Son söz

8 1 0
                                    

Bu kitabı sonuna qədər böyük bir həvəslə oxuduğunuz üçün sizə öz təşəkkürümü bildirirəm. Siz, eyni zamanda, bu möhtəşəm kitabı yazmaq üçün mənə güc və cəsarət verən oyanmış bir insansınız. Xüsusilə, bu kitabdakı biliklərlə özünüzə möhtəşəm bir güc əldə etdiyinizdən heç bir şübhəm yoxdur.
Ən əsası isə məni cəsarətli, səhvlərinin fərqində olan, hər şeyi bilmədiyini bilən, içi insan sevgisi ilə dolu olaraq yaradan, yaşadığım möhtəşəm həyatı mənə bəxş edən Uca Yaradanıma təşəkkür etməliyəm. Çünki bu güc, onun mənə layiq bildiyindən başqa bir güc deyil.
Bu kitabla, əsasən, bir çox mövzuları dərindən analiz edərək oyanış reallaşmadığı təqdirdə, gələcəyin necə fəlakət bir dünyaya təkamül edəcəyinə diqqət çəkmək istədim. Bu mənada qarşımıza "elm" deyə qoyulan bir çox bilginin bizi idarə etmək məqsədi ilə "sistem" tərəfindən ortaya atıldığına dair güvənli mənbələrdən xəbərlər paylaşdım. Bu xəbərlərə isə öz şəxsi düşüncələrimi və gələcəklə bağlı bütün fikirlərimi qatdım.
Kitabımda yazdığım bütün fikirləri gələcəkdə mütləq görəcəyiniz iddiasında deyiləm. Hər-hansısa bir fikri əskik
verə bilmə və ya gələcəkdə hər-hansısa bir mövzu barəsində fikrimi dəyişə bilmə potensialım var. Buna görə də yazdıqlarıma özünüz də araşdırmadan inanmamalı və yazdığım bütün fikirləri yenə də "şübhə" ilə qarşılamalısınız.
Çünki mənim bu kitabdakı əsas məqsədim insanlara fikirlərimi diktə etmək yox, insanların şübhə etməsinə şərait yaratmaq idi.
Ancaq əminəm ki, çəkdiyim gələcək profili bu və ya başqa bir yolla qarşınıza çıxdıqda kitabımdakı müvafiq fikirləri xatırlamaqda gecikməyəcəksiniz. Bu mənada yazdığım
şeylərin gerçəkləşməsi uzun illər alacaqsa belə, bir gün yaddaşınızda bu kitabla qaldığımı bilmək, məni az da olsa
rahatlaşdırır. Çünki bu kitab, mənim üçün insanlıq borcumu yerinə yetirdiyimi göstərən ən vacib əsərdir.
Mən bu kitabla iki illik araşdırmalarımdan yola çıxaraq, sizə böyük bir oyanış hədiyyə edirəm. Düşünürəm ki, bu kitabı oxuduğunuz üçün oyanış pazlının əskik olan tək parçası da bundan belə sizin əlinizdədir.
Bu parçanı pazlın boş qalan yerinə yerləşdirin və pazlınızı elə indicə, bu kitabla tamamlayın. Əsəriniz hazır olduqda isə onu başqalarına təqdim etməkdə gecikməyin.
Eyni ilə mənim bu kitabı sizlərə təqdim etdiyim kimi.

Hər birinizə sevgilərlə...
Barat Əlizadə,
12 Fevral 2022

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin