Gecə çökür və ümid getdikcə ciyərlərimizə dolurdu.Ona nadir görülən bir çiçək kimi kənardan baxmalı olurdum.Bu qədər yaxın olub,teninə toxuna bilməmək qəlbimdə dərin yaralar açırdı.Bircə,o inci gözlərini görə bilsəydim bütün dərdim sona çatardı.Gecənin qaranlığı saçlarına düşdükcə,qəlbim kəpənək kimi kirpiklərində dolaşırdı.Bundan əvvəl onun gözlərini heç yuxulu görməmişdim.Günəş işığında bal rənginə dönən göz bəbəkləri həmişə işıq saçırdı.Gülümsədiyində iki parıltı anında səni ağuşuna alır,bütün dünyadan uzaqlaşdırırdı.Ağ teni gün işığında almaz kimi parıldayır,anında qızarırdı.Belə anlarda əlindən tutar onu günəşdən belə,gizləməyə çalışardım.Aldığı nəfəsi belə qısqanaraq,gülüşü yalnız mənim üçün şəfəq saçsın istərdim.Barmaqlarımı saçlarının arada gəzdirib,gözlərini gözlərimə kilitlərdim.Gülümsəməsi ilə alnımı alnına qoyardım.Bu gün isə cəsarətsiz bir əsgər kimi bu qədər adamın içində kənarda gözləyirəm.Gözlərimin həsrətini gizləməyə çalışıram.Qəlbimin uçunmasını gizləyib,əslində həm özümü,həm də onu xilas edirəm.Bizim sevgimiz yalnız bulanıq suda yaşayan balıq kimi gözdən itməyi,gizliliyini qorumağı hər daim sevmişdir.Əkbər çox danışdı.Mənsə,sadəcə gözlərinə kilitləndim.Bu dəfə qorxmayacaqdım.Bilmirəm niyə,artıq başa düşmüşdüm.Bu həyatın qısa olduğunu və keçmişdə etdiyimiz səhvlərin bu gün yolumuza əngəl ola bilməyəcəyini başa düşmüşdüm.Artıq,bilirdim.Onun həyatı mənsizdə çətin və təhlükəlidir.Ya bu yolda onu tək qoyub problemlərini azaldacaqdım,ya da yolun sonuna qədər əlindən tutub,yüklərini paylaşacaqdım.İki yol ayrıcında qalmış dərviş kimi düşüncələrdən qurtula bilmirdim.Lakin,gözləri qaranlıqda işığım olmuşdu.Dünyanın sonuna qaçsaq belə bizi yenidən birləşdirə biləcək sevgi qəlbimizdə olduğu vaxt ərzində,biz daha çox rastlaşacaqdıq.Otaqda bir tərəfdə oturub,qulağı səsdə gözləyən o qədər adamın içində əslində tək xoşbəxtin mən olduğumu hiss edə bilirdim.Elə bir duyğu fırtınasının arasında qalmışdımki,bir toxunuşla bədənimdən qan fışqıra bilərdi.Eynilədə bir gülüşlə aydınlanıb,sevgiyə təslim ola bilərdim.Yatağına tərəf addımladım və başı üstündə dayanıb,sargısındakı qana baxdım.Onun mənə hər zaman olduğundan daha çox ehtiyacı var.Əlimi uzatsam ,məni hiss edə bilərmi?Bir anda qaşlarının çatıldığını hiss etdim.Qəlbim artıq dayanmadı və stulu çəkib,düz yanında oturdum.Nəbzini tutdum və gözlərimi yumdum.Ağrısı getdikcə artdı və artıq sayıqlamağa başladı.Sakitləşdiricilərin təsirinin yavaş-yavaş keçdiyini ürək ritminin sürətlənməsindən başa düşdüm və yanımdakı çantaya uzandım.Lakin,mən daha dərmanı götürə bilmədən biləyimdən tutdu və qıvrılmağa başladı.O an mən sanki,dünyadan uzaqlaşdırıldım.Sia deyərək üzünü ovucladım və sakitləşməsi üçün saçlarını oxşamağa başladım.Əzizləyərək qollarımda çırpınan mələyin ağrısını almağa çalışdım.O an hamı başımıza toplaşmışdı.Mənsə,sadəcə qıyılan gözlərini hiss edə bilirdim.Sakitləşdirici vermək bu mərhələdə təhlükəli idi.Bədəninin bu qədər ağır dozadan sonra başqa bir uyuşdurucuya dözə biləcəyini düşünmürdüm.Lakin,insanın xəstəsi ilə sevdikləri arasında hər zaman fərq olur.Xəstələr nəzərə alındıqda qaydalar heç vaxt pozulmur,yalnız sevdiklərin üçün həmişə poza biləcəyin bir qayda vardır.Çantaya uzandım və kapsulu qutudan çıxardım və məhlulda həll edib,sadəcə 5 ml maddəni seruma enjektə etdim.Sonra tez əlini tutdum və ağrıdan gömgöy göyərən damarlarına baxdım.Belə kəskin ağrı ilə şoka girə biləcəyini düşündüm və sürətlə çantadan həbi çıxarıb,neştəri barmaqlarımın arasında tutdum.Təmiz bir qabın içində kiçik boydakı həbi 8 kiçik parçaya böldüm və ən kiçik hissəni seçib,su üçün ətrafa səsləndim.Ona yaxınlaşmaq istədiyimdə Əkbər qabağımı kəsdi və nə etmək istədiyimi çox yaxşı bilirdi.Əllərindəki yumuşaqlıq onun mücahid ola bilməyəcəyini bəlli edirdi,onsuzda.Həkim olduğu,hətta cərrah olduğu aydın görünürdü.Onun nə üçün narahatlıq keçirdiyini başa düşə bilirdim.Lakin,çarpayıda çırpınan mənim qəlbim idi və onun həyatı üçün hər şeyi gözə ala bilərdim.Lakin,ilk öncə dərin bir ifadə ilə gözlərimin içinə baxdı.Sanki,qəlbi daha əvvəl eyni ağrı ilə yanmış və qəlbindəki bütün sevgi bağçasını külə çevirmişdi.İndi bir an mənim ifadəmdə özünü görmüş və qorxmuşdu.Yenidən itirməkdən,o anı yenidən yaşamaqdan heç olmayacaq qədər çox qorxurdu.
ŞİMDİ OKUDUĞUN
Buz mələyi
AdventureKimki qəlbiylə sevər,zehninin söz haqqı olmaz! Kimki zehniylə sevər,qəlbinin söz haqqı olmaz! Kimki ruhuyla sevər,qəlbi də,ruhu da onunla barışar. Bax,əsil sevgi budur! Əsil sevən,ruhuyla sevəndir.