Özümə gəldiyimdə uşaq evinin divarlarının arxasına sığınmışdıq.Gözlərimi açdığımda qarşımda qalın qaşlı ,incə,xırda gözləri olan və narin bir təbəssümlə mənə baxan bir oğlan dayanmışdı.Gözlərimin qarşısında çırtma çalıb,huşumun yerində olduğunu yoxladı və əlində silah pencərədən baxan Komandirə səsləndi.
-Özünə gəldi!
Üzündəki təbəssümü genişləndirib "Necə atəş açdığını gördüm.Doğrusu ilk dəfə üçün mükəmməl idin!" dedi.Mən qorxudan saralmışdım.Lakin,o yenədə gülə bilirdi.Bəlkədə,məni qorxutmamağa çalışırdı.Buna görə gülümsəyirdi.Yenədə bu mənə qəribə gəlirdi.Səbəbini bilmirdim,amma insanların duyğularını oxuya bilmək artıq, məni narahat edirdi.Gülən hər simanın altında gizlənən qorxunu hiss edirdim.Bu isə məni daha çox qorxudurdu.Müdirə xanım artıq, özünə gəlmişdi.Bu isə yola çıxa bilməyimiz üçün əla imkan idi.Çünki,müharibənin qızğın vaxtında qaça bilməmək insanı qorxudurdu.Bu an həmişə röyalarımı kabusa çevirirdi.Hər gecə bu güllələrin səsini eşidir və necə qaçacağımı düşünərək oyanırdım.Bir an özümə gəldim və qardaşlarımın,yəni ailəmin necə olduğunu yoxlamaq istədim.Kim deyərdiki,indi qorxudan rəngi saralan bu uşaqlar,böyüdüklərində qorxu nədir bilməyəcəklər.Üzlərindəki ifadə məni narahat etsədə həyatda olmaqları belə məni sevindirməyə bəs etmişdi.Mən bir daha fırtınalarda tənha qalmaq istəmirdim.Müdirə xanımın göstərişi ilə əvvəlcədən hazırladığı çantanı tapdıq və mümkün olduğu qədər qalın geyindik və yola çıxdıq.Mən burada həqiqi ailəmi qoyub,gedirdim.Bəlkədə mən heç bir zaman əlimdən məcbur alınan kiçik qardaşımın hansı ailəyə verildiyini öyrənə bilməyəcəkdim.Çünki,əldə olan tək dəlillər bu binanın divarları arasında idi və mən birdə buraya nə vaxt gələcəyimi bilmirdim.Bəlkədə bu heç bir zaman mümkün olmayacaqdı.Bunu başa düşdüyümdə artıq binadan uzaqlaşmışdıq.Bir an duruxdum və binaya baxdım.Xeyir!Bunu edə bilməzdim.Son ümidimi,balaca qardaşımın körpə barmaqlarının incəliyini duyacağım o anın məlahətini bu binaya məhkum edə bilməzdim.Uşaqların bağırtısına məhəl vermədən geriyə qaçdım.Nə qədər təhlükəli olduğunu bilirdim.Lakin,mənim itirəcək bir ömrüm vardı,onuda ailəmsiz yaşamaq istəmirdim.Həmişə qaçmaq istədiyim uşaq evinin binasına qaçaraq girəcəyimi düşünməmişdim.Arxiv otağına girdim və dolabı açıb,qalaq-qalaq sənədləri qarışdırdım.Tüstü iyini hiss edə bilirdim.Binanın alov alacağını heç düşünməmişdim.Kağızların arasında buraya gətirildiyimiz ayın olduğu qovluğu gördüyümdə ,düşünmədən onu bir neçə qovluqla birlikdə çantama basdım və çantamı bağlayıb,Yerdəki bez parçasını ağzıma tutdum.O an tüstüdə boğulmaqdanmı qorxduğumu,yoxsa qovluqda kiçik qardaşımın adının olmamasındanmı qorxduğumu bilmirdim.Yenədə qorxu mənə qaç deyirdi və məndə önümə baxmadan qaçırdım.Çox keçmədi ki,Komandirə və uşaqlara çatdım.Onların məni gözləməyəcəklərini bilirdim,buna görə onları gördüyüm üçün çox sevinmişdim.Mənə görə onları məni xilas etmək üçün atam göndərmişdi.Çünki,mənim atamda mücahid idi və kiçik qızını qurtarmaq üçün bu adamlardan kömək istəyə bilərdi.İçimdən bir səs soruş deyirdi.Lakin,qorxu bu hissi boğmağa bəs edirdi.Yaşca kiçik əsgər məni gördükdə çox sevinmişdi.Niyə bilmirəm,onun üzü mənə çox tanış gəlirdi.Yol boyu yanında irəliləmişdim.Ara-sıra gizlicə üzünə baxır,qorxumu gizlətmədən,kim olduğunu tapmağa çalışırdım.Yol boyu bir neçə dəfə gözlərimi yummağa məcbur olmuşdum.İllər sonra yenə qan içindəki adamları görmüş və sanki,keçmişimin qapılarını bu günümə açmışdım.Havadakı barıt,tüstü qarışıq qan qoxusu məni ölümlə üzləşdirirdi.Yolun yarısında gördüklərimiz bizi məhv etməyə bədəl idi.Bir gün öncə uşaq evinə gələn maşın indi, yolun kənarında alovlar içində qalmışdı.Sönmək üzərə olan alovu ümidli gözlərimin qarşısını kəsirdi.Ətrafda tanış heç kimi görmək istəmirdim.O gün ilk dəfə baxışların belə, qorxudan gizlənə biləcəyini anladım.Gözlərimi yerə dikdim və ümidimin kəsilməyinə icazə vermədim.Komandir və müdirə isə o alovun içində ilişib- qalmışdılar.Müdirənin qışqırığını və alova atılmaq istədiyini bu gün belə xatırlayıram.O amansız müharibənin qazandırdığı heçnə yox idi,lakin aramızdan apardığı günahsız çox can vardı.Komandir müdirəni qucaqlamış və yerə çöküb,ağlamışdılar.Bu mənzərə qarşısında gözləri dolmayacaq insan tanımırdım.İlk dəfə kiçik Əkbərin gözlərini bağlamış və onun saf qəlbinin bu ağrını daşımasına mane olmuşdum.Yusifin sıxılmış yumruğunu tutmuş.Ömərin dolmuş gözlərində öz hisslərimi gizlətmişdim.Görəsən,nə vaxt cavab verəcəkdilər.Bu amansız oyunun baiskarları öz günahlarının haqq hesabını nə zaman verəcəkdilər.Tək bildiyim,tarixin baxışlarında gizlənən ədalətin qan ağladığı idi.O gün elə bir hala gəlmişdikki,ölməmək üçün gizlənməmişdik belə,ölüm qorxusu ruhumuzu rahat buraxmışdı.Güllələrin içərisində qorxmadan irəliləyirdik.Şanslı bir güllənin məndə öz yerini almasını istəyirdim.Çünki,yalnız belə,bu ümidsiz yerdən qurtula bilərdim.Birdən eşitdiyim səslə özümə gəldim və ilk o an qorumalı olduğum bir ailəm olduğunu anladım.Lakin,çox gec idi.Əkbərin yaxınlığında bir mina partlamış və onu yerə yıxa bilmişdi.Uşaq evində oynadığımız dairəvi daşlardan birini saatlardır əlində tutmuşdu.Lakin,bu müharibə onun uşaqlıq ümidlərini və oyun həvəsini öldürmüşdü.Buna görə bir neçə saat içində böyümüş uşaqlıq hissini bu oyuncaqla bərabər özündən uzaqlaşdırmışdı.Lakin,həyat onun bir böyük olaraq ayağa qalxmasını istəməmişdiki,atdığı daş bir minaya tuş gəlmiş və indi yerdə huşsuz uzanmasına səbəb olmuşdu.Komandir onu yerdən qaldırmış və əllərimin arasından sıyırıb,qucaqlamışdı.Ayaqları qan içində qalmışdı.Qəlpələr onu yaralamağı bacarmışdı.Komandirin qorxusunu bu gün başa düşə bilirəm.Minanın qorxuducu səsini duyanlar çox ehtimal səsin gəldiyi yeri hədəf alacaqdılar.Buna görə dayanmadan qaçdıq.Qulaqlarımızdakı cızıltıdan heçnə eşidə bilməsəksə,ölümə doğru olsa belə,ruhumuz yaşadıqlarımızdan qaçmaq istəyirdi.Sonunda sağ salamat qaçmağı bacarmışdıq.Komandir bizi kiçik bir evin balaca mənzilində gizlətmiş,özü isə müharibəyə qayıtmışdı.Qapıdan çıxdığı an əlini tutdum.Gözləri sanki,məndən qaçdığını sübut edirdi.
ŞİMDİ OKUDUĞUN
Buz mələyi
AventuraKimki qəlbiylə sevər,zehninin söz haqqı olmaz! Kimki zehniylə sevər,qəlbinin söz haqqı olmaz! Kimki ruhuyla sevər,qəlbi də,ruhu da onunla barışar. Bax,əsil sevgi budur! Əsil sevən,ruhuyla sevəndir.