışdı.Ən çətin işlərə məni göndərib,fikrimdən dönəcəyimi umdu.Lakin,mən həmişə olduğu kimi o qırılmaz qüruruma sarılıb,addımlayırdım.Fikrimdən dönmək kimi bir niyyətim yox idi.Bunu şərəf məsələsinə çevirmişdim.Lakin,bilmirdimki,elə bu niyyətim məni şərəfimdən uzaqlaşdırır.İlk iş günümdə hamının əlinə silah,mənim əliməsə,vərəqələr verildi.İşim sadə idi.Lakin,mən həyatım boyu bu qədər çətin iş görməmişdim.Ölən əsgərləri dəfn etmək və ailələrinə xəbər verməli idim.Bu şöbədə çox az adam vardı.Lakin,hamısının üzündə dərin qorxu hiss olunurdu.Biz burada ölümdən uzaq,lakin acısına yaxın idik.Kiminsə,ümidli gözlərinə baxıb,"Oğlunuz şəhid oldu!"- demək qədər çətin iş ola bilməzdi.Önündə bağırılıb,ağlanacaq,insanlar sizi ölüm mələyi kimi qarşılayacaqdılar.Sizi görənlər yollarını dəyişəcək,üzünüzə baxmağın qorxularını canlandıracağı düşüncəsinə qapılacaqdılar.Bu iş duyğuları təzə oyanan bir qız üçün mümkünsüz idi.Lakin,Komandirim mənə gələcəyimi göstərmək və başıma gələn hər hadisədə yaşayacağım hissləri göstərmək istəyirdi.Bu işdən imtina etməyimlə vəzifəmdən azad edilməyim bir olacaqdı.Lakin,o mənfur qürurum məni rahat buraxmırdı.Buraya gətirilən əsgərlərində bir zamanlar mənim kimi arzuları vardı.Ailələri,sevdikləri vardı.İndi onlardan geriyə sadəcə quru bədənləri qalmışdı.Xatirələri isə ruhları ilə bərabər səmaya çəkilmişdi.

Elə ilk gün mənətəqəyə bir şəhid gətirildi.Yoldaşlarının gödəkçələrinə bürünmüş və göz yaşları ilə təmizlənmişdi.Qanlı forması onun haqqında danışır,qəlbimizdəki acının miqdarını artırırdı.Onu görücək bir addım geriyə çəkilmiş və donub qalmışdım.Nə hiss etdiyim heç kimin vecinə deyildi.Bunu dəfələrcə yaşamışdılar.Lakin,mən illərdən sonra ilk dəfə şəhid görürdüm.Şəhidin Komandirinin və iki nəfər əsgərin müşayəti ilə ailəsinin evinə gediləcək və bu ağır xəbər veriləcəkdi.O əsgərlərdən biri mən idim və sənədlərdə işim sadəcə şəhidin təhvil verildiyini dəqiqləşdirməkdən ibarət idi.Lakin ,indi dəqiqləşdirə bildiyim,kimin evinə getsək,o evin işığını söndürərək, o evi əbədiyyən alova qərq edəcəyimiz idi.Yol boyu dua edirdim.Bu ağır yükün öhtəsindən gələ bilməyi arzulayırdım.Göz yaşlarıma hakim olmalı idim.Mən bunu xəbərlərdə gördüyümdə belə ağlayırdım.Duyğularıma necə hakim ola bilərdimki?Nəhayət maşın dayandı və biz endik.Qapını çaldım və kürəyimdəki tüfəngin kəmərini möhkəm sıxdım.Bir qadın qapını açdı və bizi görücək iç çəkdi.Hönkürtüsü ətrafa yayıldı və yerə diz çökdü.Ayaqlarının taqəti kəsilmişdi.Üzümüzə baxmadan,daha bir söz demədən,başa düşmüşdü nə deyəcəyimizi.Onu sakitləşdirməyə çalışdıq.Əlindən tutub,qaldırdım.Lakin,o cəld yaxamdan tutdu və göz yaşları ilə dolu gözlərini gözümə dikdi."Hardadı mənim oğlum?!".Bu cümlə ilə üzümü maşına çevirdim və o,yaxamı buraxıb,maşına doğru qaçdı.Tabutu qucaqlayıb,körpəsini əzizləməyə başladı.Nə etdiyini bilmirdi.Məndə bu amansız yolda azmış və ətrafdakılara baxmaqdan başqa çarəm qalmamışdı.Göz pınarlarımdan axan yaş mənim yükümü azaltmamışdı.Atamsa,uzaqdan mənə baxırdı.O,indi komandir idi.Lakin,bir vaxt ata ola biləcəyindən qorxurdu.Bu rolları dəyişdirmək istəmirdi.

Buz mələyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin