Cəsarət nə deməkdir?!İnsan necə yaşamalı,nə etməlidirki,bu ünvana sahib ola bilsin.Ya da nələri gözə almalıdırki,qorxmadan cəsarətinin əsarətindən qurtula bilsin!Həyat insana iki yol göstərir.Ya qorxaq kimi susmalı,ya da başqasının həqiqətinin cəsarətində yanmalısan.Dediyin hər söz o andan etibarən,səni ifadə edəcək.Səni sözlərinlə insanların gözündə qəhrəman mərtəbəsinə ucaldacaqdır.Möcüzədə o gün həyatını,qəlbini qurban verərək,əsgərlərinin gözündə zirvəyə bir addım daha yaxınlaşdı.Gözlərindəki alovda qarşısında dayanan hər kəsi boğub,ürəyində illərin susuqunluğu ilə küsən qız uşağını oyatdı.Həqiqəti gizlədiyi insanlardan,qılınc itiliyindəki sözlərin qorxuncluğunu gizlətmədi.O gün əsgərləri yarıb irəli atılan,əlindəki silahı andıyla itiləyərək,ürəklərdəki qorxunu qüruruyla əvəzləməyi bacaran qız simasındakı həlimliyi,ruhundakı əzəmətlə sildi.Gözləri Şərqin şahinin baxışlarında can tapdı.Bu adı ona Şərqdə xidmət etdiyi vaxtlarda vermişdilər.Başqaları kimi özünə təxxəllüs seçməzdi Möcüzə!Adını xalqı seçər,səs-sorağını onlar yayardılar.Eləki,ilk başlarda ayaq üstə dayanmağa taqəti olmayan qız,bu odlu-alovlu torpaqlarda qanad çalacaqdı.İnamsızlığın,güvənsizliyin,ədalətsizliyin qana qarışdığı torpaqlarda,ədalətini dildən-dilə yayacaq.İnsanlara düşmənin qəlbindəki sevgini göstərəcəkdi.Ağ şəhər Möcüzənin evi,ailəsi idi.Bu şəhər ona qucaq açdığı vaxtdan,qəlbinin bir parçasına çevrilmiş,heç nəyi olmayan qıza böyük bir ailə vermişdi.Bəlkədə buna görə Möcüzə bu şəhəri vətəni hesab edib,ömrünü bu torpaqlar üçün qurban verməkdən belə,çəkinməmişdi.Lakin,həyat onu həqiqətinə sürüklədiyində,Möcüzə ölümdən,müharibən qaçdığı günləri xatırladı.Bir zamanlar Şərqin daşqaya torpaqlarında yaşadığı günlər xatirəsindən heç silinməmişdi.Bu şəhərdə olan uşaq evi onun ilk məktəbi idi.Həyat dərsini də,onun ilk sınağını da burada almışdı.Qəlbi nə qədər bu torpaqlara küskün olsada,gözlərini bir anlıq yumub,parça-parça olmuş torpağı vətəni kimi sevməyə and içdi.Bu gün əsgəri geyimdə kiçik bir maşının içində dağa qalxmağa çalışan qız zehnində bu şəhəri tərk etdiyi günü xatırlayırdı.Gözlərini yumduğu an keçmiş onu əsirinə çevirdi.Partlayış,yanğın,Əkbərin qan içindəki bədəni,müdirə xanımın üzü,yanan avtobus,xilas üçün yalvaran ruhlar,qorxmuş simalar,silah silah səsləri,top gurultuları daha nələr onu real dünyadan ayırırdı.Möcüzə illər sonra unutduğunu düşünmüş,bu xatirələrin onu yalnızca yuxularında narahat edəcəyinə inanmışdı.Lakin,Şərqin havasını ciyərinə çəkdiyi an yaşadığı hər şey zehnində canlandı.İndi bu metal nəqliyyat vasitəsindən çıxıb,geriyə qaçmaq istəyirdi.O gün olduğu kimi qorxaraq qaçmağa alışmışdı.Ölümdən qorxmağa alışmışdı.İllərlə qan qoxusunu ciyərinə çəkərək,ölümə alışmışdı.Yaşamağı heç düşünmədən,gözlərini bir saniyə belə qırqmadan öləmə baxmağa alışmışdı.Ölüm qorxusu nədirki,ölümü gördükdən sonra.Hər şeyini itirən insan,heç nədən qorxmadığını hiss etdikdən sonra,ilk özündən qorxur.Möcüzədə o gün məhz özündən qorxurdu.Zehnindəki səslərdən harada olduğunu unudan qız,başını şüşəyə dayayıb, ürəyindən keçən sözləri özüdə bilmədən yanındakılara bəlli etmişdi.Maşındakı əsgərlərin çoxusu ailələrindən uzaq qalacaqları üçün qəm dəryasına batmışdılar.Möcüzə isə bu şəhəri qana boyamaqdan qorxduğu üçün qəmlənmişdi.Rastlaşdığı hər daş parçası sanki,qəlbinin qaçarkən qırılıb tökülən hissələri idi.Möcüzə keçmişinə onların gözü ilə baxırdı.Bu an bir əl qızı qəm dəryasından uzaqlaşmağa,real dünyaya qayıtmağa məcbur etdi.Yusifin əli onu bu uçurumdan çəkib,çıxarmış tənha olmadığını ona sübut etmişdi.Gözləri rastlaşdığında,Möcüzə incə bir gülüşlə qəlbindəkiləri ondan gizlədi.Lakin,bilmədiki,qardaşı da ondan hisslərini gizləyə bilər.
-Nə fikirləşirsən?
Möcüzə başını qardaşının çiyninə qoyub,gözlərini yumdu.
-Komandirə meydan oxuduğumda,düşünürdümki,qəlbimin ağrısı artıq,rahatlığına qovuşub.Lakin,indi başa düşürəmki,bu ağrı biz ölənə qədər damarlarımızda dolaşacaq.Yusif,sən buna görə özünü təhlükəyə atmaqdan qorxmursan deyilmi?Çünki,qəlbinin ağrısı səni ölümün qorxusundan daha çox incidir.
ŞİMDİ OKUDUĞUN
Buz mələyi
AdventureKimki qəlbiylə sevər,zehninin söz haqqı olmaz! Kimki zehniylə sevər,qəlbinin söz haqqı olmaz! Kimki ruhuyla sevər,qəlbi də,ruhu da onunla barışar. Bax,əsil sevgi budur! Əsil sevən,ruhuyla sevəndir.