Keçən iki bölümdə vaksinlərin insan həyatına daxil olma proseslərini və insanlar üçün nə kimi problemlər yaradacağından danışdım. Ən maraqlısı budur ki, insanların
həyatını qurtaracağına inanılan koronavirus vaksinlərinin hələ də lisenziyası yoxdur. Belə ki, onlar sadəcə təcili istifadə icazəsi ilə insanlara vurulmaqda olan, yan təsirləri barədə insanların heç bir xəbəri olmadığı "vaksin namizədləridir".
Şirkətlərin vaksin lisenziyası almaq üçün hansı mərhələlərdən keçməsi lazım olduğu barədə aşağıdakı yazılarda
məlumat verəcəyəm. Yenə də qısa olaraq bildirim ki, hər bir vaksin istehsal edən şirkət ilk öncə məhsullarını kliniki
sınaq mərhələlərindən keçirməlidirlər. Sınaq mərhələrini uğurla keçən şirkətlər daha sonra ABŞ-ın "FDA" adlanan
tibbi tənzimləyici qurumuna lisenziya üçün müraciət edə bilər və vaksinlərini kütləvi şəkildə istifadə edilməsi üçün bazara buraxa bilərlər. Bu bölümdə də sırf bu mövzunu ətraflı danışmaqla birlikdə, bu mərhələdə insanlara vurulan "plasebo" adlı zərərsiz iynələrdən bəhs edəcəm. Belə ki,
peyvənd olunmaq üçün getdiyiniz xəstəxanada, bu zərərsiz iynələrdən birinə siz də rast gəlmiş ola bilərsiniz.Kliniki sınaq mərhələləri
İlk öncə onu bilin ki, vaksin adı verilən bütün "vaksin namizədlərinin" içində olduğu bir kliniki sınaq mərhələsi
var. Hal-hazırda bütün vaksinlər üçün bu üçüncü mərhələdir. (ing: "Phaze 3") Bu mərhələdə gerçək vaksinlərlə yanaşı
"zərərsiz maye" adlanan "plasebo" preparatlarına niyə ehtiyac olduğunu başa salmadan əvvəl bu mərhələlərin hansılar olduğu və hər bir mərhələdə vaksin şirkətlərinin hansı yollardan keçdiyini başa düşməlisiniz. Sizə kitabın sonunda ən böyük vaksin istehsalçısı sayılan Amerikanın "Pfizer" şirkətinin "klinik sınaq mərhələlərini" başa salan geniş yazını təqdim edəcəm. Oradan hər bir sınaq mərhələsi üçün nə qədər vaxtın keçməsi lazım olduğunu və insanların indiki mərhələdə necə aldadıldığını özlərinin yazısından oxuya bilərsiniz (1).
Özüm isə birbaşa "Türk Səhiyyə Təşkilatının" rəsmi saytından istifadə edərək kliniki sınaq mərhələlərinin hansılar
olduğunu və "plasebo" adlanan mayenin hansı mərhələdə, nə səbəbə istifadə edildiyini qısa şəkildə izah edən yazını
tərcümə edəcəm (2). Hər bir mərhələni izah edərkən, daha rahat başa düşə bilin deyə, öz fikirlərimi də bildirəcəm.
"Faza I: Azsaylı könüllülərdə müxtəlif dozalarda peyvənd olunduqdan sonra antitel reaksiyası yoxlanılır. Bu mərhələdə
düzgün dozanın təyin edilməsi hədəflənir və təhlükəsizliyi araşdırılır. I mərhələni uğurla tamamlayan peyvənd II faza tədqiqatlarına başlayır".Burasına diqqət edin: Koronavirus üçün hazırlandığı deyilən vaksinlərin birinci mərhələsinin nəticələrinin ictimaiyyətə açıqlanması üçün minimum bir il lazım olduğu halda, vaksin istehsalçıları bu mərhələni keçdikləri barəsində yalan danışmış, koronavirus pandemiyası elan etdikləri ilin sonunda bu peyvəndləri insanlarda istifadə etməyə başlamışdılar.
"II Mərhələ: Bu mərhələdə yüzlərlə könüllü iştirak edir. Könüllülər yan təsirlərə görə yaxından izlənilir. İmmunitet reaksiyasının səviyyəsi və peyvəndin təhlükəsizliyi haqqında daha çox məlumat mövcuddur. II fazanı uğurla tamamlayan peyvəndin III
Faza tədqiqatlarına başlanılır".
Yenə də diqqət edin: bu vaksinlərin ikinci mərhələsinin nəticələrinin ictimaiyyətə açıqlanma vaxtı üçün minimum iki il lazım olduğu halda, bu barədə yenə də yalan danışdılar və üçüncü mərhələyə qanunsuz bir şəkildə keçdilər.
Düşünün, təkcə göstərilən iki mərhələ üçün toplam üç il lazım idisə (I faza üçün bir, II faza üçün iki), necə oldu ki, virusun bir ili dolmadan onu insanlarda istifadə etməyə
başladılar?
"III Mərhələ: Bu mərhələdə minlərlə könüllü iştirak edir. III Faza mərhələsində tədqiqatda iştirak edən könüllülər iki qrupa bölünür. Bir qrup könüllüyə peyvənd verilərkən, digər qrup könüllülərə isə, tərkibində vaksin olmayan məhlul vurulur. Bu həll "plasebo" adlanır.
Müraciət edən və ya peyvənd alan şəxslərə onların hansı qrupda olması barədə məlumat verilmir. Plasebonun istifadəsi vaksinin effektivliyini müqayisə etməyə imkan verir. Peyvənd və plasebo verilmiş qrupların nəticələri peyvəndin effektivliyi və təhlükəsizliyi üçün müqayisə edilir. Bu mərhələdə effektivliyi sübut etmək və yan təsirləri izləmək vacibdir. III mərhələdə minlərlə könüllüdən əldə edilən məlumatlar qiymətləndirilir, cəmiyyətdə istifadə üçün qərar verilir və onlara lisenziya verilir".
Koronavirus vaksinlərinin hal-hazırda bu mərhələdə olduğu dəqiqdir. Lakin bu mərhələyə qədər keçdiyi bütün yollar müəmmalıdır. Hətta sıfırıncı mərhələ sayılan "heyvanlar üzərində təcrübə" mərhələsinin nə zaman olduğu və
nə qədər çəkdiyi barəsində, o cümlədən, birinci və ikinci mərhələnin arasında niyə bu qədər az zaman olduğu və üçüncü mərhələyə keçmək üçün minimum üç il lazım olduğu halda, bir il ərzində bu qədər səviyyəni necə keçdikləri barəsində indiyə qədər heç bir ağlabatan elmi açıqlama yoxdur.
"IV Faza: Lisenziyalı peyvəndin cəmiyyətdə tətbiqindən sonra bu mərhələdə vaksin haqqında təhlükəsizlik və effektivlik məlumatı və uzunmüddətli təsir nəticələrinin toplanması davam edir".
Deməli, öyrəndik ki, bir dərmanın və ya vaksinin bazara çıxarılması üçün, bu məhsul dörd mərhələdən keçməlidir.
Yazının bu hissəsində, artıq əsas məsələyə keçə bilərik.
Göründüyü kimi vaksinlərin hər biri 2022-ci il etibarilə hələ də üçüncü mərhələdədirlər və özlərinin də yazdığı kimi bu mərhələdə "minlərlə" könüllü üzərində kliniki sınaq
lar aparılması və sınaqların bitməsi ilə digər insanlara keçmələri lazım olduğu halda, sınaqların cavabı bəlli olmadan,
az qala dünyadakı "beş milyard" insanı qanunsuz şəkildə peyvəndlədilər. Bu, əslində, tam bir fəlakətdir. Elə isə sual doğur: hələ bu vaksinlər sınaq mərhələsində idisə, məcburi bir şəkildə insanlara vurulan o maye nə idi?
Siz yuxarıdakı sualı düşünərkən, mən bir az "plasebo" haqqında danışım. Heç də sizə vurulan bütün iynələr zərərli peyvəndlər deyil. Belə ki, yuxarıda anlatıldığı kimi,
hər bir halda, bu mərhələdə sizə iki tip məhlul vurulur ki, bunlardan biri də plasebo adlanan zərərsiz preparatlardır.
Plasebo adlanan zərərsiz maye, sizə zərər verməmək məqsədi ilə yox, peyvəndin effektiv olub-olmamasını yoxlamaq
üçün istifadə edilir (3). Ancaq bu nə tibb bacılarının, nə də insanların idarəetməsində olmur. O gün insanların şansına
hansı flakon açılırsa, onlara o məhlul vurulur. Bununla da, insanlar hər dəfə növbəti dozaya çağırıldıqlarında, onların
gerçək zəhərli vaksinlərlə qarşılaşma şansları artır.
Bu, bir protokoldur. Vaksin istehsal edən şirkətlər istəsələr belə, plasebo preparatı istifadə etmədən üçüncü mərhələni keçə bilməzlər. Bu mərhələnin bitmə müddəti də minimum üç ildir. Ona görə ehtimal edirəm ki, bu mərhələ bitənə qədər insanları ən azı 6-8 doza arasında peyvənd gözləyir. Bu da pandemiyanın 2025 ci ilə qədər davam etmə ehtimallarını artırır.
Hətta əgər ki, istədikləri yeni pul sisteminin gəlişi geciksə, vaksinlərin daha çox vurulma ehtimalı da var. Bu məsələ isə sadəcə insanların kütləvi şəkildə etirazları ilə bitə bilər. Yaxşı xəbər odur ki, hal-hazırda bütün dünyada insanların oyanışının artıq başladığını müşahidə etmək olar. Ümid edirəm ki, geri çəkilmə çox gecikməz.
Ancaq geri çəkilsələr belə, bunun uzun müddətlik çəkilmə olmayacağını düşünürəm. Yəqin ki, bir neçə il sonra yeni bir pandemiya ilə yenidən qarşımıza çıxacaqlar. Ancaq gələcək pandemiya "marburg", "ebola", "zika" və ya "çiçək" - hansı adla gəlir-gəlsin, bilməlisiniz ki, o da heç bir zaman var olmayacaq. Sadəcə bir şey var ki, insanların bu və ya bundan sonra vurulacaq peyvəndlərin içində olan maddələrin yan təsirindən ağır xəstələnmə və ölmə ehtimalları var.
Hətta Nobel mükafatlı alim Luc Montaigner ən az üç doza peyvənd olunan insanların spid xəstəliyinə yoluxduğu barəsində iddialı bir açıqlama vermişdi. Hərçənd, mən hər
hansısa bir virusun xəstəliyə səbəb olmadığını beşinci bölümdə isbat etdiyim üçün HİV virusunun da AİDS xəstəliyinə səbəb olduğunu düşünmürəm (4). Ancaq görünür, insanları qorxutmaq məqsədilə vaksin qaynaqlı problemləri bu xəstəliklərin yeni bir mutasiyası formasında, yeni bir
pandemiya kimi qarşımıza qoya bilərlər. Hər bir ehtimalda, sistem yalançı testlər və saxta pozitivlərlə insanları qorxutmaq və onlara ağır dozada dərmanlar verərək immunitet sistemlərini daha da məhv etmək niyyətində olacaq. Çıxış yolu üçün də bütün həkimlər yəqin ki, yenə də ya vaksini, ya da növbəti bölümdə bəhs edəcəyim dəri altı çipləri məsləhət görəcəklər. Mövzumuza qayıdası olsaq, onu deyə bilərəm ki, üçüncü mərhələsi tamamlanmış vaksini istehsal edən şirkət öz məhsulunu dördüncü mərhələyə keçirəcək və ancaq ondan
sonra lisenziya alaraq kütləvi şəkildə istifadə edilməsi üçün bazara buraxa biləcək (5). Bunun qanuni yolu budur. Ancaq sual verə bilərsiniz ki, "bəs bu gün insanlara məcbur edilərək kütləvi şəkildə istifadə olunan vaksinlər nədir?"
Təkrar edirəm ki, onlar sadəcə "təcili istifadə icazəsi" alaraq, qanunsuz şəkildə istifadə edilən, lisenziyası olmayan, kliniki sınaq mərhələləri tamamlanmamış "vaksin namizədləri" sayılır. Hal-hazırda bu vaksinlərin keyfiyyətindən danışmaq mövzusu belə gedə bilməz. Onların effektiv
olub-olmaması gələcəkdə üzə çıxa biləcək məsələdir. Ona görə bu vaksinlə hansısa bir virusdan qorunduğunu düşünmək saflıqdan başqa bir şey deyil. Hətta bilməlisiniz ki,
dördüncü mərhələyə keçdiklərində belə vaksinin yan təsirləri uzun illər ərzində "təcrübə subyektlərində" izlənir və təqib edilir. Çünki illər keçdikcə insanların vurduqları peyvənddən sonra ölmə və ya qalıcı zədələnmə ehtimalları hər zaman davam edir. Hal-hazırda isə peyvənd olunan bütün insanlar - "təcrübə subyektləridirlər".
Anlamalısınız ki, sistem sahibləri bütün insanları kliniki sınaq mərhələlərinin vaxtını azaltmaq üçün asanlıqla istifadə edəcəkləri bir siçan kimi gördülər və hələ də elə görməyə davam etməkdədirlər. İnsanlara zərərsiz plasebo məhlulunu verməkləri ürəklərincə belə deyil, çünki onların bacardıqca tez ölmələrini istəyirlər. Sadəcə protokol belə olduğuna görə zərərsiz məhlulu istifadə etmək məcburiyyətindədirlər.
Təkrar edirəm, siz istəsəniz də sizə vurulan şeyin plasebo və ya peyvənd olduğunu bilə-bilmərsiniz. O sadəcə siz peyvənd olunduqdan sonra, sertifikatlarınızın üstünə yazı lan barkod sayəsində vaksin istehsal edən şirkətlərin kompüterlərindən baxıldıqda görünür.
Hətta mediyada bununla bağlı skandal yaradan bir açıqlama var idi. Belə ki, Sloveniyada "University Medical Cen
ter in Ljubljana"nın baş tibb bacısı olan qadın verdiyi bir müsahibədə "1,2,3 nömrəli flakonlar kimin yaşayacağını, kimin öləcəyini bildirir" tipli bir açıqlama vermişdi. Bu xəbər sosial mediyada xeyli danışılmışdı. Qeyd edim ki, xəbərin linkini də kitabda tapa bilərsiniz (6).
Həmin xəbərdə 1 nömrə kimi qeyd olunan flakonların plasebo mayesi olduğu və sadəcə siyasətçilərlə məşhurlara
vurulduğu qeyd olunmuşdu. 2 nömrəli flakonlar bildiyimiz gerçək zərərli vaksinlər idi ki, bu da sıradan insanlara vurulmaqda idi. 3 nömrəli flakonların isə yeni növ xərçəngin inkişafına töhvə verən onko genini ehtiva edən bir RNT çubuğu olduğu yazılmışdı. Üstəlik, skandal yaradan xəbərin əsas cümləsi ondan ibarət idi ki, tibb bacısı 3 nömrəli flakonları qəbul edən insanların iki il ərzində yumşaq toxuma xərçənginə tutulacağını qeyd etmişdi.
Yəni anlayacağınız, görünür, məşhurlar və siyasətçilər hansı iynəni olacaqlarını yaxşı bilirlər. Onların canlı yayımda reklam edə-edə vurduqları iynələr sizə vurulan peyvəndlərin eynisi deyil. Onlar ya ümumiyyətlə peyvənd olmadılar, ya da bəhsi keçən zərərsiz plasebo mayesini oldular. Siz isə bu saatdan sonra onlara təslim olsanız, bu oyundan əsla canınızı qurtara bilməyəcəksiniz.
Bir daha təkrar edirəm ki, vaksinlərin hər biri zəhərlidir və insanlarda ölümə, laxtalanmaya, ürək-damar, ritm pozuntuları, miyokardit, perikardit, infarkt, xərçəng tipli ağır xəstəliklərə səbəb olur. Son bir ildə vaksindən ölən və ya qalıcı olaraq zədələnən insanların xəbərini oxuduqda, bütün bunları siz də görə bilərsiniz. Üstəlik, sistemin oyunu bu vaksinlə bitmir. Qarşıdakı bölümdə sizə vaksinlərdən
sonra insanların qarşısına qoyulacaq başqa bir təhlükə - çiplər haqqında danıçacam. Orada insanların nə qədər böyük bir tələnin içinə addım-addım çəkildiklərini özünüz
anlamış olacaqsınız.
ŞİMDİ OKUDUĞUN
"Kod adı: Oyanış"
Non-Fiction"Bu kitab keçmişdə öyrəndiyiniz bir çox mövzunun gerçəkliyinə şübhə etməyi öyrətmək məqsədilə yazılmışdır. Kitabı oxuduqca, doğulduğunuzdan bəri böyük bir yalanın ortasında böyüdüyünüzü öyrənəcəksiniz. İlk dəfədən beyniniz kitabdakı fikirlərə etiraz...