On altıncı bölüm. Oyanış: "düz dünya"

10 1 0
                                    

Keçən on beş bölümdə inanıram ki, dünyada baş verən hadisələrin doğrusunu öyrənməklə yanaşı, daha böyük yalanları da sorğulamağınız üçün şərait yarandı. Belə ki on beş mövzu ilə birlikdə mən virusdan tutmuş süni günəş layihəsinə qədər bir çox mövzuda öz narahatlıqlarımı dilə gətirdim. Düşünürəm ki, bundan sonra sizin üçün də böyük rəsmi görməyin zamanı gəldi.
Bilməlisiniz ki, təkcə koronavirus deyil, son yarım əsrdə bizə çox böyük yalanlar söylənildi. Bu mənada "Sars", "Mers", "Quş qripi", "Ebola" kimi uydurma viruslarla insanlar hər zaman qorxuduldu. Aşağıda yazılanlar 1960-cı illərdən bu günə qədər olan bütün uydurma və gerçəkləşməyən təhdidləri əks etdirməkdədir:

1960-cı illər: "10 ildən sonra Neft qaynaqları tükənəcək",
1970 ci illər: "10 il ərzində yeni bir Buz Dövrü başlayacaq"
1980-ci illər: "Turşu yağışları 10 il içərisində bütün əkinləri yox edəcək",
1990 ci illər: "Ozon təbəqəsi 10 il ərzində dağılacaq",
2000 ci illər: "Buzlar 10 il içində əriyib yox olacaq",
2000 ci il: "Y2K xətası hər şeyi alt-üst edəcək",
2001-ci il: "Şarbonlu biyolojik terror hamımızı öldürəcək",
2002 ci il: "West-Nil virusu hamımızı öldürəcək",
2003 ci il: "Sars virusu hamımızı öldürəcək",
2005 ci il: "Quş qripi hamımızı öldürəcək",
2006 ci il: "E.Coli (bağırsaq çöpləri) bakteriyası hamımızı öldürəcək",
2008 ci il: "İqtisadi böhran hər şeyi məhv edəcək",
2009 ci il: "Donuz qripi hamımızı öldürəcək",
2012 ci il: "Mers virusu hamımızı öldürəcək"
2014 ci il: "Ebola virusu hamımızı öldürəcək",
2015 ci il: "Terror təşkilatları hamımızı öldürəcək",
2016 ci il: "Zika virusu hamımızı öldürəcək",
2018 ci il: "Qlobal istiləşmə hamımızı öldürəcək"
2019 ci il: "Karbon Emissiyası hamımızı öldürəcək",
2020 ci il: "Covid-19 virusu hamımızı öldürəcək".

Yuxarıdakıların heç biri gerçəkləşmədi, ancaq hər biri bizim daha da çox idarə edilməyimizə yol açdı. Bu, görünür, təkcə sistemin işinə yaradı və bizi getdikcə kölələşdirdi. Çünki insanlar gerçəyi görmək üçün ağıllarını istifadə etmədilər. Yanlışı doğruya tərcih etdilər. Bu günə qədər qarşılarına çıxan bir çox yalan düşünmədikləri üçün onlara doğru göründü.
Çünki onlar ağıl ilə zəkanın fərqini anlamadılar. Bilməlisiniz ki, zəki bir insanın ağılsız olma ehtimalı, ağıllı bir insanın zəki olmama ehtimalına görə daha yüksəkdir. Gələcək üçün ağıl daha çox işə yarayandır. Zəka isə var olduğuna inandığınız bir şey belə olsa, sizi yarı yolda buraxıb getməyi çox sevir. Eyni zamanda ağıllı bir insan zəkasını sonuna qədər istifadə edərkən, zəki bir insan ağlını rahatlıqla çöpə ata bilər. Bu mənada əgər ağıllı insan sahib olduğu potensialı sonuna qədər istifadə edəndirsə, zəki bir insan sadəcə buna sahib olandır; istifadə edib-etməməsi isə sadəcə özünə bağlı olan bir şeydir. Ən gözəl şey isə ağıl və zəkanın eyni adamda toplanmasıdır. O, artıq yıxılmaz bir güc əldə etmiş qarşısıalınmaz bir insandır.
Bu kitabla mən sizin zəkanızı və ağlınızı eyni anda kəşf etməyinizə şərait yaratmaq istədim. Buna görə də bir çox yalanı və gerçək deyə qarşımıza qoyulan bir sıra hadisələri dərindən analiz etdim. Ancaq oyanışımız təkcə yazdığım on beş mövzunu tam şəkildə anlamaqla bitmir. Biz sistemin bizə söylədiyi ən böyük yalanı ortaya çıxarmalıyıq ki, əskik olan tək pazl parçasını tapıb əsərimizi tamamlaya bilək. Belə ki, düz dünyanı öyrənməyə çalışmaq bu mənada edə biləcəyimiz ən böyük sorğulama işarəsidir.

Mövcud kürə model

Bildiyiniz kimi, elm olaraq bu gün insanlara öyrədilən Günəş mərkəzli modeldə yaşadığımız dünya yerin öz oxu ətrafında qərbdən şərqə doğru 1670 km/saat sürətlə döndüyü, kosmosda gördüyümüz digər planetlərlə birlikdə öz varlığını davam etdirən kürə formalı bir dünyadır.
Yer öz oxu ətrafında bu sürətlə dönməyə davam edərkən mövcud biliyə görə, eyni zamanda, Günəş ətrafında da 107.000 km/saat sürətlə hərəkət edərək saatda 2.6 milyon kilometr yol qət etməkdədir. Üstəlik, bu böyük rəqəmlər hələ azmış kimi, Günəş də dünya ilə birlikdə 720.000 km/saat sürətlə Süd Yolu qalaktikasında dolanmaqdadır. İşin ən maraqlı tərəfi bu qalaktika ətrafında bütün orbitini 230 milyon ildə dolanacaq olan Günəş sistemindən əlavə, Süd Yolu qalaktikası da kosmosdakı digər qalaktikalara bağlı bir şəkildə sürətlə hərəkət etməkdədir. Bununla belə, mövcud modeldə 2 trilyon qalaktika olduğu güman edilməklə, bizim qalaktikanın 4.5 milyard il içərisində bizdən 2.5 milyon işıq ili uzaqlıqda yerləşən "Andromeda" qalaktikası ilə toqquşacağı bildirilir (1).
Düz dünyadan heç bir şey yazmasam belə, yuxarıdakı cümlələri oxuyan normal düşüncəli bir insan verilən bu böyük rəqəmlərin necə absurd olduğunu anlama və mövcud Günəş mərkəzli sistemin gerçək olduğuna ilk baxışdan şübhə etmə cəsarətinə sahib olmalıdır. Ən əsası isə yuxarıdakı rəqəmləri heç vaxt təcrübə edə bilməyəcək olan insanlar, mövcud sistemin uydurduğu bu rəqəmlərin gerçək olduğunu düşünmək üçün çox tələsməməlidir. Çünki elm təcrübə etməkdir. Hər kəs tərəfindən təcrübə edilmədən ortalığa atılan fikir isə elm yox, sadəcə bir "inancdır".
Bu mənada mən bu kitabdakı bir çox fikri sizinlə birlikdə təcrübə edərək mövcud sistemin yalan olduğunu sübutlarıyla ortalığa qoyacam. Ancaq ilk öncə bu modelin dinlə olan əlaqəsindən danışmaq sizin üçün daha faydalı ola bilər.

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin