Onuncu bölüm. Genetik kodu dəyişdirəcək yeni texnologiya

15 1 0
                                    

Onuncu bölümdən etibarən, bir neçə bölüm sadəcə vaksinlər barədə araşdırmalarımdan ibarət olacaq. Xüsusilə bu bölümdə, vaksinləri ümumi bir çərçivədə dəyərləndirib, sizin gözünüzdə onların nə işə yaradığı barədə ümumi bir profil yaratmağa çalışacam.
Bildiyiniz kimi, bu gün insanların böyük bir qismi, bu zərərli vaksinləri qəbul etməyə məcbur buraxılıb. Sistem, dünyanın demək olar ki bütün yerlərində, “könüllü” adı
altında insanlara peyvənd olunmaqdan başqa yol buraxmır, rəsmən insanlara həyatı hər keçən gün zəhər etməyə davam edirlər. Düzdür, bəzi insanlar, sistemin inandırmış
olduğu “saxta elmi” hər şeydən üstün tutduqları üçün, vaksinin faydalı olduğuna inanaraq, öz ayaqları ilə peyvənd olunmağa gedirlər. Ancaq görürəm ki, onların da böyük bir qismi, yeni bir doza üçün qərar çıxdığı andan etibarən, bu işdən şübhələnməyə başlayırlar. Ən əsası isə,
peyvənd olunmayan insanlar var ki, onlar da, mənim kimi araşdıran, pandemiyanın başından bəri bütün oyunları görməyə çalışan, sorğulayan insanlardır.
Ümumilikdə götürükdə, bu bölümə qədərki oxuduqlarınız, əslində, iddia edilən virusun olmadığını açıq-aydın göstərdi. Belə ki, beşinci bölümdə, bu virusun uydurma olduğunu mənbə verərək sübut etmiş oldum. Testlərin heçbir işə yaramadığını və maskanın zərərlərini öyrənərək, insanların, əslində, necə xəstələndiklərini və nədən öldüklərini başa salmış oldum. Bu bölümdə isə mənim hədəfim, vaksinlərin niyə gəldiyi, nə ilə bağlı olduqları və insanlar üzərində hansı oyunun parçası olduqlarını öz düşüncələrimlə izah etməkdən ibarətdir. Bu məqsədlə, Dr.Piyer Cilbertin düz iyirmi yeddi il bundan əvvəl söylədiyi sözlərə
diqqətinizi çəkmək istəyirəm.
Diqqət edin, bu sözlər 1995-ci ildə – ortada nə pandemiyanın nə də vaksinin olmadığı bir dövrdə söylənilib. Ancaq qəribə bir şəkildə Kanadalı həkim Piyer Cilbert gələcəkdə baş verəcək hadisələri çox böyük dəqiqliklə bildirib. Belə ki həkim, gələcəkdə texnologiyanın daha çox inkişaf edəcəyini və bununla da frekanslarla aktiv hala keçəcək “sulu kristalların” gələcək dünyada var olacağından söhbət açır. Bu çıxışında söylədiklərinə görə, gələcək zaman içində “məcburi hala gələcək vaksinlərlə” birlikdə peyvəndlənmiş insanlar dəyişərək, bir "zombiyə” dönüşəcəklər (1).
O zamanlar, mən də vaksinlər barədə araşdırma apararkən, həkimin illər öncə söylədiyi sözlərdə bir çox həqiqət
ola biləcəyini fərq etdim. Sistemin peyvənd olunmayanlara məhdudiyyətlər qoyması, məcburən peyvənd olunmağımızı istəməsi, 5G texnologiyası üzərində gedən hazırlıqlar,
xüsusilə də vaksinlərin içində olduğu məlum olan “qrafen oksid” maddəsi barədə araşdırmalarım məni belə düşünməyə vadar etdi. Ən əsası, sistemin “zombi virusu” ilə bağlı paylaşdığı uydurma xəbərlər, bütün bunların bu və ya gələcək vaksinlə bağlı olacağı barədə düşüncələrimə əsaslıq gətirdi. Üstəlik, dünyanı idarə edən qlobal sərmayenin zombi kimi “düşünə bilməyən”, “ona buna hücum edən”, “nevroz” bir insan tipi arzuladıqları heç kimə sirr deyil. Bir
sonrakı bölümdə, vaksinlərdəki qrafen oksid maddəsi haqqında danışarkən, bütün bunların gerçək ola biləcəyi ehtimalı üzərində özünüz də düşünməyə başlayacaqsınız.
Qısaca ifadə edim ki, görünür, qlobal sərmaye sahibləri “Yeni dünya nizamında” vaksinlərdən istifadə edərək insanları dalğalarla idarə etmək niyyətindədirlər. Bundan sonra, gələcək çip rejimi ilə isə, onları düşünə bilməyən bir robota dönüşdürəcəklər.
Bundan başqa, lazım olmayan insanları öldürmək də vaksinin ortaya çıxmasında ən böyük hədəflərdən biridir.
Belə ki, qlobal sərmayenin ən böyük kuklalarından biri saydığım milyarder Bill Gates, 2010-cu ildə qatıldığı bir "TED"
proqramında, insanları peyvəndlərlə 10-15% azalda biləcəklərini, yəni açıq-aşkar öldürmək niyyətlərini etiraf etmişdi. Həmin çıxışın linkini də mənbə bölümündən əldə
edə bilərsiniz (2).
Bütün bunları, mən və mənim kimi bir çox insan hər gün sosial mediyalarda paylaşmağa davam etdikləri üçün senzuralara məruz qalır və insanlara reallıqları tam çatdıra bilmirlər. Görünür, gətirmək istədikləri faşist rejimli "Tək dünya dövləti” artıq qapımızdadır. Ancaq anlamadığım tək şey, ortalıqda bu qədər açıq fakt varkən, insanların kliniki sınaq mərhələləri belə tamamlanmamış bu vaksinlərə niyə etiraz etməməsidir. Onlar, sistemin qoyduğu qaydalara güvənir, bəzən daha da artığını başqa insanlardan tələb etməkdədirlər. Hər gün vaksinə etiraz edən “oyanmış” insanlarla, düşünə bilməyən “yatmış” adamların az qala müharibəsi gedir.
Ancaq yaxşı xəbər odur ki, bütün ölkələrdə bizim kimi düşünənlər də az deyil. Onlar, hər gün vaksinlərə, koronavirus yalanına, pasportlara etiraz edərək, sistemə qarşı öz
güclərini göstərməyə çalışırlar. Hətta, bəziləri peyvənd olunmuş olsalar belə, ondan sonra da inandıqları virusu
ağır keçirdiklərini görür və bunu biləvasitə özləri təcrübə edirlər. Vaksinin xəstəliyi yüngül keçirdəcəyi yalanı isə, artıq heç bir insanı qane etmir. Hətta iş o yerə gəlib ki, bu günə qədər vaksin mövzusunda ən istəkli olan İsrail ölkəsi belə xəstəxanasındakı ağır xəstələrin 80%-nin ən az 3 doza
peyvənd olunmuş insanlar olduğunu gizlətmirlər.
Belə ki, 3 Fevral 2022-ci ildə, İsraildəki İchilov xəstəxanasının direktoru Prof. Yaakov Jerris "Channel 13 News"-a
verdiyi müsahibədə "hazırda ağır xəstələrimizin əksəriyyəti ən az üç doza peyvənd olunanlardır" demişdi. Xəbəri istinad etdiyim mənbənin linkini kitabın sonunda tapa bilərsiniz (3). Burada isə, xəbərdən əsas hissəni daha dəqiq bir
şəkildə vermək tam da yerinə düşərdi.
Jerris: "Hazırda, xəstəxanamızda, ağır xəstələrimizin yetmiş-səksən faizi ən az üç doza peyvənd olunmuşdur. Deməli, peyvəndin ağır xəstəliklərlə bağlı heç bir əhəmiyyəti yoxdur. Xəstələrimizin yalnız iyirmi-iyirmi beş faizi peyvənd olunmayanlardır”.
Hazırda bütün dünyada belə xəbərlər sürətlə yayılmaqdadır. Bu da peyvəndin xəstəliyi yüngül keçirmək üçün vurulduğu mifini ortaya atan sistemin, bunu müdafiə edən insanları nə qədər böyük bir yalanın içində yaşatdıqlarının göstəricisidir. Üstəlik, CDC (ABŞ-ın xəstəlik və qorunma
mərkəzləri) mRNT vaksinlərinin ürək iltihabına səbəb olduğunu da gizlətmirlər. Belə ki, 10/21 ACIP toplantısından
kiçik bir hissəni diqqətinizə çatdırmaq istəyirəm:
"Birdən çox ölkədəki çoxlu güvənlik izləmə sistemlərindən əldə edilən sübutlar mRNT Covid-19 vaksinini təqib edərkən miyokardit və miyoperikardit riskində artış tapıntısını dəstəkləməkdədir" (4).
Bu xəbərin doğru olduğunu görmək üçün peyvənd olunduqdan sonra aritmiya (ürəyin ritm pozuntusu) xəstəsi olan məşhur futbolçuların öz karyeralarını necə bitirdiklərini görə bilərsiniz. Belə ki, belə hadisələrdən biri, məşhur futbolçu Sergio Agüeronun adı ilə bağlıdır. O, bir qədər öncə 12 yaş üstündəki bütün uşaqları peyvəndləməyə çağıran videolar çəkməkdə idi. Ancaq bir müddət sonra, ürək problemlərindən ötrü futbolu buraxmaq məcburiyyətində qaldı.
Başqa bir hadisədə, mənim də azərkeşi olduğum İtaliyanın "İnter Milan" klubunun futbolçusu Kristian Eriksen peyvənd olunduqdan qısa müddət sonra millidəki oyununda birdən-birə yerə yıxılmış, uzun müddət xəstəxanada yatmışdı. Daha sonra isə, ürəyinə stend taxılaraq daha
aşağı bir liqada futbol oynamağa məcbur qalmışdı. Eləcə, bilinməlidir ki, başqa idmançılarda da ürək problemlərinin
görülməsinin səbəbi məhz bu vaksinlərdir.
Görünür, belə xəbərlər qarşıdakı illərdə daha çox olacaq. Çünki sizə mənbəsini verəcəyim rəsmi xəbərdə, 2021 ci ildə FİFA oyunçularının naməlum səbəbdən qəfil infarkt və ya qəfil ölüm hallarında 500 faiz artım olduğu bildirilmişdi. Xəbərdə açıqca belə deyilir:
"24 yox, 30 yox, 75 yox - dekabrdan bu yana düz 183 peşəkar idmançı və məşqçi meydançaya qəfil yıxılıb. Onlardan 108-i isə
ölüb.
Yıxılan 183 nəfərin əksəriyyəti kişidir (yalnız 15-i qadın). Onların çoxu 17-40 yaş arasındadır. Yalnız 21 nəfər daha yaşlıdır
(onlardan 5-i 42-45 yaş, 6-sı 46-49, 7-si 51-54 və 3-ü 60-64 yaş)" (5).
Əksər hallarda, meydançada çökmənin səbəbinin miyokardit, perikardit, infarkt və ya ürəyin dayanması da daxil olmaqla ürəklə əlaqəli olduğu bildirilir. İkinci bildirilən səbəb isə laxtalanma hadisələridir. Ancaq buna baxmayaraq, satılmış mediya vaksin qaynaqlı ölümləri "anidən öldü"
şəklində verir. İnsanlar güya vaksinin yan təsirindən yox, onun səbəb olduğu infarktdan yox, miyokardit, perikarditdən yox, "birdən", "heçnədən" ölür. Hətta "vaksindən öldü" deməmək üçün bəzən lap da ağ edib, "iqlim dəyişikliyi səbəbindən öldü" kimi xəbərlər də çıxır.
Xatırladım ki, Bill Gates, bu və ya buna bənzər xəbərləri verməklə insanları aldatması üçün mediya quruluşlarına
toplam 319 milyon dollar rüşvət vermişdir. Təkcə, "CNN" xəbər kanalının aldığı pul miqdarı toplamda 3.600.000$ təşkil etmişdir (6).
Bütün bu hadisələri görməzdən gələn, xüsusilə düşünə bilməyən o qədər çox insan var ki, onların içində düşünə bilən insanlar filin yanında gəzən qarışqa kimi balaca görünürlər. Yenə də bilinməlidir ki, biz onlardan fərqli olaraq, gələcəyimiz naminə hər zaman əlimizdən gələni etməyə davam edəcəyik.

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin