Keçən bölüm boyunca ortalıqda düşünüldüyü kimi qorxuducu bir virusun olmadığını sübuta yetirmiş oldum. Elə isə beyninizdə yaranan sualların sayının artdığını hiss edə bilirəm. Ancaq bu kitabı oxuduqca bütün bu sualların cavabını tapacağınıza əmin olun.
Koronavirusun varlığına inanan insanlara bu virusun olmadığını deyəndən sonra onların verdiyi ilk suallardan biri pandemiya boyunca insanların nədən öldükləri ilə bağlıdır. Bu adamlar çox zaman ya ailəsindən, ya dostlarından, ya da ətrafında heç görmədiyi, sadəcə öldüyünü eşitdiyi bir adamı bu virus sayəsində itirdiyini düşünən adamlar olurlar. Eyni zamanda, həmin adamlardan bəziləri də pandemiya boyunca normal bir qrip və ya ağciyər iltihabı keçirmiş, ancaq xəstəliyini uzun və ağrılı yaşamış insanlardır.
Bunlara əlavə olaraq, iy və dad itirməsindən sonra bu virusun varlığına inanmış adamlar da çoxdur.
İlk öncə bunu bilməlisiniz ki, insanlıq var olduqca insanlar ölməlidir. Bu, dəyişməz bir qanundur. İnsan ölümlü bir varlıqdır. Ancaq bu zamanda elə davranırlar ki, sanki bu
virus çıxmamışdan qabaq insanlar heç ölməmişdi. Birincisi, bütün ölümləri hər hansı bir virusun öldürmə potensialına
bağlamaq son dərəcə yanlışdır. İkincisi isə bilin ki, bu oyunu quranlar nə qədər statistikalarla oynasalar da, bu il ərzində keçən ildəkindən heç də daha çox insan öldüyünü göstərə bilmədilər.
Keçən il də qripdən, ağciyər iltihabından, xərçəngdən, xroniki xəstəliklərdən, nəfəs yolu problemlərindən ölən milyonlarca insan var idi. Həmin xəstəliklərdən bu il də ölən çoxlu insan var. Üstəlik, pandemiya dövrü boyunca bir çox xəstəlikdən ölən adamları koronavirus qurbanı yazdıqlarını eşitməmiş olmazsınız (1). Statistikalar bu barədə hər şeyi insanlara çox aydın bir şəkildə göstərir. Pandemiyadan qabaq dünyadakı ölüm sayıları ilə maraqlansanız, pandemiyadan sonrakı illərdə heç nə dəyişmədiyini görəcəksiniz.
Bu ilin tək fərqi mənasız bir statistika hazırlanaraq ölən insanları hər gün açıqlamalarından ibarətdir. Bu, keçən illərdə olmayan modern bir saxtakarlıqdır növüdür. Ölən və ya testdən pozitiv çıxanları hesablayaraq hər gün digər insanlara eşitdirməklə, onların gözündə böyük bir qorxu yaradılır. Onlar da hər gün eşitdiyi şeyin doğru olduğu fikrinə qapılıb, bunu sorğulamadan qəbul edirlər. Hadisə isə
belə baş verir: Xəstəlik simptomu göstərən bütün insanları lazım olmayan bir testə salırlar və o testdə pozitiv çıxanları
yoluxma siyahısına, ölənləri isə koronavirusdan ölənlərin siyahısına qeyd edirlər.
Dövlətlərin bu işi etməklərindəki məqsədi gələcək bölümlərin birində oxuyacaqsınız. Mənim bu bölümdəki vəzifəm, insanların nədən öldüklərini diqqətinizə çatdırmaqdan ibarətdir. Ancaq statistika mövzusu barəsində dediklərimə sübut olaraq sizə maraqlı bir araşdırma təqdim edəcəm.
2022-ci ilə qədər koronavirusa yoluxan adamların ölən adamlara olan nisbəti sizcə neçə faizdir? Cavab: 2%. Hətta ondan da az. Özünüz də statistikalara baxa bilərsiniz (2).
Tam olaraq sıfır tam yüzdə ikidir. Yəni öldürəcəyindən qorxulan bu virus hər yüz nəfərdən ikisini öldürən, geri qalan doxsan səkkiz nəfəri sağ buraxan bir virusdur. Virusun varlığını inkar etməyən adam belə olsa, ilk öncə bu qədər zəif bir virusdan niyə qorxduğunu sorğulamalıdır. Ki, bu faiz
hər il normal qripdən ölənlərin faizi ilə demək olar ki, eynidir. Üstəlik, başqa xəstəliklərdən ölənləri də koronavirus yazdıqlarını nəzərə alsaq, bu faiz normal qriplə başabaş çıxır.
Müqayisə üçün 2003-cü ildə bir başqa uydurma olan “Sars” adlandırdıqları virusun belə öldürmə potensialını
yüzdə on olmaqla birlikdə, 2012-ci ildəki “Mers” virusunun öldürmə potensialını yüzdə otuz açıqlamışdılar (3).
Yəni onlar balaca qardaşları olan yeni növ koronavirusdan daha ölümcül virus imişlər. Amma “nədənsə” heç bir tədbir görülmədən, hətta karantinlərə belə ehtiyac duyulmadan bir anda ortalıqdan yox olub gedə bildilər. Hərçənd, uğrunda illərdir maska taxılan, bir neçə doza peyvənd olunan, karantinlərə ehtiyac duyulan bu virus aramızdan heç
bir halda gedə bilmir.
Anlayacağınız, qorxulu heç nə olmadığı halda insanlara dəhşətli bir qorxu pompalanır. Özü də həyatdakı ən böyük
qorxu – ölüm qorxusu. İnsanları ortalıqda dolaşan bir mikroorqanizm olduğuna bu şəkildə inandırmağa çalışırlar. İnsanlar da, təəssüff ki, bu tələyə hər dəfə düşür. Normal qrip olsalar belə, gedib test etdirməli imiş kimi yanlış bir hissə qapılırlar. Buna görə də o testdən, böyük ehtimalla, pozitiv çıxmağı qəbul etmiş olurlar.
Bu testin bütün yalanlarını açıqlayacağım ayrıca bir bölüm olacaq. Ancaq bu bölümdə qısa bir xatırlatma vermək yerinə düşər. PCR testi dedikləri şey insan DNT-sindəki genetik materialı yoxlayır ki, bu material xəstə olan hər bir insanda ola bilir. Bu genetik material “ekzosom” adlanan bir
antiteldir ki, qrip də olsaq, şəkər də olsaq, bu antitel bizim bədənimizi nizama salmaq üçün orada olur (4). Bu genetik
materiala aid sosial şəbəkələrdəki ilk məqaləmdə bəhs etmişdim. Virusların izolyasiya olunmadığını və mikrob nəzəriyyəsi haqqında yazdığım bölümləri oxumusunuzsa, bu genetik materialı asan başa düşə biləcəksiniz.
Eksozom bədəndə toksik maddə toplandığı üçün həmin bədənin müdafiə mexanizması tərəfindən avtomatik istehsal edilən multi-proteinli antitellərə verilən addır. Antitel isə immunitet sisteminin plazma hüceyrələri tərəfindən ifraz olunan zülallardır. Qısaca, bir xəstə (qrip, ağciyər, ürək və ya onkoloji xəstələr) koronavirus ortaya çıxdığından bəri xəstəxanaya hər hansı bir səbəblə getdikdə, ilk öncə barəsində bəhs edilən bu testi vermiş olur ki, bu test, əslində, genetik materialı, yəni eksozomu aşkarlayır. Xəstə insanın
da bədənində bu genetik material olduğu üçün onun testi burnu axmasa belə, avtomatik pozitiv çıxır. Testdə pozitiv
çıxan xəstə də dolayı yolla özünü bu virusun varlığına daha çox inandırır. Sonra da, böyük ehtimal, çarəni ona verilən ağır dozada dərmanları qəbul etməkdə görür.
Belə ki, normal qrip olduqdan sonra bu testdən pozitiv çıxan Türkiyədəki bir yaxınıma gündə on altı ədəd içməsi
üçün “Favipiravir” dərmanı verilmişdi. Xoşbəxtlikdən o məni dinləmiş və dərmanları qəbul etməmişdi. Qəbul edən
milyonlarca insan isə ya xəstəliyi ağır keçirdi, ya da öldü.
Xatırladım ki, keçmiş zamanda, bir dəfəyə on altı dərman içmək intihar sayılardı. İndi isə həkimlər göz görə-görə insanları intihara məcbur edirlər.
Üstəlik, bu yaxınlarda maraqlı bir xəbər daha yayıldı. "Favipiravir" dərmanının uydurma koronavirus müalicəsində
heç bir effekti olmadığı ortaya çıxdı (5). Bunun açıqlaması odur ki, yanlış diaqnozlar, yanlış protokollar, yanlış müalicələrlə insanlar öldürüldü. Onlar cinayətə qurban getdi.
Ancaq biriləri çıxıb heç nə olmamış kimi, bu dərmanın sadəcə effekti olmadığını deyib, onu bazardan çıxardılar. Lakin verilən dərmanların yan təsirindən ölənlərin hesabını heç kim soruşmadı. Əvvəlcə "Hidroksiklorokin" dərmanı qadağan edildi (6), sonra da "Favipiravir" barədə belə bir
nəticə açıqlandı. Koronavirusu müalicə etdiyi deyilən nə qədər dərman varsa, hamısı uydurma çıxdı.
Həkimlər isə insanlara ağır dozada dərmanlar verərkən, onların əks təsirindən bəhs etmirlər. Sanki dərmanın əks təsiri yoxmuş kimi davranırlar. Otuz beş yaşında normal qrip olmuş daş kimi sumo güləşçisinə də eyni dərmanı verirlər,
yetmiş beş yaşında illərdir xroniki xəstəliyi ilə yaşamağa çalışan azca qrip olmuş qoca dayıya da. Təbii ki, ağıllı bir adam bu qocanın verilən əzablara dayana bilməyəcəyini anlayar. Dünyanın hər yanında belə qocaların ağır dozada
dərmanların yan təsirindən öldüyü çox açıqdır.
Yəni görünür, insanların ailələrinə qarşı çox böyük haqsızlıq edildi. Onların qohumları, dostları, əslində, cinayətə qurban getdi. Bunun üçün məhkəməyə müraciət etməli idilər, ancaq onlar heç ailəsinin cənazəsini belə görə bilmədilər. Bu sistem, uydurma bir virusla onların böyüklərinə qarşı
son borcunu yerinə yetirmələrinə də icazə vermədi.
Hələ qocaların böyük bir qisminin sağlam ola-ola getdiyi xəstəxanalarda salınan nəfəs aparatlarında öldüyü reallığı var. Ehtiyacı olmadan salınan nəfəs aparatının ölümə apardığını ən başından bəri bildirmişdim. Bunu mən bildiyim halda, həkimlərin bilməməsi mümkün ola bilməz. Ancaq
lazımsız yerə insanları nəfəs aparatına saldılar və aparata qoşulan hər xəstəyə görə böyük miqdarda mükafat aldılar.
Özü də az yox, əlli min manat kimi böyük məbləğdən söhbət gedir. Bunlar dövlətlər sayəsində xəstəxanalara ödəndi.
Həkimlər isə ya təhdid edilərək, ya da rüşvət verilərək insanlara qarşı cinayət işləməyə təşvik edildi. Təbii ki, hökumətlər bu pulu ciblərindən vermədi. Dünyanı idarə edən
qüvvələr, yəni qlobal sərmaye sahibləri tərəfindən dövlətlərə paylanan milyardlarca dolları siz düşünün.Virus, yoxsa chemtrail?
Bir də kimyəvi maddə püskürdən təyyarələr var ki, onlar insanlıq üçün növbəti təhlükələrdən biridir. Son zamanlar onlar çılpaq gözlə belə görünməkdədirlər. Havadan dərman, qaz qoxusu hiss etdiyinizdə, bilməlisiniz ki, aldığınız
hava zəhərlidir. Üstünüzə alminium, baryum və s. tipli ağır maddələr səpilir. Güya onlar iqlimlə mübarizə aparıb qlobal istiləşmənin qarşısını almağa çalışırlar. Ən azından, bizə belə deyirlər. Əsas məqsədləri isə insanları xəstələndirmək və immunitet sistemlərini zəiflətməkdir. Çünki asanlıqla xəstələnən insan tez-tez test verib koronavirus statistikasını artırmağa yaraya bilər.
Ancaq üstümüzə havadan səpilən maddələrin virus olduğunu düşünməməlisiniz. Ağır toksik maddələr sadəcə insanların qrip bənzəri simptomlar göstərməsinə şərait yaradar. Bunlar insanlarda nəfəs darlığını artıran və ya onların xəstəliyi ağır keçirmələrini təmin edən ağır maddələrdir. Səpilən bu maddələr havada qeyri-adi bulud formasında görünür və təyyarələrin buraxdığı su buxarı izindən fərqli olaraq, uzun müddət havada qalırlar. Daha sonra isə yavaş-yavaş dağılaraq yer üzünə enib insanların bədəninə ağız
və burun yolu ilə daxil olurlar. İspaniya hökuməti “Chemtrail” mövzusunu rəsmən qəbul edən ilk ölkələrdən biridir.
Onlar bunu havadan dezinfeksiya üsulu formasında açıqlamışdılar. Bu barədə siz də asanlıqla araşdırma edə bilər,
İspaniyanın buna dair rəsmi sənədini tapa bilərsiniz. Sizə asan olsun deyə, kitabın sonunda rəsmi sənədin linkini verəcəm (7). Bu tip spreylənmə təkcə insanlara yox, heyvanlara, hətta bitkilərə qədər bütün canlı aləminə zərər verməkdədir.
Qısaca, şiddətli bir qrip və ya nəfəs yolu problemi yaşayırsızsa, onsuz da keçirdiyiniz xəstəlik ağır olmalıdır. Hələ bunlara taxdığınız uzunmüddətli tibbi maskalar və kimyəvi spreylənmə də əlavə olunursa, sizin xəstə olmağınızdan daha təbii heç nə ola bilməz. Xahiş edirəm, xəstəliyizi bal,
zəncəfil, limon, çörəkotu yağı və s. kimi təbii zənginliklərlə müalicə etmək varkən, gedib test verərək ağır dozada dərmanlar qəbul etmək kimi yanlış bir eşqə düşməyin. Hansı
ki, bu testdən xəstəlik təşhisi üçün istifadə etmək olmur.
Təkrar edirəm, bu test sizin xəstə olub-olmadığınızı müəyyən etmək potensialına malik deyil. Gözünüzü açsanız,
sağlam olan adamın da testdən pozitiv çıxa bildiyini görəcəksiniz. Heç bir şikayəti olmayan adam belə testdən pozitiv çıxa bilir. Bu da statistikanı artırmaq üçün testdə oynadıqları başqa bir oyundur ki, bu barədə ətraflı olaraq başqa bir bölümdə oxuya bilərsiniz.
Bəzən elə olur ki, ailədə bir nəfər pozitiv, digərləri neqativ olur. Halbuki bu virusun insandan insana yoluxmada çox güclü olduğu bildirilir. Ancaq nədənsə xəstənin ailəsi heç bu virusa yoluxmur. Bu hadisə mikrob nəzəriyyəsinin başqa bir yalanını ortaya çıxarır ki, bununla siz qripin keçirici olmadığını da anlaya bilərsiniz. Amma sistem durduq yerdə onları da karantinə ala bilir və təkrar test edib pozitiv çıxartmağı bacara bilirlər. Hətta dünyada bu oyunu quranların adamı olan məşhur milyarder Elon Musk eyni gündə 4 ayrı test verdiyini, bunun ikisinin neqativ, ikisinin pozitiv
olduğunu bildirmişdi (8).
Yəni anlayacağınız, test mövzusu limitsiz bir dolandırıcılıqdır. İstədikləri qədər fırladıb, sonunda öz istədikləri yerdə bu oyunu saxlaya bilərlər. Yəni test etməyi dayandırsalar, statistikanı bir gün ərzində sıfırlaya bilərlər. Ki, bir zaman gələcək, test etməyi dayandırıb bu virusun normal qrip
formasına keçdiyini bildirəcəklər. Bu oyunu da elə bu şəkildə bitirəcəklərinə əminəm.
ŞİMDİ OKUDUĞUN
"Kod adı: Oyanış"
Non-Fiction"Bu kitab keçmişdə öyrəndiyiniz bir çox mövzunun gerçəkliyinə şübhə etməyi öyrətmək məqsədilə yazılmışdır. Kitabı oxuduqca, doğulduğunuzdan bəri böyük bir yalanın ortasında böyüdüyünüzü öyrənəcəksiniz. İlk dəfədən beyniniz kitabdakı fikirlərə etiraz...