Yeni dünya nizamında əsas hədəfin tək dünya hökumətini qurmaq olduğunu anladıqdan sonra bütün bunları hansı yollarla edəcəklərini də araşdırmalısınız. Bu mənada Üçüncü Dünya Müharibəsi – "Armageddon" bu hədəfin həyata keçməsi yolunda ən vacib ssenarilərdən biri kimi
görünməkdədir. Çünki dünyanın sonu gəldiyi zaman, olacağı bildirilən ən böyük, yıxıcı və son müharibə Armageddon kimi tanınır.
Bu apokaliptik müharibə barəsində dini mənbələrdə, yəhudilərin evangelistlərlə birləşib digər insanlar ilə vuruşacağı, sonunda isə dünyanı tamamilə məhv edəcək və ya ciddi xaos yaradacaq bir müharibə olacağından bəhs edilir.
Müharibə nəticəsində yəhudilər və evangelistlərin qalib gələrək dünyaya hakim olacaqları inancı isə bu müharibənin yaxın zamanda gəlişini sürətləndirəcək amillərdən biri kimi çıxış etməkdədir (1).
Tarixə nəzər saldıqda geridə qalan iki dünya müharibəsinin də yeni dünya nizamının formalaşmasında çox vacib rol oynadığı görünür. Belə ki, Birinci Dünya Müharibəsində imperatorluqların yıxılması və yerinə milli dövlətlərin keçməsi prosesi ilə ərazi və torpaq hesablaşması başladı.
İkinci dünya müharibəsindən sonra isə dünya iki super gücün – ABŞ və SSRİ arasında gedən güc müharibəsinin olduğu dövrləri gördü. SSRİ də çökəndən sonra tək super gücün ABŞ olaraq qalmasına və bu günə qədər dünyada ABŞ-ın hökm sürməsinə gətirib çıxardı. Yeni dünya nizamı prosesinin bu günə qədər olan özəti bu idi.
Eyni şəkildə iki dünya müharibəsinin də İsrail dövləti və Siyonizm ilə olan əlaqəsini də gözdən qaçırmaq olmaz.
Belə ki, Birinci Dünya Müharibəsində İngilislərin Fələstini Osmanlıların əlindən alması və oraya addım-addım yəhudiləri yerləşdirməsi ilə növbəti dünya müharibəsi sonunda İsrail dövləti quruldu. Bu mənada Hitlerin soyqırımdan tutmuş müharibənin bitməsinə qədər olan bütün proseslərin İsrailin çıxarları uğruna baş verdiyini asanlıqla görmək mümkündür (2).
Əlavə olaraq, müharibələrin pul sistemi ilə olan əlaqəsi də açıq-aşkar görünür ki, burada ən vacib məsələ 1944-cü
ildə təşkil olunan Bretton-Vuds konfransı idi. Bu müqavilə ilə milli dövlətlər rəsmən dolların hakimiyyətini təsdiq etmişdilər. Belə ki, o gündən sonra bir unsiya (31.1 qram) qızıl 35 dollara sabitləndi və bu arxasına silahını da almış olan dolları ümumdünya rezerv pul vahidinə dönüşdürdü.
Lakin yeni sistemi ancaq 1971-ci ilə qədər davam etdirdilər. Riçard Nikson qeyd edilən ildə qızılın dollarla bağını qoparıb onu qarşılıqsız çap edilən və hər bir dolların çapı ilə milləti borclandıran görünməz silaha dönüşdürdü. Bu, bankirləri dünyanın hakimi edən böyük hadisə idi. O gündən bu
günə qədər zənginlər daha zəngin, kasıblar isə daha da kasıblaşdılar. İşin ən acınacaqlı tərəfi çap edilən hər qarşılıqsız dollar milllətlərin alnına borc kimi yazıldı (3).
Hal-hazırda yenə də dünyaya baxdıqda hər şey eyni görünür. Belə ki, pandemiya məsələsinin ortaya atılaraq qlobal böhranın örtbasdır edilməsi, mövcud sistemin yenə tıxandığını və yeni bir dəyişikliyə ehtiyacı olduğunu bildirir.
Bu böhran yeni sistemin gələcəyinin mənə görə ən böyük xəbərçisidir. Ancaq düşünürəm ki, dünyada pandemiya
dan daha böyük bir xaos çıxması lazımdır ki, daha əvvəllər də etdikləri kimi insanları sistemin dəyişməli olduğuna inandırsınlar. Bu xaosun da adı, böyük ehtimal, “Üçüncü
Dünya Müharibəsi” olacaq ki, bu müharibə, məncə, özü ilə yeni dünya nizamını da gətirəcək. Görünür, bu müharibə
nin sonunda arzuladıqları yeni pul sistemi gələcək və rəqəmsal tək dünya dövlətinin qurulması prosesi daha da sürətlənəcək.
Belə bir müharibənin olacağı ilə bağlı illər öncə bir xəbər oxumuşdum. Bu, mediyada təsdiqini tapmamış bir xəbər olsa da, illərdir ortalıqda dolaşmaqda idi. Belə ki, bu xəbər
on doqquzuncu əsrdə gerçəkdən yaşamış ustad dərəcəli bir masonun – Albert Paykın yazdığı bir məktubu əks etdirirdi. Məktubdan danışmadan öncə bu şəxs haqqında qısa bir məlumat vermək tam yerinə düşərdi.
Albert Payk 1809-1891-ci illər arasında yaşamış ABŞ-lı bir general idi. O, 1850-ci ildə mason olmuş, “Independent Order of Odd Fellows” lojasına qatılmışdı. 1859-ci ildə isə
33. dərəcə mason (böyük ustad) olmuşdu. Payk ABŞ-ın bu günə qədər ən təsirli bilinən masonu olaraq qəbul edilir.
Bu qısa məlumatdan sonra artıq Albert Paykın sözünü etdiyim məşhur məktubundan danışmaq olar. Belə ki, Paykın 15 Avqust 1871 tarixində özü kimi başqa yüksək dərəcəli bir mason olan İtalyan Cüzeppe Mazziniyə yazdığı aşağıdakı məktub Kanada Kral donanmasında təqaüdçü olan köhnə bir kəşfiyyat zabiti Vilyam Qay Karr tərəfindən Londondakı “British Museum” kitabxanasında kəşf edilmişdir.
O, bu məktubu “Quoted in Satan: Prince of This World” adlı kitabında nəşr edib.
Payk 1871-ci il tarixli bu məktubunda təkcə 1. və 2. Dünya müharibələri üçün edilməsi lazım olanlara yox, bu gün etibarilə əhəmiyyəti daha da artan 3. Dünya Müharibəsinə dair planlara, eyni zamanda dinlərin bitirilməsinə dair hesablara və arzulara yer verir.
Məktubun Londondakı muzeyin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməməsinə baxmayaraq, yazının illərdir ortalıqda olması, ən əsası da yazılma forması bu müharibənin olacağı barəsində insanda şübhə oyadacaq gücdədir.
Belə ki, Payk bu məktubda Birinci və İkinci Dünya Müharibələrinin sonunda nələrin olacağını dəqiqliklə bildirmiş, sonuncu müharibənin özü ilə hansı yeni dünya nizamını gətirəcəyini açıq-aşkar qeyd etmişdir. Həmin məktubun tərcüməsini aşağıdakı yazıda oxuya bilərsiniz:
ŞİMDİ OKUDUĞUN
"Kod adı: Oyanış"
No Ficción"Bu kitab keçmişdə öyrəndiyiniz bir çox mövzunun gerçəkliyinə şübhə etməyi öyrətmək məqsədilə yazılmışdır. Kitabı oxuduqca, doğulduğunuzdan bəri böyük bir yalanın ortasında böyüdüyünüzü öyrənəcəksiniz. İlk dəfədən beyniniz kitabdakı fikirlərə etiraz...