Beşinci bölüm. Olmayan virus: "Covid-19"

13 1 0
                                    

Bu bölümdə virusologiya ilə bağlı çox vacib bir mövzuya toxunacam. Həkim olmaya-olmaya bu elmi sorğulamaq
bir az çətin olsa da, bu işin öhtəsindən uğurla gəldiyimi düşünürəm. Üstəlik, son iki ildə o qədər şeyi sorğulamışam ki, "modern virusologiya" onların heç 1%-ini belə təşkil etmir. Odur ki, belə bir bölümü yazmağa, nəhayət ki, cəsarət edə bildim.
Bu bölümü və kitabın sonunda qoyduğum mənbələri əlinizdə bayraq kimi tutub istənilən şəxsə "bu virusun izolyasiyası yoxdur, ona görə virus da yoxdur!" – sözünü rahatlıqla deyə bilərsiniz. Ən azından, qarşınızdakı insan bundan sonra sizin nə səbəbə bu virusa inanmadığınızı asanlıqla anlaya biləcək.
Bu bölümü yazmaq üçün coronaloji.com səhifəsinin virusla bağlı olan böyük paylaşımından dəstək almışam. Kitabın sonunda isə bu bölümə aid mənbənin tam dəqiq linkini vermişəm. Bu linkə daxil olmaqla bu bölümdən daha çox fayda əldə etmiş olacaqsınız. Daha sonra qaynaq olaraq
verdiyim digər linklərə də daxil olub biliklərinizi möhkəmləndirə bilmək kimi gözəl bir şansınız var. Hazırsınızsa, başlayaq!
Virus söhbəti ilk ortaya çıxanda, əvvəlcə bu virusun laboratoriyada istehsal olunduğunu düşündüyüm iki aylıq bir zaman olduğunu söyləmişdim. Ancaq ondan sonrakı
araşdırmalarım məni, ümumiyyətlə, bu virusun olmadığına əmin etdi. Çünki bir virusun varlığının isbat olunması üçün
müəyyən kriteriyalar olduğunu öyrəndim. Yəni bir mikroorqanizmin "virus" olaraq tanına bilməsi üçün bu mikroorqanizmin qoyulan bəzi kriteriyalara uyğun olması şərt idi.
Bu 4 kriteriyanı saymazdan qabaq aşağıya kiçik bir məlumat tərcümə edirəm. Əvvəlcə elmi dildə tərcümə edib, sonra kriteriyaları başa düşməyiniz üçün asan bir dillə açıqlayacam.

"Kox və Rivers Postulatları" nədir?

"Müasir bakteriologiyanın banilərindən biri kimi qəbul edilən alman Heinrich Hermann Robert Koch (1843-1910) tərəfindən hazırlanmış və konkret bir mikroorqanizmin spesifik xəstəliyə səbəb olduğunu sübut etmək üçün yerinə yetirilməli olan elmi prinsiplərə Kox Postulatları deyilir" (1).

Onlar aşağıdakılardır:
1. Xəstəlik göstərən bütün canlılarda yuxarıda qeyd olunan mikroorqanizm yüksək miqdarda tapılmalı və sağlam canlılarda bu mikroorqanizmə rast gəlinməməlidir.
2. Mikroorqanizm yoluxmuş şəxsdən götürülüb izolyasiya olunmalı (yəni digər mikroorqanizmlərdən, o cümlədən, göbələk, bakteriya və s. arındırılmalı) və saf bir mühitdə yetişdirilməlidir.
3. Saflaşdırılmış bu mikroorqanizm sağlam bir insana verildikdə xəstəliyə səbəb olmalıdır.
4. Sözügedən mikroorqanizm verildiyi canlı subyektdən alınaraq yenidən təcrid (izolyasiya) edilməli və əvvəlcə xəstəliyə səbəb olduğu düşünülən mikroorqanizmlə tamamilə eyni olduğu göstərilməlidir.
Bu dörd şərt yerinə yetirilərsə, sözügedən mikroorqanizmlə yoluxma nəticəsində müəyyən bir simptom qrupunun yarandığı elmi şəkildə sübuta yetiriləcəkdir. Səbəb-nəticə əlaqəsini elmi cəhətdən sübut etməyin yeganə yolu budur.

"Kox Postulatları" ondan min dəfə kiçik olan viruslar üçün deyil, bakteriyalar üçün hazırlanmışdır. 19-cu əsrin sonlarına doğru isə bakteriyalar süzüldü və ondan daha kiçik hissəciklərin varlığı ilk dəfə fərq edildi. Beləliklə, Tomas Rivers 1937-ci ildə Koxun postulatlarını viruslara uyğunlaşdırdı və onların yoluxucu təbiətini bu şəkildə araşdırmaq istədi (2).

Bu qaydalar aşağıdakılardır:
1. Virus xəstə insandan alınmalı və tək (izolyasiya) göstərilməlidir.
2. Virus ana hüceyrələrə yapışıb çoxalma qabiliyyətinə malik olmalıdır.
3. Süzmə (filtrasiya) sübutu – virus həm də tərkibində bakteriya olan mühitdən süzülərək arındırılmalıdır.
4. Süzgəcdən keçirilmiş və becərilmiş virus sağlam subyekti yoluxdurmaq üçün tətbiq edildikdə eyni dərəcədə xəstəlik törətməlidir.
5. Virus yoluxmuş subyektdən yenidən arındırılıb tək (izolyasiya) göstərilməlidir.
6. Sözügedən virusa spesifik reaksiya immun sistemdə aşkarlanmalıdır.
Elmi dildə açıqladıqdan sonra yuxarıdakı məsələləri daha asan bir şəkildə izah etmək tam da yerinə düşərdi. Məsələn, fikirləşək ki, "A" adlı bir adam xəstəliyə tutuldu. Onun
xəstəliyinə səbəbin bir mikroorqanizm olduğu düşünüldü.
Hansısa bir mikroorqanizmin xəstəlik yaratdığını və "A" adlı insanı həmin mikroorqanizmin (bizim misalda, Sars Cov-
2 virusunun) xəstələndirdiyini düşünürüksə, yuxarıdakı 6 qaydaya mütləq əməl etməliyik. (Əgər etmiriksə, virusun varlığını sübut etmək faktiki olaraq mümkün deyil!)

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin