Qaranlıqdan gələn!

53 25 4
                                    


Yarım saat sonra artıq həpsxanada öz yerimdə idim.Heç kimə görünmədən içəri girə bilmişdim.Bu mənim bacarığım idi.Uşaq vaxtından bəri heç kim tam olaraq harada olduğumu bilmirdi.Bu bacarığı məndə görən Komandir daha çox inkişaf etdirməyimi istəmişdi.Bəzən bütün gün evdə dolaşıb,heç kimin məni görməməsi üçün çalışırdım.Bəzən bu çox çətin olurdu.Bəzən isə asan.Mən bir gün ərzində baş verənlərə göz gəzdirirdim.Axı,necə olduki,mən ona beləcə inandım.O qədər inandımki,gözlərimin qarşısında baş verənləri başa düşə bilmədim.Niyə qadınların ən zəif cəhəti sevgidir?Dərin düşüncələrə dalmışdım ki,qarşıdakı məhbus məni özümə gətirdi.

-Niyə ona istədiyini vermədin?

Onu susdurdum və gözümlə kameranı və dinləmə cihazını göstərdim.Sübutun harada olduğunu heç vaxt bilməməli idilər.Çünki,gün gələcək bu sübut onların sonu olacaqdı.

-Sənində qardaşın var.Onun sənin başını gələnləri bilməməyini istəmişdin.Bəlkədə,məndə bunu istəyirəm.

-Onlara nə etmisənki,səndən bu qədər qurtulmaq istəyirlər?

-Bunu bilməməyin sənin xeyrinədi.Bax,mən bildiyim üçün bu haldayam.

-Səni öldürmək üçün gələcəklərini demişdi.

Mən sadəcə yaramı göstərdim və bu an hiss etdimki,səhv etmişəm.Geyimi dəyişmişdim və onlar bunun fərqinə varacaqdılar.Dəmir barmaqlığın açılması ilə mənim artıq edə biləcəyim heç nə yox idi.İndi gözə görünməz olmaq istəyirdim.Etdiyim səhvə görə çox utanırdım.Lakin,bu gün zehnimə çox böyük təsir etmişdi.Bu səhvlərin səbəbi bu olmalı idi.Lakin,səhvimi düzəltməli idim.Mən təlaşla çarə düşünərkən ən böyük rəqiblərimdən birinin qarşımda dayandığını hiss etdim.Bir vaxtlar o mənim qarşımda dayanmağa cəsarət belə etməzdi.İndi isə yəqin yorğun düşmüş rəqibinə son dəfə baxmaq istəyirdi.Qarşısında əvvəllər olduğu kimi dik dayandım və gözlərinin içinə qorxmadan baxdım.Üzərimdəki geyimə nəzər saldı və geriyə bir addım atdı.O artıq buradan çıxdığımı bilirdi.Ona nə qədər güclü olduğumu sübut etmişdim.Sonra arxada dayanan dəstəyə baxdım.Aralarında tanıdığım çox insan vardı.Yusifdə burada idi və çox güman Əkbərdə gəlmək üçün təkid etmiş,yalnız icazə ala bilməmişdi.Yenədə mən yalnız deyildim.Bu an Raufun kəkələdiyini hiss etdim.Özünü toplayıb,nəzarətçiyə bağırdı.

-Bu nə deməkdir?Yoxsa,həpsxanada təmiz uniforma xidməti var,bizim xəbərimiz yoxdur?

Başımı dik tutdum və gülümsədim.

-İndidən öyrənməyin yaxşı olar.Çünki,axır-əvvəl bura gəlməli olacaqsan!

-Bunu necə edəcəksən?Ortalıqda ədalət-ədalət deyə bağırırdın.Noldu işlər yolunda getmədi,deyəsən?

-İşlər tamda istədiyim kimi yolundadı.Bax,mənə bir yaxşılıq et!Mən gələnə qədər boğazına qədər çirkaba batki,sənə yazığım gəlməsin!

Qarşımda qəhqəhə çəkdi və Yusif bu an yumruğunu sıxıb,hazırolda dayanmışdı.Onun necə tədirgin olduğunu yanındakılar da hiss edir və sakitləşdirməyə çalışırdılar.

-Sən Zkadan geri dönə biləcəyini düşünürsən?

İşarə ilə çıxdım və çıxarkən yaxınlaşıb,qulağına fısıldadım.

-Deyəsən,düşünürsənki,dəlilləri artıq məndən alıblar!Amma fikirləş bu belə olsaydı belə sənin qatil olduğunu hələdə bilirəm.Hətta kimin qatili olduğunu,cinayət alətini harada saxladığını,daha nə qədər sirrini bilirəm.Məncə ağıllı hərəkət et.Məni özünə düşmən etmə!

Buz mələyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin