Səkkizinci bölüm. PCR testi ilə qurulan böyük tələ

10 1 0
                                    

Keçən bölümlərdə pandemiyanın əslində bir yalan olduğundan danışarkən sizə ən böyük hilənin koronavirusu test etdiyi deyilən PCR testi olduğunu bildirmişdim. Bu bölümdə fikrimi bir az açıqlayıb sizi bu testlərin nə olduğu barədə bilgiləndirəcəm. Bu bölüm bitdikdən sonra insanların belə bir test üçün niyə öz pullarını xərclədiklərinə təəccüblənəcəksiz.
Barəsində bəhs etdiyimiz bu test "Covid-19 RT PCR" testi adlanır. Yəni "əks transkripsiya polimeraz zəncirinin hərəkəti". 1984-cü ildə Amerikalı biokimyaçı Keri Mullis tərəfindən kəşf olunduqdan sonra alim bu testə görə 1993-cü ildə Nobel mükafatı qazanıb (1). Bu testin işləmə prinsipi, onun hansısa virusu təşhis etmək məqsədi ilə istifadə edilə
bilməyəcəyini onsuz da əvvəlcədən bildirirdi.
PCR testi sadəcə insan bədənindəki ekzosom deyilən genetik materialı yoxlayır ki, keçən bölümləri oxumusunuzsa, bilirsiniz ki, bu genetik material bu dünyadakı bütün
canlılarda var. Hər hansısa bir xəstəliyə tutulmuş adamda onun varlığı yaradanın bizə vermiş olduğu ən böyük hədiyyədir. Çünki bu təbii bir antivirus, yəni antitellərdir. Koronavirus testi deyə bildiyimiz burundan yaxma yolu ilə
alınan test gücləndirdiyi, yəni artırdığı genetik materialı toplayır. Məsələn, PCR testi üçün yaxma verən bir nəfər, onların idarəetməsi ilə qurulan cihazda 30/35 gücləndirmə dövründə mənfi bir nəticə alacaq. Yəni testi neqativ çıxacaq. Ancaq özünü həmin gün yenidən test edən bu adam 60/65 gücləndirmə dövründə, bu səfər müsbət nəticə alacaq. Üstəlik, öz əlləri ilə bu cihazı idarə edə bildiklərini sizə yenidən təkrar etmək istərdim.
Dediklərimi sübut etmək məqsədi ilə mənbə olaraq sizə bu testi icad edən adamın qatıldığı bir proqramdakı çıxışının video linkini paylaşacam. O videoda bu testin ixtiraçısı Keri Mullis testdən hər hansı bir formada yoluxucu xəstəliklərin diaqnozu üçün istifadə edilə bilməyəcəyini söyləmişdi (2). Başqa bir çıxışında o indiki pandemiyanın oyun qurucularından olan Dr. Antoni Fauçinin nə qədər bisavad
olduğundan bəhs edir (3). "Bu testlə hər kəsdə hər şeyi tapmaq olar" - deyən bu adam mənim əvvəldən bəri bu virusun var olmadığını düşünməyimin ilk səbəblərindən biridir. Düzdür, o pandemiyadan bir il əvvəl 74 yaşında vəfat etdi. Ancaq bəlkə də belə bir oyun qurulacağını və özünün icadı olan bu testi yanlış məqsədlər üçün istifadə edəcəklərini bilirdi. Əgər öz əcəli ilə ölməmişdirsə, sırf bu məqsədlə onun sui-qəsdə qurban getdiyini asanlıqla düşünə bilərəm.
Çünki o, bu testlə dəqiq bir nəticə əldə etməyin heç bir yolu olmadığını və bu testdən təşhis məqsədi üçün istifadə etməyin düzgün olmadığını dəfələrlə söyləmişdi.
Bəli, əsas olan bu test idi ki, onu da bütün ölkələrdə istifadə edərək statistikanı şişirtdilər. Ancaq bilməlisiniz ki, oyunun bu testlərdən başladığını qavraya bilən adamı bir daha koronavirusa inandıra bilməzsiniz. Hətta pandemiya yalanı ortaya çıxan zaman, xatırlayırsınızsa, "ÜST" rəhbəri Tedros Adhanom ölkələrə ilk başda bol-bol test etmələri gərəkdiyini söyləmişdi (4). Sonra Prezident Donald Trump "nə qədər test, o qədər yoluxma" deyib Tedrosa sərt bir göndərmə etmişdi. Daha sonra isə "Ümumdünya Səhiyyə Təşkilatını" Amerikadan qovmuşdu. Onlar da bu hadisədən sonra Türkiyəyə yerləşib böyük ofislərini orada açmışdılar.
O gündən bəri Türkiyədə yoluxma statistikası kəskin şəkildə artdı və Türk milləti qlobal sərmayeyə o gündən sonra
təslim oldu.
Bir hadisə də, xatırlayırsınızsa, Belarusiyada baş vermişdi. Prezident Lukaşenko bu virusun olduğuna başından bəri inanmamış və qlobal sərmayenin ona ölkəsində karantin elan etməsi və ölkəyə test məcburiyyəti gətirməsi üçün 980 milyon dollar rüşvət vermək istədiyini ekranlara çıxaraq bildirmişdi (5). Özü də maskasız bir şəkildə koronavirus xəstələri ilə görüşüb onlara bu virusdan qorxmamalarını məsləhət görmüşdü. O, xəstələrə bunun psixolojik olduğunu bildirir, insanları qlobal sərmayeyə təslim olmamağa çağırırdı. Ancaq bu virusun testlərlə bağlı bir oyun
olduğuna heç kəsi inandıra bilmədi. Sonunda isə yadınızdadırsa, ölkədə süni şəkildə, güya diktator rejiminə qarşı
ayaqlanan minlərlə insanı qarşısına aldı. Düzdür, o gün Lukaşenko qlobal sərmayeyə təslim olmasa da, Rusiyaya yaxınlaşmaqla özünü ruslara təslim etdi. Yenə də bu, Lukaşenkonun bir zamanlar gerçəkləri danışdığı reallığını dəyişdirməz.
Ancaq mənim ən sevdiyim liderlərdən biri John Magufuli adlı liderdir ki, o Tanzaniya ölkəsinin Prezidenti idi.
Kimyagər olan bu adam "ÜST"-ün heç bir tələbini qəbul etməyərək qlobal sərmayeyə test mövzusunda meydan oxumağa çalışdı. Mövcud vəziyyətin belə getməməli olduğunu
və xalqının gerçəkləri bilməyə haqqı olduğunu dəfələrlə söylədi. Bu, o zamanlar bütün liderlərdən gözlədiyim, ancaq çox az liderdən gördüyüm şərəfli hərəkətlərdən biri idi.
Belə ki, Magufuli haqlı olduğunu sübut etmək məqsədi ilə laboratoriyaya gizlicə insan adları verərək heyvan, meyvə
və yağ nümunələri verdiyini açıqlamış, bunların içərisindən papaya adlı meyvənin və keçinin testdən pozitiv çıxdığını açıqlayaraq ölkə gündəminə səs salmışdı (6). Hərçənd, o böyük lider sonunda sui-qəsdə qurban getdi. Ancaq mən də daxil olmaqla, pandemiyanın bir oyun olduğunu bilən
bütün oyanmış insanlar Magufulinin göstərdiyi şərəfli hərəkətə görə ona minnətdardır.
Yenə təkrar edirəm ki, koronavirus testi sadəcə bir yalandan ibarətdir. Bu test kiçik bir DNT örnəyini daha kiçik hissələrə bölüb parçalamaq və mümkün qədər çoxaltmaqla
çalışır. Cihazın pultu da öz əllərindədir. Otuz beşə qursalar "neqativ", qırx beşə qursalar "pozitiv" göstərir. Bu qədər bəsitdir əslində. Gerçəyi anlamaq bu qədər sadədir. Olmayan koronavirus pandemiyasının başından bəri həmin düyməni qırx beşə qurmaqla pozitiv insan sayısını çoxaltdılar.
Bununla, sağlam insanlar belə pozitiv çıxaraq yoluxma statistikasını artırdılar. Milyonlarca insan yanlış bir testə görə
panikaya düşdü. Peyvəndlər vurulduqdan sonra isə "ÜST"dən gələn əmrlə bütün xəstəxanalar dövr sayısını otuz beşə
endirdilər. Pozitiv sayılar kəskin düşdü, neqativlər çoxaldı.
İnsanlar da bu kəskin azalmanı peyvəndlərin təsirinə bağladı. Ancaq zaman keçdikcə peyvəndlərin bədənə vurduğu
zərərlər artdı və bu da insanların bədənlərindəki genetik materialı artırdı. Bundan belə bu testlər otuz beş rejimini
qurmaqla belə neqativi göstərə bilmədi. İndilərdə gördüyünüz kimi bütün ölkələrdə insanların böyük faizi peyvənd olsalar da, yoluxma sayısında kəskin artış var. Bu, ilk
növbədə vaksinlərin heç bir işə yaramadığını, ikinci növbədə isə birbaşa bu testlərin lazımsızlığını göstərir. Test və
vaksin sayı az olan ölkələrdə isə koronavirus demək olar ki, yoxdur.
Üstəlik, "ÜST" rəhbərinin hər dəfə ekranlara çıxıb ümidsiz sözlər danışaraq insanları qorxutması, artıq insanlarda qıcıq hissini yaradıb. Özü də Tedros Adhanom adlanan bu rəhbərin kirli keçmişini araşdıran bir sıra xəbər kanalları onun qlobal sərmayenin ortaya çıxardığı təhlükəli bir terrorist olma ehtimalları üzərində dayanırlar. Belə ki,
bu adam Efiopyada 3-cü səviyyə bir terror təşkilatı kimi qara siyahıya salınan "Tiqray Xalq Quruluş Cəhbəsinin" sabiq üzvüdür. O, sayısız cinayət, işgəncə və qanundan kənar işlərə qarışmış əli kirli bir adamdır (7). Belə görünür ki, bütün dünyanın səhiyyəsi belə bir terroristə əmanət edilib.
Onun sözünə qulaq asıb test verməyə gedən və ya vaksin olunan insanların bundan xəbəri belə yoxdur. Bu barədə siz də öz araşdırmanızı edə bilər, dediklərimin gerçəkliyi barəsində bir çox mənbə əldə edə bilərsiniz.
Əlavə olaraq, bu testdən danışarkən insanların burnuna, hətta beyin bariyerlərinə qədər uzanan çubuqların insanların DNT-sini, yəni genetik kodunu topladığını və bu çubuqların "Etilen oksid" adlı kanserogen maddə ilə sterilizasiya
olunduğu xəbərini söyləmədən keçmək olmaz (8). Genetik kodunuzun burnunuza salınan çubuqla toplandığı və gələcəkdə sistem tərəfindən müxtəlif cür məqsədlər üçün istifadə edilə biləcəyi məsələsindən daha çox əsas təhlükənin bu kanserogen maddə olduğunu rahatlıqla söyləmək olar.
Daha aydın ifadə etmək gərəkirsə, burnunuza, hətta beyin bölgəsinə qədər salınan o test çubuğunda xərçəng yaradan maddələr var. Etilen oksidin kanserogen bir maddə olduğunu kitabın sonunda qoyduğum mənbədən araşdıra bilərsiniz (9). Başqa bir araşdırmadan isə qısa bir məlumatı
paylaşmaq, hal-hazırda tam yerinə düşər.
Belə ki, "Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi" (IARC) etilen oksidin kanserogen olduğuna dair açıqlamalarında bu maddənin heyvanlarda kanserogen olduğu qənaətinə gəlmişdir (10). Onların dəyərləndirməsinə görə etilen oksit, insanlar üçün də kanserogendir. "Amerikan Milli
Toksikologiya Proqramı" isə etilen oksidi məntiq daxilində kanserogen olduğu təxmin edilən kimyəvi maddələr siyahısına daxil ediblər. Etilen oksidə uzun müddət maruz qalan insanlarda ən sıx məruzə edilən xəstəliklər limfatik və hematopoez xərçənglərdir. Məsələn, sümük iliyindəki qanı təşkil edən hüceyrələrin xərçəngi buna misal göstərilə bilər.
Hələ bir də insanları bu testə məcbur buraxan qlobal sərmaye təşkilatlarından biri sayılan "CDC" (Xəstəlik Kontrolu və Qorunma Mərkəzi) adlanan qurumla bağlı yeni bir xəbər var. PCR testlərinin 2022-ci ildən etibarən istifadə edilməyəcəyini, onun yerinə başqa bir test gələcəyi xəbərini keçən ilin İyul ayından bəri dilə gətirirlər (11).
Dediyim kimi, peyvənd olunmuş insanların da xəstəliyə tutulması, ən əsası da onların bu testdən pozitiv çıxması insanları şübhələndirməyə başladığı üçün bu testi bitirmək və onun yerinə heç də daha məsum olmayan başqa bir test gətirmək planları var. Bilməlisiniz ki, modern tibb sistemi testsiz dayana bilməz. Onların mümkün qədər çox yoluxma istehsal edən və daha çox pul gətirən testlərə ehtiyacı var. Qlobal sərmaye sahibləri, görünür, peyvənd olunmuşları daha da şübhələndirməməklə birlikdə, bu səfər təkcə vaksindən imtina edən şəxsləri hədəfləyəcəklər.

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin