-Yaxşısan?
-Əlbəttə !Vaxtımız azdı.Gizlicə əsgərlərin arasına qatılmalıyıq.
-Tamam!Lakin,unutduğumuz bir şey var.Üzərimizdəki geyimlə bunu edə bilməyəcəyik.Uniformalar çox fərqlidi.
-Mən hər şeyi düşünmüşəm.
Bu cümləni dəfələrlə təkrarlaya bilərdim.Gizlətdiyim uniformaları paslı çarpayının altından çıxardım və dikbaşlılıqla üzərinə atdım.Üzündəki təəccüb digərlərindən fərqlənmirdi.Lakin,hər halda Zellenli olduğunu bəlli edirdi.Ayağa qalxdı və ətrafa baxındı.Qapını açdığında paslı dəmir qapı sanki,niyyətimizi bütün bölüyə bəlli etmək istəyirdi.Sonra qapını yenidən bağladı və mənim üzümdəki ifadə bu vəziyyətin məni nə qədər narahat etdiyini aydın göstərirdi.Pencəyi və şalvarı geyimlərimizin üzərindən geyindik və mən yalnız onda başa düşdümki,niyə uniformanın üzərində başqa ölkənin nişanı var.
-Bəziləri deyirlərki,Zka Zellenin süiqəstçisidir.Zellen bütün kirli işlərini bu ölkə üzərindən həyata keçirir.
-Deməli,ölkəmə göndərilən silahlarda Zellenin əli var?Bu məntiqsizdir.Onlar düşmənə silah göndərməzdilər!
-Bəs buna səbəb kimdi?
-Mən kim olduğunu bilirəm.Təsəvvür elə silah istehsal edən zavodun var və dünya sülh içindədi.Nə edərdin?
-Bilmirəm!Nə etməliyəm?
-Ölkələr arasına nifah toxumu səpip müharibənin başlamasına zərurət yaradardım.Ya da teroristlərlə razılaşıb və onlara silah göndərib,atəşkəsi pozardım.Ölkədə terror hadisələri törədib,vəziyyətin qızğınlaşmasına şərait yaradardım .Beləcə mənim silahlarım satılardı.
Bir an qəzəbli baxışını hiss etdim ,bir az duruxub,sonra əvvəlki açıqsözlülüklə sözümə davam etdim.
-Bilirəm,bu sözləri dilimə almaq belə məni qəddar göstərir.Lakin,onlar hər gün bunu edirlər.Səbəbləri dəyişir,yalnız amalları dəyişmir.Daha çox pul qazanmaq arzusu onları və bütün dünyanı məhv edir.İndi həm Zellenə,həmdə Ağ şəhərə silah göndərirlər.Niyyətləri atəşkəsi pozmaq və müharibəni kəskinləşdirməkdi.Beləcə onlarla insan səngərlərə axacaq .Oların silah-sürsatları,tankları,daha saymaq istəmədiyim onca ölüm maşınları satılacaq.Bərabərindədə səngərlərdə qan gövdəni götürəcək.Bilirsən bu nəyə bənzəyir?!Marketdə bəzən adını belə bilmədiyin bir qidanı pulsuz sınayırsan,sonra nədənsə lazımsız olmağına baxmayaraq onu almaq zərurəti duyursan.Onlarda silahları ilk pulsuz yardım adıyla təklif edirlər.Sonra necə olursa,o silahları almağa məcbur olursan.Qəribəsi bundadı ki,marketdə qidanın tərkibini oxuyub,aludəçilik yaradan kimyəvi maddənin adını tanıya bilirsən.Lakin,bu müharibənin başlamasına səbəb olan bəhanəni həmişə unudursan.
-Buna görə Zkaya gəlmisən?Silahların Ağ şəhərə göndərilməsinə mane olmaq üçün!Bu silahlar müharibədə ölkənə kömək etməzmi?
-Yox!Mən ölkəmdə ikən bu silahların göndərilməsinə gərək duymadım.Ölkədəki,4 terror hadisəsinin qarşısını aldıq.Daha hadisə baş verməmişdən əvvəl biz bütün terroristləri tutduq.Lakin,təşəkkür əvəzinə cəza aldıq.Yenə fikir vermədim.Düşündümki,həyatı xilas olan o qədər insanın xoşbəxtliyi bizə bəs edər.Lakin,bir gün sərhəddən qanunsuz keçirilən silahları aşkar etdik.Araşdırmadan sonra bəlli olduki,uzun illərdirki,bəzi işbazlar bu işlə məşğuldurlar.Teroristlərin silahlandırılması ilə.Mane olmağa çalışdım.Lakin,iki saat sonra qarşımda vəzifəli bir məmur oturdu və mənə rüşvət təklif etdi.Onun dediyinə görə bu silahları görməzdən gələ bilərdim.Lakin,axmaq deyildim.Onların pul qazanmağındansa,mən işsiz qalmağa hazır idim.Lakin,onlar məni daha çox təhdit edəcəkdilər.Ailəmlə,dostlarımla daha ağıllarına kim gəlirsə.Mənsə,sıradan bir əsgər deyiləm,mücahid komandiriyəm.Mənim haqqımda heçnə öyrənə bilməzdilər.Buna görə dayanmadım.Bir həftə içində tam-tamına 40 nəfəri həps etdik.Beləliklə?bu işdən mənfəət götürənləri,necə deyərlər böyük balıqları üzərimizə çəkdik.Lakin,çox çalışdıq və onları həpsə sala biləcək bütün dəlilləri topladıq.Lakin,ailəmdə biri mənə xəyanət etdi.Bizi dayandıra biləcək bütün sirrlərimizi aşkar etdilər.Ailəm artıq təhlükədə idi.Qorxdum.Lakin,yenədə geri çəkilmədim.Sonra Komandirim vuruldu.Mən daha onun həyatı haqında düşünərkən əlimə qandal vurdular.Anamın ,qardaşlarımın,ailəmin gözü önündə layiq olmadığım bir cəzanı aldım.Gözlərimi həpsdə açdım.Sonra həpsə saldığım o qədər insan tərəfindən döyüldüm.İki gün işğəncə və mən artıq buradayam.Lakin,indi mən hədəfə daha çox yaxınam.Bu silahlar mənim ölkəmə göndərilməyəcək və başıma nə gəlirsə-gəlsin onlar niyyətlərinə çatmayacaqlar.
Gözlərimə baxdı və onu düşündürən və cavabını arzuladığı sualları olduğu bəlli idi.
-Bəs niyə bu silahların Zellenə göndərilməsinə mane olursan?Əgər dediyin doğrudusa,bu Zellenin zəifləməsinə səbəb olacaq.Başı ölkə daxili məsələlərə qarışacaq və bəlkədə orduyla yetərincə məşğul ola bilməyəcək!
-Mən mücahidəm!Səni bilmirəm,amma mənim üçün Zellen,Ağ şəhər fərqi yoxdur.Bizim niyyətimiz insanları qorumaqdır.Düşmənim belə olsa,bir insanın göz görə-görə öldürülməsinə icazə verə bilmərəm.Eləki,bir neçə gün əvvəl sənin etdiyin kimi.Öldürülməyimə icazə verməmişdin.O an bir səbəbin var idi?
Bir an duruxdu.Sanki,sualımla onusarsmışdım.Baxışlarını gizlətməyə çalışdı və mən o an bu işdə bir qəribəlikolduğunu başa düşdüm.Sanki,gizlətdiyi nə isə vardı.Biz insanlar qəribə məxluqlarıq.Əsasduyğuları qarışdırıb,hər rəngdə xarakterə bürünə bilirik.Bəzən,qarşında dayanan insanın duyğularını başa düşdüyünü fikirləşirsən.Sonra,yanıldığını anlayırsan.Bəlkədə,çox düşündüyümüz üçün gözümüzdə hər şey qarışır.Düşünməkdən yoruluruq və 2*2 nin belə cavabını 5 yaza bilirik.Buna görə həmişə ilk fikirlər doğru olur.Lakin,zaman ilk fikirləri unutdurmağa meyillidir.
ŞİMDİ OKUDUĞUN
Buz mələyi
AdventureKimki qəlbiylə sevər,zehninin söz haqqı olmaz! Kimki zehniylə sevər,qəlbinin söz haqqı olmaz! Kimki ruhuyla sevər,qəlbi də,ruhu da onunla barışar. Bax,əsil sevgi budur! Əsil sevən,ruhuyla sevəndir.