Mən tərk edilmədim!Mən ölümümdən qaçdım!

41 26 1
                                    


Bir anda irkildim ve oğlanın əlini çiynimdə hiss etdim.Üzümü çevirdiyim an əlini çiynimdən götürdü və üzür istədi.Mən tərəddütlə üzünə baxdığımda,üzündəki,gülüş solmuşdu.Yerini kədər almış və alnındakı qırışları bariz göstərmişdi.İndi fikir verdimki,o,restlərdən çox istifadə edirdi.Adətən,belə insanlar əvvəllər özünə inamını itirmiş,sonradan daha üstün özgüvənə sahib ola bilmiş olurdular.Diqqətimi ona verdim və söylediyi heç bir sözü yalanlamaq niyyətim yox idi.

-Mənidə daxil et!

Təəccübümü gizlədə bilmədim.Qolundan tutub,kənara çəkdim və bayaqdan bizi izləyən əsgərə baxdım.Sonra yenidən bütün diqqətimi ona verdim.

-Başa düşmədim.Sən Ağ şəhərli birinə yardım etmək istəyirsən?

-Narahat olma!Bu məni xain etməz!Unutdunmu?Bizi buraya xain olduğumuz üçün göndəriblər.

-Haqlısan,amma,mən bu ada layiq olmağı düşünmürəm.Sənədə məsləhət görmürəm.Bəlkə bir gün möcüzə olar və biz vətənimizə qayıdarıq.Onda vicdanınla necə üzləşəcəksən?

-Mən vicdanımı,qanunlarımı da, ailəmlə birlikdə dəfn etdim.İndi,qəlbim qisasdan başqa bir duyğu tanımır.

-Mənə kömək edərəkmi qisas alacaqsan?

-Niyədə olmasın!

Üzünə baxdım və qaşlarımı çatdım.Bir an uzaqlaşdı və çənəsini oxşayıb,diqqətini yenidən məndə cəmlədi.

-Nə olsa etməyə hazıram.Lakin,səndə mənə söz verəcəksən?

Artıq ilk gün onun niyə məni axtardığını başa düşmüşdüm.Onun buradan çıxa biləcəyinə ümidi yox idi.Lakin,mənim çıxa biləcəyimə əmin idi.Buna görə ala bilmədiyi qisası mənim çiyinlərimə yükləyəcəkdi.Bu məni qorxutdu.Mənə yalan demiş və guya haqqımda çox şey eşitmişdi.Lakin,başından bəri tək hədəfi ailəsinin qisasını almaq imiş.Ona haqq verə bilərdim.Lakin,mən ailəmin qisasını belə ala bilməyən yazığam.Onun bu yükünə dayanmağa gücüm yox idi.

-Sənin yerinə qisas almayacam.Mən qisas ala bilmərəm.Mənim iradəm qisas almağıma icazə vermir.Sənə də məsləhət görmürəm.Həyatına davam etməlisən!

-Burada,bu çirkabda necə davam etməyimi istəyirsən?Mən bataqlığa saplanmış və son nəfəsini almağı gözləyən biriyəm.Bu bataqlıqdan çıxmağa ümidim yoxdu.

Başımı aşağı salıb,ayaqqabılarıma baxdım.Palçıq onları ağuşuna almışdı.Əllərimdəki yaralarsa sızlayırdı.Ağrı düşünməyimə mane olurdu.Ən çox incidənsə,indi onu təsəlli edə biləcək gücümün olmamağı idi.Deyirlərki,ən yaxşı təsəllini acını dadmamış adam verə bilər.Çünki,onun zehni soyuqdu və isti beyindən daha yaxşı düşünə bilir.Mənim beynimsə,ailəmin narahatlığı ilə dolub,daşırdı.

-Yaxşı,razıyam.Lakin,mənə söz verməlisən.Nə olur olsun həyatda qalacaqsan.

-Razıyam.

O gündən iki gün sonra mən artıq bütün diqqətimi tapşırığıma yönəltmişdim.İki gün sonra helikopter ilə silahlar Zellenə yollanacaqdı.Eyni günün axşamı isə bəzi silahlar Ağ şəhərə istiqamət alacaqdı.Niyyət bəlli idi.İki tərəfidə silahlandır və onlar bir-birini qırsınlar.Sənsə bu müharibənin qənimətlərini topla.Həm ambardakı silahlarını sat,həmdə iki böyük ölkəni gözdən sal.Sonra bir hücumla onları işğal et.Bu senarini çox oxumuşdum.Lakin,ilk dəfə bu senarini pozub,yerinə sülh dolu hekayə yazmaq istəyirdim.Onlar üçün kim öldü,kim qaldı vacib deyildi.Onlar üçün pul vacib idi və bu dəfə buna icazə verməyəcəkdim.Niyyətim ambarları partlatmaq idi.Lakin,yaralı bədənim hələ buna hazır deyildi.Əlimdə nə silahım ,nə də mənə kömək edə biləcək dostlarım vardı.İkimiz gecə saat 4-də postda dayanıb,plan qururduq.Soyuq bədənimi uyuşdurmuş və zehnimi oyatmışdı.

Buz mələyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin