Dördüncü bölüm. Pandemiya yox, iqtisadi böhran

23 1 0
                                    

Gəldik əsas məsələyə – hər kəsi gərəksiz yerə evlərinə kilitləyən, sizin virus deyə bildiyiniz, əslində isə sadəcə iqtisadi böhrandan ibarət olan bu böyük oyuna. Bundan sonrakı bölümlər bu tip yalanlarla bağlı olacaq. Sistematik olaraq, əvvəlcə pandemiyanın səbəbini, daha sonra isə virus
qorxusunun sadəcə manipulyasiya məqsədli olduğuna dair yazdığım onlarla məqaləni paylaşacam.
İndiyə qədər yazdığım ilk üç bölümdə hər şeyə şübhə etməniz gərəkdiyini ümid edirəm ki, anlamısınız. Ona görə də ilk öncə pandemiyanın səbəbini tapmağa çalışmaq sizin üçün daha faydalı olacaq. Çünki səbəbini anlamadan niyə bunu etdiklərini anlamağınız bir az çətin olacaq.
Xüsusilə, pandemiya oyununun sadəcə səbəb olduqları böyük iqtisadi böhranın günah keçisi olduğunu qavramağınız bu mənada çox vacib məsələdir.
Mən araşdırdığım bir il yarım ərzində əlliyə yaxın məqalə ilə insanları oyatmağa çalışdım. Ancaq nə yazıq ki, insanlarda anlamadığım bir beyin tutulması baş vermişdi. Hər şeyin, əslində, bir oyun olduğuna, testlərin heç bir işə yaramadığına, vaksinlərin insan azaltma layihəsinin bir parçası olduğuna, insanların, əslində, yanlış müalicə ilə cinayətə qurban getdiklərinə aid yazdığım məqalələr çox az adamın həyatına təsir edə bildi. Məqalələri yazarkən məni tənqid edən insanlar zaman keçdikcə bəzən haqlı olduğumu da dilə gətirdilər. Lakin böyük bir qismi hələ də hər şeyin təbii şəkildə baş verdiyinə və bu xəstəliyin var olduğuna əmindir.
Pandemiyanın bir oyun olduğunu anlamaq üçün çox ağıllı olmaq lazım deyil. İkinci bölümdə bəhs etdiyim mikrob nəzəriyyəsi ilə azacıq maraqlanan və elmə güvənməyən insan, onsuz da ölənlərin virusdan yox, yanlış müalicə protokolundan öldüklərini rahat bir şəkildə anlaya bilər.
Ancaq əsas səbəbi öyrənmək üçün sizi başqa bir yönə baxmağa dəvət edirəm. Baxmağınız gərəkən doğru yer pul sistemidir. Belə ki, əgər son yüz ildə baş verən iqtisadi böhranları diqqətlə oxusanız, hər birinin mövcud pul sistemi ilə bağlı olduğunu görüb, bu pandemiyanın niyə çıxdığını da aydın başa düşəcəksiniz.
Bu cümləni yaxşı yadda saxlayın: pandemiya adlanan hadisə virus gəldi deyə çıxmadı, iqtisadi böhran gəldi deyə virus ortaya çıxdı. Yəni virus deyilən şey sizin önünüzə qoyulan kamuflajdan başqa bir şey deyil. Əslində isə hər şey pul sistemi ilə bağlı idi. Bunu anlamağınız üçün özünüzə çox sadə bir sual verə bilərsiniz. Bu sual sizi gerçək səbəbə aparacaq. Sual budur: bu pandemiya kimlərə lazım idi və nə səbəbə onların buna ehtiyacı var idi?
Bu sualın cavabı üçün maraqlı bir məlumat paylaşıram. Pandemiyanın başladığı 2020-ci ilin mart ayından 2021-ci ilin noyabr ayına qədər dünyanın dörd bir yanındakı işçilər
3.7 trilyon dollar itirərkən, milyarderlər rekord səviyyədə – 3.9 trilyon dollar qazandılar. Bu, tarixdəki ən sürətli sərvət transferi, ən böyük pul əldəyişdirməsi idi. Ancaq bunu kimsə danışmaq istəmədi. Təəssüfflər olsun ki, insanlar bu pandemiyanı gerçək sandıqları üçün sərvət oğruları sayəsində daha da kasıbladılar. Biriləri zənginləşərkən, biz kasıbladıq. Yəni anlayacağınız, sırf biriləri zəngin olsun deyə
pandemiya ortaya atıldı.

"The Great Reset" - Böyük
Sıfırlanma nədir?

Korona ortaya çıxdıqdan sonra Davos İqtisadi Forumunun (WEF) ortaya atdığı yeni bir qavram olan "Böyük Sıfırlama" gündəmə bomba kimi düşmüşdü (1). Bu söz ortaya
çıxandan dərhal sonra araşdırmaçılar hər şeyin, əslində, bir oyun olduğunu, bu adamların pul sistemini sıfırlamaq istədiklərini anlamışdılar.
Qlobal sərmaye sahibləri ən başından bəri dünyanın yeni bir sistemə keçməli olduğunu bildirirdilər. Onlar dünyanı sıfırlamaqla heç nəyin koronadan öncəki vəziyyətə qayıtmayacağını öz dilləri ilə deyirdilər. Bu keçidin sancılı olacağı da dillərində idi. Bütün hər şeyin arxasında isə yeni növ rəqəmsal valyutaya keçmək arzusu yatırdı. Sual verə bilərsiniz ki, bəs qlobal sərmaye niyə kriptovalyutalara ehtiyac duyurdu? Çünki sistem tıxandıqdan bəri dünyanın tək
rezerv pulu olaraq qəbul edilən dollara ehtiyac qalmamışdı; o artıq öz vəzifəsini sonuna qədər yerinə yetirmişdi.
Hər zaman dünya iqtisadiyyatına yön verən, sistemin var olmasını təmin edən, məşhur yaşıl dolların sahibi olan qlobal sərmaye kapitalizmdən qurtulmaq üçün ilk öncə sahib olduqları dollar sistemini bitirməliydilər. Müasir bank sistemi o qədər oyunlarla qurulmuşdu ki, dünya iqtisadiyyatı onsuz da bu fırıldaq sistemə sonuna qədər dözməyəcəkdi.
Amerikanın mərkəzi bankının (FED) qarşılıqsız çap etdiyi milyardlarca dollarla bu sistem həddindən artıq hava üfürülmüş bir şar kimi az zaman sonra partlayacaqdı.
İşin iqtisadi tərəfini iqtisadiyyatçılardan dinləmək sizin üçün daha faydalı olardı. Mən, sadəcə, sizə 1971-ci ildən bəri
qarşılıqsız olaraq çap edilən və vaxtını dolduran dolların çöküşünü üstlənəcək günah keçisinin korona olduğundan danışacam. Belə ki, var olan pul sisteminin çökməsinə az qalmış qlobal sərmayenin qarşısında iki variant var idi: ya dünyanı toz-duman edəcək iqtisadi böhran üçün heç bir şey etməyəcək, bununla da bu böhran gəldikdən sonra bütün insanlar bu böhranın səbəbini onlardan biləcəkdi, ya da
ortaya xəyali bir virus yalanını atıb, karantinlər elan etdikdən sonra ölkə iqtisadiyyatlarının sırf bu virus sayəsində
çökdüyünü bildirib, insanların qəzəbindən xilas olacaqdılar. Onlar da ikinci yolu seçdilər. Bir virus gəldi və insanlar
iqtisadi böhranı virusdan bildilər. Qlobal sərmayə sahibləri isə yeni bir sistemə daha rahat keçmək və əllərindəki hökmranlığı saxlamaq yolunu tapdılar. Yəni ortalıqda virus deyilən bir şey olmasaydı belə, düz həmin vaxtı ortaya yenə də çıxacaq olan bu böyük iqtisadi böhranın məsuliyyəti ortaya
çıxarılan "korona" adlı xəyali bir qəhrəmana yüklənildi.
Təkrar edirəm, korona olmasaydı, yenə də iqtisadi böhran olmalı idi. O zaman hər kəs bataqlığa batdığı üçün insanlara səbəb kimi göstərəcəkləri karantin dönəmi olmayacağından, birbaşa hədəfdə özləri, yəni qlobal sərmaye sahibləri olacaqdı. Yəni insanlar birbaşa sistemi bu hala salan in-
sanlardan hesab soruşacaqdılar. Ancaq bir plan qurub bu xəyali qəhrəmanı – koronanı ortaya çıxardılar deyə, ortaya çıxmaqda olan və gələcəkdə çox böyük zərbəsini hiss edəcəyimiz div boyda iqtisadi böhranı yaradan acgözlərdən heç kim şübhələnmədi. İnsanlar dünyanı və iqtisadiyyatı
virusun bu hala gətirdiyini düşündüklərindən, heç kim əsl
canavarları görmədi. Bu da onlar üçün böyük bir şans oldu. İndi, tam anlamıyla sistemlərini dəyişib, gələcək olan yeni pul sistemi ilə öz hegemoniyalarını davam etdirəcəklər.

Bəs yeni sistem hansıdır və necə
gələcək?

Bunu izah etmək üçün Twitter sosial şəbəkəsinin qurucu ortaqlarından biri – milyarder Jack Dorseyin açıqlamasını
təqdim edirəm:
"Hiperinflyasiya hər şeyi dəyişdirəcək. Bu proses artıq başlayıb. Yaxın zamanda ABŞ-da gerçəkləşəcək. Sonra da normal olaraq bütün dünyada görünəcək" (2).
Bəli, sistemi yıxacaq olar güc hiperinflyasiyadır. Bu, son dərəcə yüksək nisbətdə inflyasiya deməkdir. Hiperinflyasiya ayrıca bir növ olaraq seçilir, çünki pula olan inam itkisinə görə ölkənin əmtəə-pul dövriyyəsinin və maliyyə sisteminin çökməsinə səbəb olur. Qiymətlər sürətlə və davamlı olaraq artır, insanlar ucuzlaşan pullardan canlarını mümkün qədər tez qurtarmağa çalışırlar.
Yəni hiperinflyasiya – bütün sistemi sıfırlayacaq olan silahlarıdır. Bundan sonra dollar sistemi yerini blokzəncir sistemi üzərində işləyən kriptovalyutaya buraxacaq. Kapitalizm modeli, ümumiyyətlə, 2030-cu ilə qədər "Qlobal sosializm" adlanan yeni bir modellə əvəz ediləcək (3). Bu da o deməkdir ki, dağılmaz deyilən "Sovet" rejiminin dağıldığını gördüyünüz kimi, bu səfər də dağılması mümkün olmadığı düşünülən dolların və kapitalizmin də dağıldığını
görmüş olacaqsınız. Ancaq yerinə gələn sistem isə heç də kapitalizmdən yaxşı olmayacaq. Bu, özəl mülkiyyətin ləğv
edildiyi və mülkiyyətin böyük şirkətlərin idarəetməsinə verildiyi qlobal bir köləlik sistemi olacaq.
Danışdığım bütün planları 2023-cü ildə həyata keçirəcəklər. Belə ki, BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri" (SDG)
adlanan proqramına əsasən 2030-cu təqvim ili bütün planların bitmiş olduğu il olacaq (4). "The Great Reset" adını verdikləri növbəti "Davos İqtisadi Forumunda” isə bütün planlar müzakirə obyektinə çevriləcək. Yəni bütün dünyanı sıfırlamağa o tarixdən başlayacaqlar.
Qısaca ifadə edim ki, "Qlobal Sosializm" adını verdikləri bu yeni sistem dünyanın bir çox yerində yaranacaq hiperinflyasiyadan sonra bütün maliyyə sisteminin çökməsi ilə
həyatımıza daxil olacaq. Suni yaradılacaq ərzaq qıtlığı, aclıq, danışılmış müharibələr, kütləvi etirazlar, mövcud rejimə qarşı ayaqlanmalar pillə-pillə kapitalizmi yer üzündən siləcək və yeni sistem hər bir ölkə tərəfindən qəbul edilməyə məcbur buraxılacaq. Bilin ki, bundan sonra görəcəyiniz bütün müharibələrin hər biri qlobal bir oyunun parçası qismində yeni sistemin gəlişinə xidmət edəcək.
Bu sistemdə gələcək təhsilin distant olaraq düşünülməsi xüsusilə diqqət çəkir. Çünki təhsilin formasını dəyişməklə modern tipli təhsil sisteminə keçirilərək insanların bir-biri ilə daha az ünsiyyət qurması hədəflənir. Göründüyü kimi hal-hazırda ənənəvi təhsil formasında qərarlı olmamaqları distant rejiminin ömür boyu davam edəcəyini göstərir. Bundan başqa, yeni nəsil internet sayılan 5G texnologiyası ilə robotik bir cəmiyyətin əsasını qoymaq və bununla da gələcəkdə işçi qüvvəsinin yerini robot işçilərlə dəyişdirmək planları var. Bu da həkimlik sənəti daxil, bir çox vacib işin insanların əlindən alınıb robotların və süni zəkanın öhdəsinə buraxılması deməkdir. İşləməyən insanların bir hissəsini "universal basic income" (qeyri-şərtsiz olaraq əhalinin müəyyən hissəsinə verilən zəmanətli minimum ödəmə) adını verdikləri təməl gəlirlə yaşatmaq (5), bir hissəsini isə vaksinlərlə mümkün olduğu qədər öldürmək ən böyük hədəflərindəndir.
Onlar gətirmiş olacaqları yeni sistemdəki insanları əvvəlki düşüncələrindən tamamilə arınmış halda təsəvvür edirlər. Çoxa meyl etməyən, ailəsi olmayan, qarşı cinsə maraq duymayan, aza öyrəşmiş, düşünməyən, sual verməyən, heç bir şeyə sahib olmayan və istədiyi hər şeyi sadəcə icarəyə götürən bir insan arzulayırlar. Qalan insanları isə geni
modifikasiya edən müasir vaksinlərlə, dəri altına yerləşdirəcəkləri çiplərlə istədikləri zaman onlara xidmət edən, düşünmə bacarığı olmayan zombilərə çevirəcəklər.

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin