On dördüncü bölüm. Distopik yeni dünya nizamı

2 1 0
                                    

Qarşımıza qoyulan uydurma virusun, zərərli vaksinlərin və gələcəkdə bizi gözləyən çiplərin arxasında hansı məqsədlərin olduğunu tam başa düşmək üçün ilk öncə sistemin nə planladığını öyrənməlisiniz. Xüsusilə, pandemiyanın “yeni dünya nizamı” ilə olan əlaqəsini anlamaq, bu
barədə sizə çox faydalı olacaq. Yeni dünya nizamı ümumi mənada bütün irqlərdən bir araya gələn bir qrup insandan təşkil olunan, kökü qədim yəhudi mistikası Kabalaya, yəni
dolayı yolla Siyonizmə bağlanan böyük bir dünya hədəfidir. Bu söz ilk dəfə 1991-ci ildə Corc Buş tərəfindən dilə gətirilib (1).
Bölümün başlanğıcında 2 İyul 2013-cü ildə “Newtimes.az” saytına dərc olunmuş məqalədən istinad edərək, yeni dünya nizamının tarixini sizə daha geniş mənada izah etmək istəyirəm. Çünki bu məqalədən faydalanaraq, yeni dünya nizamında milli dövlətlər barəsində nəyin planlandığını
asanlıqla anlaya biləcəksiniz:

“1990-cı illərin əvvəllərindən başlayaraq, SSRİ-nin dağılması ilə yeni dünya nizamının formalaşması ilə bağlı nəzəriyyələr geniş vüsət almışdır. Beynəlxalq terrorizm təhlükəsi, son illərdə baş verən ərəb inqilabları və digər hadisələr bu nəzəriyyələrin gündəmdə qalmasına səbəb olmuşdur. ABŞ, Böyük Britaniya və ya
Avropa İttifaqı prezidentlərinin və bəzi siyasətçilərin dolayı yolla da olsa yeni dünya nizamından danışması, bu məsələyə ciddi yanaşmağı zəruri edir. Bəs, yeni dünya nizamı dedikdə nə nəzərdə tutulur və bu, bəşəriyyətə nə vəd edir?
Yeni dünya nizamından danışarkən, alimlərin baxışları əsasən iki istiqamətdə inkişaf edir: 1) dünyanın güc mərkəzləri arasında yenidən bölüşdürülməsi; 2) Milli dövlətlərin gücünün və suverenliyinin azalması.
Əslində, müasir beynəlxalq proseslərə nəzər saldıqda, hər iki yanaşmanın müəyyən qədər özünü doğrultduğunu söyləmək
olar. Çünki son illərdəki Ərəb inqilabları, Yaxın Şərq və Şimali Afrikada qüvvələr nisbətini dəyişdirməkdədir. Üstəlik, Qərbin
dəstəklədiyi inqilablar onun əsas rəqiblərindən olan Rusiyanın
bölgədəki təsirini minimuma endirmişdir. Ancaq Misir, Tunis, Liviya və Yəməndə rejim dəyişikliyindən sonra, hakimiyyətə gələn qüvvələrin kifayət qədər demokratik olmaması, regionun qərbin nəzarətindən çıxma ehtimalını artırmaqdadır. Bundan əlavə, Şərqi Asiya və Cənubi Çin dənizində Çin və ABŞ arasında ərazi müharibəsi güclənməyə davam edir. Antraktida isə, dünyanın yenidən bölünməsi prosesinin nisbətən sakit şəkildə irəlilədiyi regionlardan biridir. Ərazinin zəngin hidrokarbon rezervləri və ondan Avropa və Asiya arasında daha qısa dəniz ticarət yolu olaraq istifadə etmək imkanları, keçən illərdə 8 Şimal ölkəsinin təmsil
edildiyi “Antraktida Şurasına” Çin, Yaponya, Cənubi Koreya, Hindistan, Sinqapur və İtaliyanın da qatılmasına yol açmışdır.
Dünyanın strateji əhəmiyyətli regionlarına nəzarət uğrunda mübarizə milli dövlətlərin zəiflədiyi bir vaxtda gedir. Son zaman
lar, elmi mənbələrdə geniş yayılmış fikirlərə görə, milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri bundan sonra da zəifləyəcək. Siyasi məsləhətçi Erik Şnurerin fikrincə, milli dövlət
“hökumətin” yalnız bir konkret formasıdır. Milli dövlətin hökmranlığı “dövlət” və “hökumət” anlayışlarının uzun müddət sinonim kimi başa düşülməsinə səbəb olmuşdur. Onun sözlərinə görə,
icra işlərini dövlətlə birlikdə başqa aktyorlar da edə bilər. Məsələn, ənənəvi olaraq kilsə və mafiya “torpaqsız hökumət” rolunu oynayıb. Bu gün özəl sektor virtual dünya və sosial şəbəkələr dövlət suverenliyinə rəqib kimi görünür. İnkişaf etməkdə olan "virtual
dövlətlər" özü ilə yeni imkanlar və yeni təhlükələr gətirir. Onların istifadə etdiyi texnikaları tətbiq etməklə, bu təhlükələrə qarşı mübarizə aparmaq lazımdır. Məsələn; Terror şəbəkələri ilə mübarizə aparmaq üçün hər hansı bir yeri bombalamaq kifayət deyil, informasiya sahəsində də geniş araşdırmalar aparmaq lazımdır.
Dövlətin qeyri-dövlət oyunçuları ilə rəqabət aparması üçün onun yeni şərtlərə uyğunlaşması və yeni imkanlardan yararlanması mütləqdir.
Amma əsas məsələ, bundan bir az daha mürəkkəb görünür. Son zamanlar dünyada irqçilik, etnik-dini separatizm və anarxist
meyillərin güclənməsi ilə bağlı mərkəzi dövlət idarəçiliyinin parçalanması və zəifləməsi tendensiyası müşahidə olunur. Bunun ən bariz nümunəsi, Yaxın Şərqdə gedən proseslərdir. İnqilabların
baş verdiyi ölkələrdə qurulan yeni hökumətlər dini ekstremizm və
etnik separatizmlə üzləşir və mərkəzi hakimiyyətin zəifliyi bu dövlətlərin xarici təsirlərə qarşı müdafiəsini zəiflədir. Son zamanlar Türkiyədə müxalif ünsürlərin aktivləşməsi özünü göstərir və Gəzi Parkı hadisələri bu baxımdan yeni reallıqları ortaya qoyur.
Həm Türkiyədə, həm də digər ölkələrdə mərkəzi hakimiyyətin nəzarətini zəiflədən hadisələrin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi radikal dini qruplaşmaların, anarxistlərin, solçuların və s. eyni mərkəzdən idarə olunması təəssüratını gücləndirir.
"Yönləndirilən qarışıqlıq" mühitində olan insanlar; hadisələrin gedişatını müəyyən etməkdə, proseslərin arxasında duran
qüvvələri görməkdə, gələcəyi proqnozlaşdırmaqda çətinlik çəkir
lər. Belə bir mühit də, bəzən dövrün tələblərinə uyğunlaşmağı bacaran ən çevik siyasətçilərə belə çətin gəlir.
Belə bir vəziyyətdə, analitiklər, gələcəkdə milli dövlətlərin su verenliklərini itirərək beynəlxalq təşkilatların və ya transmilli
korporasiyaların rəhbərlik etdiyi “qlobal hökumət” və ya “dünya hökumətinin” bir hissəsi olacağını iddia edirlər. Bununla belə demək olar ki, yaxın gələcəkdə güclü milli dövlətlər, dünyaya hakim olmaq iddiasında olanlar olacaq. Xüsusilə ABŞ, mütləq söz sahibi olduğu “birqütblü dünyanı” formalaşdırmaq üçün, əsas rəqibləri
olan Rusiya və Çini sıradan çıxarmaq üzərində işləməyə davam edəcək. Dünya liderinə çevrilmiş ABŞ-ın xarici siyasətinin elmi cəhətdən əsaslandırılmasına da səy göstərilir.
Amerikalı siyasət analitiki Robert Kaplan “Anarxiya və Hegemoniya” adlı məqaləsində beynəlxalq münasibətlərdə demokratiya prinsiplərinin keçərli olmadığını bildirir, dövlətlər arasında bərabərsizlik və iyerarxiyaya ehtiyac olduğunu müdafiə edir və ABŞ-ın dünya siyasətində hegemonluq iddialarına haqq qazandırır. R.Kaplan, hegemonluq siyasətinin dünyada sabitliyi təmin edəcəyini düşünür.
Belə qənaətə gəlmək olar ki, yeni dünya nizamı ilk növbədə “çoxqütblü dünyaya” qarşıdır. Bu səbəbdən, dünyanın siyasi
səhnəsində iddialı görünən dövlətlər, xüsusən də, artan Çin elementi Qərbdə narahatlıqla qarşılanır. Dünyanın müxtəlif yerlərində öz maraqlarını təmin etməyə çalışan ABŞ-ın rəhbərlik etdiyi Qərb bloku bu məqsədlərə mane olan dövlətlərdə mərkəzi idarəetməni zəiflədən etnik və dini qarşıdurmaların artmasında və
onların düşmənçiliyində faydalı ola bilər. Bu cür siyasət, Qərbdə “konstruktiv qarışıqlıq” adlanır və ABŞ-ın müttəfiqləri ilə birlik
də, bu siyasətləri Yaxın Şərqdə və digər regionlarda həyata keçirdiyi düşünülür. Beləliklə, milli və beynəlxalq münaqişələrdən; iqtisadi və siyasi böhranlarla zəngin qarışıqlıq vəziyyətindən faydalana bilən dünya güc hərisliyini, yaranmaqda olan yeni dünya nizamının gələcək görünüşü kimi görmək mümkündür” (2).

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin