Böyük sərmayələr qoydular. Ancaq nə göyün, nə də yerin hüdudlarını aşa bilmədilər. Bu sərhədləri keçə bilməyəcəklərini anladıqları zaman kosmos yalanını ortaya atdılar.
Bu yalanı da filmlərlə, seriallarla, süni fotoşəkillərlə dəstəklədilər.
Ölkələrin təhsil sisteminə və mediya gücünə kosmos yalanını əlavə edib uşaqlıqdan etibarən insanları buna inandırdılar.
Yerin hüdudlarından kənarda nə olduğunu görmədilər.
Biz də görmədik. Biz ancaq qarşımıza qoyulanları gördük.
Bizdən öncəkilər də göyün hüdudlarını aşmağın heç vaxt mümkün olmadığını anlamadılar. Çünki həyatları boyu heç nədən şübhələnmədilər.
Sonra onlar daha da irəli gedib insanlara irqçiliyi aşıladılar. Cəmiyyətləri kiçik və daha asan idarə olunan milli dövlətlərə böldülər. Dövlətlərin başına qoyduqları xidmətçilər sayəsində sistemin istədiyi kimi düşünən, sual verməyən və sadəcə hazır istehlaka öyrəşmiş zehinlər yetişdirdilər.
Kosmos yalanı bu nəhəng yalanlardan sadəcə biridir.
Bu gün insanlara din, elm və tarix sahələrində çox böyük yalanlar danışılır. Viruslar, vaksinlər, kürə-geoit dünya, yerçəkimi, təkamül nəzəriyyəsi, günəş partlayışları, qlobal istiləşmə, Aya-Marsa enişlər, asteroidlər, yadplanetlilər, ufolar - bir sözlə, hər biri bu böyük yalanın fərqli parçalarından ibarətdir.
Bütün bunlar insanlara güc göstərmək, sistem qarşısında onların özlərini aciz hiss etmələrini təmin etmək və tətbiq olunan bu sistemin davamlılığını qorumaq üçündür. Bunu antik mədəniyyətlərdəki sistemin sahibləri də etmişdi.
Artıq oyanmalı və sistemin bu nəhəng oyununu görməliyik. Kosmos yalanından başlayaraq bütün keçmiş bilgilərimizi eyni anda sorğulamalıyıq. Bu gündən öncə bizə öyrədilən və bundan sonra öyrədiləcək olan hər şeydən şübhələnməliyik.
Çünki bizim şübhəmiz özü ilə oyanışımızı da gətirəcək. Oyanışımız isə, zamanla onların məğlubiyyəti olacaq. Əks halda, gələcək nəsillərə distopik bir dünya - köləlik mədəniyyətindən başqa heç nə buraxmaq şansımız qalmayacaq.
"Oyanış" - tək çarəmizdir!
ŞİMDİ OKUDUĞUN
"Kod adı: Oyanış"
Nonfiksi"Bu kitab keçmişdə öyrəndiyiniz bir çox mövzunun gerçəkliyinə şübhə etməyi öyrətmək məqsədilə yazılmışdır. Kitabı oxuduqca, doğulduğunuzdan bəri böyük bir yalanın ortasında böyüdüyünüzü öyrənəcəksiniz. İlk dəfədən beyniniz kitabdakı fikirlərə etiraz...