Birdən kimsə,əlimdən tutdu və məni geriyə itələdi.Gözlərindəki hirsi bu günə qədər ondan başqa heç bir canlıda görməmişdim.Sianın əlini tutdu və başını başına dayayıb,gözlərini yumdu.Üstü –başı qan içində idi.Böyük bir savaşdan çıxdığı və qan axıtdığı bəlli idi.Qan iyi ürək bulandırsa da,məncə yarası o qədərdə dərin deyildi.Bir əlinin əsdiyini və uniformasının yırtıldığını görə bilirdim.Lakin,hansı əsgər öz uniformasını paramparça etmək istərki?Onu görən kimi hamı ayağa qalxdı və sıraya düzüldü.Üst rütbəli olduğu bəlli idi.Lakin,yumuşaq üz cizgiləri yaşının az olduğunu bəlli edirdi.Hamı səssiz onun əmrini gözləyərkən, o,sadəcə gözlərini yumub,hisslərini cilovlamağa çalışırdı.Sianı belə yaralı görmək,qanında dolaşan qisas hissini alovlandırmışdı.Mənsə,kim olduğunu və sevgilimin əlini niyə tutduğunu düşünürdüm.Gözlərini anidən açdı və mənə baxıb,geriyə döndü.Silahını çıxardı və masaya qoydu.Sonra,bir-bir əsgərlərin üzünə baxıb,mənə baxdı.Öz dilində nə dedisə,iki əsgər qolumu burub,məni diz çökdürdülər.
-Sizə kim haqq veribki,Zellenli mənfuru mənim torpağıma gətirmisiz?
Əsgərlərdən biri irəli çıkdı və salam verib,yerə baxdı.Qarşısında dayanan adam nə qədər nifrət dolu olsada,o,öz təkəbbürünü qoruyacaqdı.
-Biz sadəcə komandirimizin əmrini yerinə yetirmişik.Sizin kimi!
-Bizə əmir verməyə haqqınız yoxdur.Vəzifənizi tərk etmisiniz!Deyilənə əməl edin və evinizə qayıdın!
Oğlan yaxınlaşdı və anidən əsgərin yaxasından tutub,düz gözlərinin içinə baxdı.Gözlərində sönməyən bir alovun işıltısı bərq vururdu.
-Kimlə danışdığının fərqindəsən!Sənə belə danışmağa yalnız,Möcüzə icazə verə bilər.Mənimlə oyun oynamağa çalışma!
Oğlanın yaxasını buraxdı və üstünü düzəldib ,Siaya baxmağa davam etdi.Məncə,gözlərindəki,alovun səbəbi indi huşsuz yatan qəlbimin açarı idi.
-Onu tək qoya bilməzdim.Bu həyatda ondan başqa,heç kimim yoxdur.İstər o paqon çiynimdə olsun,istər olmasın.Mücahid hər zaman mücahiddir.Məni bu sənətdən yalnız ölüm ayıra bilər.
Sonra qıza yaxınlaşdı və əməliyyat yerinə baxıb,təəccüb etdi.
-Onu kim əməliyyat edib?!
Ətrafdakılar cavab verməyə çəkinsələrdə,aralarından biri çıxıb,cəsarətini oğlanın gözlərinə yönləndirdi.
-Zellenli.
Aldığı cavab onu məmnun etməmişdi.Lakin,onun həyatda olması,oğlanı sevindirmişdiki,mənə qarşı bəslədiyi qəzəb hissi payızda süzülən yarpaq kimi sakitliyinə qovuşdu. Mən nifrətini qusmasını gözlədiyim vaxt,o yaxınlaşdı və əlimi sıxdı.Minnət dolu sözləri Siaya nə qədər bağlı olduğunu büruzə verirdi.Mən onun həm dilini,həm hisslərini başa düşməkdə çətinlik çəksəmdə,o,mənim dilimi bilirdi.Zellenli olmadığı ləhçəsindən başa düşülürdü.İndi zehnim onun kim olduğunu başa düşmək üçün əlindən gələni edirdi.
-O,mənim bacımdı.Düzdü eyni qandan deyilik,amma canımı istəsin,heç düşünmərəm.Bu həyatda yanı başımda olacaq bir tək o,həyatdadı.Onu mənə qaytardığın üçün təşəkkür edirəm.
-Siz,Zellenli deyilsiz.
-Düzdü aksentim çox təmizdi,amma Zellenli deyiləm.Düzünü desəm hansı millətdən olduğumu heç özümdə bilmirəm.Lakin,müharibə məni Ağ şəhərə gətirdi.Ona görə mənə Ağ şəhərli deyə bilərsən.
Səsinin kin dolu olduğunu düşünsəmdə, səmimi birinə bənzəyirdi.Həyat onu o qədər incitmişdiki,bütün dünya düşməni olmuşdu.Toxunsan bədənindən qan fışqıracaqdı.Onu məhv edən hüsranın nə olduğunu öyrənmək istərdim.Lakin,gözləri heç bir ipucu verməyəcəkdi.
ŞİMDİ OKUDUĞUN
Buz mələyi
AdventureKimki qəlbiylə sevər,zehninin söz haqqı olmaz! Kimki zehniylə sevər,qəlbinin söz haqqı olmaz! Kimki ruhuyla sevər,qəlbi də,ruhu da onunla barışar. Bax,əsil sevgi budur! Əsil sevən,ruhuyla sevəndir.