Doqquzuncu bölüm. Tibbi maska ilə xərçəng arasındakı əlaqə

4 1 0
                                    

Bu bölümdə sıra tibbi maskaları sorğulamağa gəldi. Çünki maskaları sorğulamaq gələcək sağlığınız üçün çox vacibdir. Araşdırmalar apararkən virusdan qoruduğu iddia edilən, ancaq bir qram belə qoruyuculuğu olmayan maskaların təhlükəsi haqqında izlədiyim bir sıra həkim və doktorların məqalələrini böyük bir həvəslə oxumuşam. Belə ki, bir həkimin yazdığına görə, bir milyondan çox elmi araşdırma
məqaləsində maskanın zərərləri olduğu üzə çıxmış, onun xərçəng xəstəliyinə yol açdığı elmi olaraq açıqlanmışdır. Siz də bilməlisiniz ki, son zamanlar insanları maska taxmağa məcbur etməklərindəki səbəb onların sağlığını düşünmələri deyil, onları xəstələndirmək, immunitet sistemlərini zəiflətmək və insanların daha tez ölməsinə şərait yaratmaqdır (1).
Hələ maskalar haqqında insanların heç bir fikri olmayan zaman maskanın bu virusdan qorumadığını özlərinin etiraf etdiyi bir sıra xəbərlərə rast gəlmişdim. Mənim maskanı
sorğulamağım da təxminən o günlərə təsadüf etmişdi. Belə ki, onlar bu virusun 0.12 mikron böyüklüyündə olduğunu
açıqlamışdılar. Ancaq təklif etdikləri və taxdığımız maskaların əksəriyyətinin 2 mikron böyüklüyündə dəlikləri olduğu dəqiq idi. Belə çıxırdı ki, taxdığımız maskanın aralığından bir yox, düz on altı virus keçərdi. Düşünün ki, bir ağcaqanad üçün həyət çəpəri nədirsə, bu maska da həmin virus üçün o olmalı idi. İnsanlar bircə bunu sorğulasa və buna etiraz etsəydi, sistem bu lazımsız vasitəni taxmaq üçün
bizi məcbur edə bilməzdi. Üstəlik, maska haqqında bilinən bir araşdırma təcrübəsi onun nə qədər zərərli olduğunu
açıq-aydın göstərir.
Belə ki, maskadakı kimyəvi maddələrin toksik təsirindən hava keyfiyyətini ölçməyə yarayan və ABŞ-da “Əməyin Təhlükəsizliyi və Sağlamlığı İdarəsi” (OSHA) tərəfindən təsdiq olunan keyfiyyətli bir cihazla maskasız və maska altında udulan havanın oksigen səviyyələri ölçülür. Havadakı oksigen nisbəti normal olaraq 20% ilə 21% arasında dəyişir. OSHA tərəfindən yaşam təhlükəsi müəyyən edilmiş oksigen nisbəti isə 19.5%-dir. Yəni oksigen səviyyəsi
insanlarda bu faizin altına düşdükdə həmin insan üçün yaşam təhlükəsi var deməkdir. Təcrübə aparılarkən təcrübə subyektinin maskasız udduğu havadakı oksigen miqdarı
20.5% olduğu məlum olur. Bundan sonra maska taxılır və təcrübəyə başlanılır. Maska taxıldıqdan sonra isə oksigen nisbəti aşağı təhlükəsizlik həddi olan 19.5%-dən aşağı düşdüyü üçün cihaz həyəcan siqnalı verməyə başlayır və ölçü dəyəri ən sonda 17.4% nisbətində dayanır. Bu, heç bir hərəkət etmədən maska altında nəfəs alış-verişinin nisbətidir.
Hərəkət etdiyinizdə, yeridiyinizdə və ya qaçdığınız zaman oksigen səviyyəsi daha da aşağı düşür ki, bu da maskanın insan sağlığı üçün nə qədər zərərli, hətta ölümcül olduğunun sübutudur (2).
Xüsusilə günəş altında yerimək kimi fiziki məşğuliyyətdə olan bir insanın maska taxması, həmin maskanın içinin nəmlənməsinə və insanın öz ciyərlərindən çıxan kirli havanı təkrar udmasına şərait yaradır. Bu da “hiperkapniya zəhərlənməsinə” gətirib çıxarır ki, buna el dilində “karbon dioksid zəhərlənməsi” də deyilir. Yəni asan bir dillə açıqlasam, bir insan nəfəs alışında oksigen alıb nəfəs verişində karbon dioksid verməsi gərəkən bir canlı ikən, maska taxdığı zaman verməli olduğu karbon dioksidi təkrar öz nəfəsinə çəkir. Beləcə, bədəndə oksigen səviyyəsi azalarkən karbon dioksid səviyyəsi artmağa başlayır. Zəhərlənmə prosesi də bunun nəticəsində baş verir.
Karbon dioksid zəhərlənməsi bədəndə karbon dioksid konsentrasiyasının çox yüksək olması deməkdir. Bu qaz, insan orqanizmi içərisində maddələr mübadiləsi ilə yaradılır və əsasən ağciyərlərin sona çatması yolu ilə çıxarılır. Ancaq tənəffüs pozulması ilə yaranan zəhərlənmə özü ilə bərabər şüur itməsini, komanı və hətta ölümü də gətirir. Bu barədə siz də asanlıqla araşdırma edə bilər və hiperkapnia
zəhərlənməsi barədə məlumat əldə edə bilərsiniz (3).
Mənim isə diqqət çəkmək istədiyim əsas məsələ maskanın eyni zamanda xərçəngə yol açdığı barəsində araşdırmalardır. Belə ki, bölümün bu hissəsində sizə çox vacib bir
insan haqqında danışmaq istərdim. Bu insan 1931-ci ildə Nobel Fiziologiya mükafatını qazanan məşhur Alman həkim Dr.Otto Heinrix Varburqdur.
Tarixdə böyük iz qoyan, ancaq adını çox az eşitdiyimiz bu adam, 1923-cü ildə xərçəngin səbəbini kəşf edən adamdır. Çoxunuza qəribə gəlsə də, bu gün səbəbi ən açıq bilinən xəstəlik xərçəng xəstəliyidir. Belə ki, hələ o zamanlar Otto Varburq xərçəngin oksigensiz turşu mühitdə böyüdüyünü sübut etmişdir. O həmçinin açıqlamışdır ki, qələvi
mühitdə heç bir xərçəng hüceyrəsi inkişaf edə bilməz. Başqa şəkildə desəm, xərçəngin əsas səbəbi normal bir hüceyrənin oksigen istifadə edərək tənəffüsün digər növ enerji ilə – qlükoza fermentasiyası ilə dəyişdirilməsidir. Həmçinin, həkim hesab edirdi ki, qənd halına salınmış şəkər yalnız insulin səviyyəsini yüksəltmir, həm də xərçəng qəfəsləri üçün qidalandırıcıdır. Yəni qısaca şişlər şəkərlə qidalanır (4).
Bu barədə çox uzun danışmadan maskanın insanları oksigensiz buraxdığına diqqətinizi çəkmək istəyirəm. Otto Varburq sübut etmişdi ki, bir hüceyrə 48 saat ərzində 35%
əskik oksigen qəbul edərsə, həmin hüceyrə xərçəng hüceyrəsinə çevrilir. Ancaq insanlar sanki ağıl tutulması yaşayırmış kimi özlərini xərçəng xəstəliyinə aparacaq olan maskanı üzlərindən çıxartmır, üstəlik onları karbon dioksid zəhərlənməsinə düçar edəcək bu köləlik simvolunu başqalarından da tələb edirlər. Bir də bütün bunlardan sonra xəstələnməklərini yeni gələn uydurma bir virusa bağlayır, özlərini sanki heç xəstələnməli deyilmişlər kimi aparmağa
davam edirlər.
Ağlı başında olan hər bir insan xəstəliklərini ağır keçirən və ya ölən insanlara baxdıqda buna səbəb olan digər şeyləri araşdırmağa başlayar. Maskanın normal soyuqdəymə və
ya qripi belə ağır keçirmələrində birinci səbəb olduğunu anlayan adam kimyəvi maddələr püskürdən təyyarələrin,
insanlara müxtəlif dozalarda vurulan zərərli peyvəndlərin də xəstəliyi ağır keçirməyə şərait yaratdığını asanlıqla başa düşəcək. Qəbul edilən ağır doza dərmanlar başda olmaqla, iynələr, antibiotiklər, lazımsız salınan oksigen aparatları, panik ataklar, nosebo təsiri – bir sözlə, düşümədiyiniz şeylərin hər biri insanların sağlığını pozan və ya xəstəliklərini ağır keçirmələrinə şərait yaradan amillərdir. Buna görə  əminliklə deyirəm ki, oyanmış insanı gördüyü hər hansı bir ölüm bu virusun varlığına inandıra bilməz.
Üstəlik, yoldan keçərkən balaca uşaqların və məktəblilərin maska taxdığını görüb gələcək üçün daha çox narahat oluram. Bir ailə öz gözlərinin qarşısında uşağının nəfəssiz
qalmasına necə icazə verə bilər? Bu, həqiqətən, insanlıq üçün acınacaqlı bir vəziyyətdir. Bütün dünyadakı maskaların ən böyük istehsalçısı sayılan Çin bu ticarətdən milyardlar əldə edərkən, balaca uşaqların heç nədən xəbərsiz, sadəcə öz savadsız valideynlərinin istəyi ilə maska taxması
ürəyimi ağrıdır. Fürsətim varkən kitabımın bu bölümündə bütün valideynlərə səslənməyi özümə borc bilirəm:

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin