Üçüncü bölüm. Kürə dünyadan yenidən düz dünyaya

38 2 1
                                    

Bir gün sosial mediyaların birində həyat qarşıma maraqlı bir video çıxardı. O videoda bir gəmi sahildən nə qədər uzaqlaşsa da gözdən itmirdi. Kamera ilə yaxınlaşdırdıqda
onu asanlıqla görmək olurdu. Hətta onunla birgə iki yüz kilometr uzaqda olan sahil də açıq-aşkar görünürdü. Gəmi uzaqlaşdıqca itmirdisə və sahili o qədər uzaq məsafədən
görmək mümkün ola bilirdisə, dünya necə kürə ola bilərdi ki?
Biz uşaqlıqdan bəri gəmilərin uzaqlaşdıqca gözdən itdiyini öyrənmişdik. Bizə dünyanın kürə olduğu deyilmişdi və iki yüz kilometr uzaqda olan bir obyekt sənin görüş məsafəndən çoxdan çıxmalı idi. Ona görə ki, dünyanın kürə olması üçün yerin hipsoqrafik əyriliyi iki yüz kilometr məsafədə üç kilometrdən daha çoxdur (1). Yəni dünya kürədirsə, heç bir teleskop və ya kamera ilə o qədər məsafəni görmək mümkün olmamalıdır. Ancaq baxdığım videoda gəmi və sahil açıq-aşkar görünürdü.
Bu video düz dünyanı araşdırmağıma səbəb olmuşdu.
Özü də o zamanlar öz mağazamda çalışdığım üçün boş vaxtım çox olurdu. Buna görə də günümün çox hissəsini böyük
həvəslə araşdırmalara ayırıb, özümü dünyanın gerçək formasını tapmağa adamışdım.
Araşdırmalarıma əvvəlki dövrün xəritələrinə baxmaqla başlamışdım. Piri Rəis xəritəsi, Gleason xəritəsi, Birləşmiş Millətlər xəritəsi – bu mənada hər birinə baxmaq çox vacib idi. Xüsusilə, Birləşmiş Millətlərin loqosuna baxanda düz dünya xəritəsini öz loqolarında gizlətdiklərini fərq etmişdim.
Sonra düz dünyanı kitablardan, sosial şəbəkələrdən araşdırmağa başlamışdım. Özüm kimi sorğulayan insanlar varmı deyə maraqlanmış və bu yolda mənim kimi sistemdən şübhələnən bir çox insanla tanış olmuşdum. Tanışdığım insanların böyük bir hissəsi də çoxdan dünyanın düz olduğuna əmin idilər.
Daha sonra youtube platformasındakı videolarla maraqlanmışdım. Videoları izlədikcə elə şeylər qarşıma çıxmışdı
ki, mənə çox məntiqsiz gəlmişdi. Bu mənasız videoları paylaşan adamların hər biri dünyanın kürə olduğunu düşündüyü üçün belə videoları paylaşaraq düz dünyaya inanan insanlara lağ edirdilər. Özü də düz dünya modelini təsvir edərkən dünyanı kosmosda uçan, göydə asılı qalmış, hansısa heyvanın buynuzlarının üstündə fırlanan formada təsvir edirdilər. Sanki dünya düz olsaydı, dünyanın kənarına doğru getdikcə kosmosa düşə biləcəkdik.
O zamanlar kürə dünyaçıların düz dünyaçıları sırf buna görə cahil adlandırdıqlarını, onları biləvasitə təhqir etdiklərini görmüşdüm. Əslində, belə şəkillərdən sonra onlar düz dünyaya inanmamaqda haqlı idilər. Belə uydurma şəkillər açıq-aşkar insanları düz dünyadan uzaqlaşdırırdı.
Mən isə bu işin daha da dərininə getməyə qərar vermişdim. Hiss edirdim ki, o şəkillər düz dünyanı gözdən salmaq üçün sistem tərəfindən ortaya qoyulmuşdu. Çünki bir reallığı yox etmək üçün onu mənasızlaşdıraraq göz önünə qoymaq bu insanların taktikası idi.
Elə düşündüyüm kimi də olmuşdu. Dünyanın düz olduğunun sübutlarını incələdikcə və daha dərindən araşdırdıqca düz dünyaya rəsmən aşiq olmuşdum. Əmin olduğum gün isə, "mən bu günə qədər yaşamamışam!" – deyib sevincdən havalara uçduğumu xatırlayıram.
Dünya kosmosda uçan bir planet yox, biləvasitə kainatın mərkəzi idi. O dönmürdü. Dairəvi bir disk formasında düz, kənarları Antraktida buzları ilə çevrələnmiş, üstündə
göy cismlərinin hərəkət etdiyi bağlı bir platforma idi. Kosmos birmənalı olaraq yox idi. Milyonlarca işıq ili bizdən uzaq olduğu deyilən planetlər, əslində, bizə çox yaxın olan gəzəyən ulduzlar idilər. Onlar maddənin plazma halı idi və qətiyyən orada yaşayış ola bilməzdi.
Günəş bizə deyilən kimi çox böyük bir alov topu deyildi. Dünyanın üstündə dövr etdiyini və təxminən altı min üç yüz yetmiş kilometr məsafədə olduğunu sadə triqonometriya hesabı ilə isbatlamaq olurdu (2). Üstümüzdə isə bir qübbə var idi. Bütün müqəddəs kitablarda barəsində bəhs edilən qübbə, sistem tərəfindən yavaş-yavaş unutdurulmuşdu. Çünki qübbənin varlığı bilinsəydi, roketlərin heç vaxt dünyadan çıxış etmədiyi məlum olar, bununla da "NASA" kimi qurumlar insanları aldadaraq mənfəət əldə edə bilməzdi.
Yer çəkimi isə sadəcə uydurmadan ibarət idi. Havadan ağır olan hər şey aşağı düşməyə onsuz da məcbur idi. Havadan yüngül olan şeylər isə normal olaraq yuxarı qalxmalı
idi. Buna görə idi ki, helium qazı doldurulan şarı heç bir cazibə qüvvəsi yerə çəkə bilmirdi.
Bunları öyrəndikdən sonra fəsillərin, gecə-gündüzün, günəş və ay tutulmalarının düz dünyada necə mümkün olduğunu qavramağa çalışmışdım. O zamanlar günəşin məsafəsini sübut edə biləcək qədər triqonometriya öyrənən bir adama çevrilmişdim.
Daha sonra Nyutonu, İncil kitabını, Yunan və Roma tarixini araşdırmaqla əskik parçaları birləşdirməyə çalışmışdım. Misir dövrünü araşdırmış, Tövrat kitabını oxuyaraq yəhudilər haqqında bir sıra vacib bilgilər toplamışdım. Qədim Misir tanrılarından Şumerlərə, oradan da ən qədim tarixə – "Göbeklitepe"yə qədər oxumuşdum. Mu və Atlantis adlı iki itmiş mədəniyyətin yox olduğunu kəşf etdikdən sonra isə pazlın bəzi parçaları yerinə oturmaya başlamışdı.
Lakin hələ də əskik olan bir şeylər var idi. Niyə düz dünyanı bizdən gizlətmişdilər? Bunun cavabını bilmək çox vacib idi. Çünki ən əsas sual bu sayılırdı. Cavabı isə böyük
ehtimal, okultizmdə idi. Bunun üçün ilk növbədə gizli, yəni ezoterik bilikləri öyrənməyə proqramlanmışdım. Dünyanı idarə edən qüvvələri, masonları, məbəd cəngavərlərini – bir sözlə, bütün gizli cəmiyyətləri öyrənmişdim. Ən sonda isə mifalogiyanı da öyrənərək araşdırmalarımı tamamlamışdım.
İnsan hər şeydən bir az oxuyanda, eramızdan sonrakı illərdə yaşayan bəzi alim sandıqlarımızın eramızdan əvvəl
ikinci minilliyin inancına sahib olan insanların yetirmələri olduğunu görürmüş. O zaman anlamışdım ki, bizim bildiyimiz Günəş, "Ra" adlanan qədim misir tanrısının kürə dünya modeli ilə bu dövrdə bir qism insanların sitayiş etdiyi bir inanca dönüşdürülmüşdü. Onlara görə Günəş Dünya ətrafında dövr edə bilməzdi. Çünki Günəş onların allahı – Ra idi. O, güclü idi. Ona görə kürə dünya ortaya atılmışdı.
Günəş yerində dayandırılmış, Dünya onun ətrafında dövr etdirilmişdi.
Sonra hər şey beynimdə aydınlanmışdı. Onlar öz inanclarını beynimizə yeritmişdilər. Məktəbdə, universitetdə,
sənədli filmlərdə, bir sözlə, qarşılaşdığımız hər yerdə bizə öyrədilənlər düz dünyanı gizlətmə çabalarından ibarət olan bir inanc idi. İstisnasız hər ölkədə bu yanlış fikirlər insanlara sistemli bir şəkildə yeridilməkdə idi. Hər şey, doğrudan da, bir-biri ilə bağlantılı idi. Biz sadəcə əzəldən bəri gələn böyük bir oyunun gücsüz oyunçuları imişik.
Hər zaman dünyanın bir sıra zənginlərinin arxasında Rokfellerlər, Rotşildlər dayandığını zənn edərdim. Sən demə, onların da arxasındakı insanlar kürə dünyanı ortaya atanlarla eyni adamlar imişlər. Məni "bütün dünya tarixini, mifalogiyanı, inancları, xəritələri, astronomiyanı, coğrafiyanı, triqonometriyanı" – hər şeyi bir az araşdırmaq bu nəticəyə gətirmişdi.
Bu dünya fərqli yox, eyni düşüncəli insanlar tərəfindən minillər boyu idarə edilmiş olmalıydı. Çünki düz dünyanı gizlədən adamlarla korona pandemiyasını insanlara bəla edən ağıl da eyni ağıldır. Buna hər keçən gün daha da çox əmin oluram.
Artıq mənə heç bir şey təəccüblü gəlmir. Dünyanın kimlər tərəfindən neçə minillər boyu idarə olunduğunu yaxşı bilirəm. Bu insanlara bir dəfə güvənməyi buraxdınızmı, həyat özü sizi doğrulara aparacaq. Əsas olan araşdıra biləcək qədər cəsarət, doğrunu tapa biləcək qədər ürək sahibi olasınız.
Bir şeyə ilk başda ikrah hissi ilə yanaşmaq çox asandır. Bir şeyi araşdırmadan, necə olduğunu bilmədən tənqid etmək rahatdır. Ancaq öyrənməyə çalışdıqca gerçəklər insana maraqlı gəlməyə başlayır. Sonra isə insana elə gəlir ki, sanki bu günə qədər yaşamamısan!
Düz dünyanı bilmək ona görə önəmlidir ki, düz dünyanı bilməyən adam bütün parçaları birləşdirə bilməz. Dünyanın düz olduğunu gizlədən adamların niyətini öyrənməyə çalışmadan nə pandemiyanı anlamaq olar, nə tarixi, nə dini.
Onlar düz dünyanı gizlədərək özlərinə yadplanetlilər, asteroidlər, qalaktikalarla dolu sonsuz bir yalan yolunu açdılar. Bu gün ondan pul qazanmaqda, dünyanı Marsda həyat ola biləcəyinə inandırmağa davam etməkdədirlər. İnsanlıq sırf buna görə düz dünyanı öyrənməyə və dünyaya yenidən aşiq olmağa məcburdur.
Siz də şübhələnməlisiniz. Doğru mənbələrə baxmalı, doğrunu tapmaq ümidi ilə yaşamalısınız. Oxuduqca, gerçəyi anladıqca bütün yalanlara nifrət edəcəksiniz. Ancaq əmin olun ki, sizin yox, Günəşin sizin ətrafınızda döndüyünə əmin olduğunuz gün hər səhər həmin Günəşi görmək üçün tezdən yuxudan oyanmaq, bu səfər sizə daha maraqlı və həyəcanlı gələcək.

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin