("Su"nun dilindən)
Bu gün ürəyimdəki narahatlıq məni günahkara çevirə bilərdi.Bu həyatda yanımda olub,mənə inanmağı bacaran yeganə insan,dostum Tin idi.Ailəmin ilk övladı olmağım,bu həyatdakı ilk günahımdır.Bu günaha görə mən ən çətin anında Tinin yanında ola bilmədim.Halbuki,cəsarətimizin cəzasını birlikdə çəkməli idik.Lakin,son anda atamın kimliyi bilinmiş və məni ölümün cəngindən almışdılar.İndi özümü o qədər çarəsiz hiss edirdimki!Bu həyatda yanımda olan tək insanı itirmişdim.Onu ailəsindən ,xoşbəxtliyindən etmiş,bir xain kimi tək başına Zkaya göndərmişdim.Bu günə qədər qapısına getmədiyim adamın ayaqlarına yıxılmağa hazır idim.Bunu niyə edirdim?Bəlkədə mən bununla zalım olmadığımı sübut etmək istəyirdim.Bəlkədə zəifliyimi ona yenidən sübut edirdim.Nə olur,olsun mən həyatda tək qiymət verdiyim adamı xilas etməliydim.Zəif görünmək,ya da onun vəziyyətdən süi istifadə etməsi məni maraqlandırmırdı.İndi önümdə dayanan insana nifrət edirdim.Nifrətimin bircə səbəbi vardı.Oda zamanında bir günahın ortaqları olmağımız idi.Lakin,bu dəfə yenə ortaq olacaqdıq.Bu dəfə fərqli olacaq,mən onu xilas edə biləcəkdim.İndi özümü qınayıram.Səbəbi səhvimi təkrarlamağım idi.İnsan bir səhvi niyə iki dəfə təkrarlayarki?Özümdə bilmədən həyatın uçrumundan onu izləyirdim.O uçurumki,məni bu sonsuzluğa məhz özü itələmişdi.
-Çox təəccübləndim!Oğlumu qarşımda görmək nadir hadisədi.Başın dərdə girməsə məni yad eləmirsən.
Bu sözlərdən sonra başımı qaldırdım və yenə həmişəki dəbdəbəli geyimi ilə qarşımda dayanan adamın üzündəki kinayəli ifadəni sezdim.Ona cavab verməyəcəkdim.Çünki,haqlı idi.
-Əminəm,bu gün sənə dərs olacaq və mənim yanımda öz yerini alacaqsan!Sadəcə bir imza və biz birlikdə dünyanın hakimi olacayıq.Ata ,oğul ....
-Dünyanın sonunu gətirəcəyik!
Artıq susmayacaqdım.Gözlərinin içinə cəsarətlə baxa bilərdim.Tin ədalət üçün sürgün olunduğu gün,mən susub günahımın arxasında gizlənməyəcəkdim.
Sözlərim onu təəccübləndirmədi.O ifadə dahada kəskinləşdi və məni zəhərləyəcək sözlərin dozası dahada artdı.
-Bu dəfə yox,ata!Bu dəfə mən varlı ailənin böyük oğlu olmayacam .Səhvlərimin cəzasını çəkməyə də,yenidən ayağa qalxıb mübarizə aparmağa da hazıram.
Otaqdakı səssizlyi onun ləkəsiz ayaqqabısından çıxan səslər pozdu və düz qarşımda dayanıb gözlərimin içinə baxdı.
-Mən bu qüruru tanıyıram.Eynilə anası kimi tərs və məsuliyyətsiz bir oğlan uşağı görürəm.Bu günə qədər çabalayıb,heç nəyə nail olmayan,ədalət adı altında bacarıqsızlığını gizlədən,səfehdən başqa bir şey deyilsən.Bu günə qədər əldə etdiyin hər nə varsa,onu sənə mən bəxş etmişəm.İstədiyim an səni hər şeydən məhrum edə bilərəm.
-Məndə sırf bunu istəyirəm.Bu günə qədər etdiyin hər günahın cəzasını mən çəkmişəm,ata.İlk anamı itirdim.O,sənə görə canından oldu,ata.Bu həyatda əlimdən tutan ,mənə sevgini öyrədən tək insanı sən aldın əlimdən .Onun günahı nə idi?Sənin həyat yoldaşın olmaqdan başqa günahı yox idi.Adlarınız yanaşı çəkildiyi üçün öldü.Bu da sənə bəs etmədi!Yanıma yaxınlaşan hər insan ölümü daddı.Niyə axı,niyə?
-Çünki,səndə mənim kimi zirvədə tək olmağı öyrənməlisən.
-Sən,heç vaxt zirvədə olmamısan,bataqlığın dibində yaşamağı qələbə hesab etməyə haqqın yoxdu.
Bu an üzümdəki sillənin ağrısını hiss etdim və yerimdən tərpənmədən düz gözlərinin içinə baxdım.Bu an keçmişin bir səhifəsi gözlərim önündə açıldı və mən xatirələrimlə baş-başa qaldım.O sabahı xatırlayırdım.Anamla baxçada oturmuş və günəşin şəfəqlərinin üzümüzə toxunuşundan həzz alırdıq.Üzərindəki sadə geyim gözlərimi oxşayırdı.O qədər səmimi və gülərüz biri idiki,hər zalım qarşısında daş ürəyini sındıra bilərdi.Lakin,atamın sərt və daşlaşmış qəlbini yumuşaltmaq mümkün deyildi.Ədaləti və səmimiyyəti ilə qəlblərin sultanı olan anam,onun əsarəti altında gündən-günə solurdu.Anam solmuş qəlbini baxçadakı çiçəklərlə cücərtmək istəyir və baxçada saatlarla işləyirdi.Sonra məni qucağına alıb onlardan danışırdı.
ŞİMDİ OKUDUĞUN
Buz mələyi
AdventureKimki qəlbiylə sevər,zehninin söz haqqı olmaz! Kimki zehniylə sevər,qəlbinin söz haqqı olmaz! Kimki ruhuyla sevər,qəlbi də,ruhu da onunla barışar. Bax,əsil sevgi budur! Əsil sevən,ruhuyla sevəndir.