İkinci bölüm. Mikrob nəzəriyyəsinə şübhə etmək

41 1 0
                                    

Mənim oyanışım "korona" adı verilən uydurma virusun həyatımıza girməsi ilə başladı. Öyrəndiyim nə varsa, onlara şübhə etməyi bu hadisədən sonra öyrəndim.
Düzdür, əvvəlcə bu virusun təbii şəkildə yayıldığına inanmasam da, laboratoriyada istehsal olunduğunu düşündüyüm bir neçə ay oldu. Ancaq araşdırmaçı ruhum məni ən
qədimə - mikrob nəzəriyyəsinin ortaya çıxışına apardı.
Pasterin ortaya atdığı bu nəzəriyyəni sorğulamaqla araşdırmalarıma başladım. Çünki içimdəki bir hiss, yeni gələn
və dünyanı panikaya salan bu virusun böyük bir oyun olduğunu mənə bildirmişdi.
Bildiyim bütün mənbələri araşdırarkən Antoin Bekhamp adlı böyük bir alimin bir zamanlar mikrob nəzəriyyəsinin
banisi Lui Pasterin rəqibi olduğunu öyrəndim. O, "Ərazi nəzəriyyəsi" (Terrain theory) adlanan bir nəzəriyyə ortaya
çıxarmış və öz dövründə bununla bir çox nailiyyətlər əldə etmişdi. Ancaq bu alimlə Paster arasında gedən böyük rəqabətin nəticəsi qlobal sərmayənin dəstəklədiyi Pasterin qalibiyyəti ilə bitmişdi. Hərçənd, Paster ölüm döşəyində olarkən yaxınlarına mikroorqanizmlər mövzusunda özünün haqsız olduğunu, Bekhampın isə haqlı olduğunu "mikrob heç bir şeydir, mühit hər şeydir" sözləri ilə etiraf etmişdi (1).
Bekhamp mikroorqanizmlərin xəstəliyə səbəb olmadığını, düzgün qidalanmayan, təmiz olmayan bir bədəndə hər
növ xəstəliyin peyda ola biləcəyini bildirmişdi. Paster isə bütün xəstəlikləri mikroorqanizmlərin varlığına bağlamış və
tibb sahəsini biznesə çevirməyin gözəl bir yolunu tapmışdı.
Bu mənada Bekhampın və Pasterin nəzəriyyələrini anlamaq üçün sizə şərti bir misal çəkəcəm. Hansının daha məntiqli olduğuna özünüz qərar versəniz, daha faydalı olar.

Akvarium misalı

İki akvarium düşünün; biri təmiz su ilə, digəri kirli su ilə dolu olsun. İki sağlam balıq gətirilsin; biri kirli suya, digəri isə təmiz suya buraxılsın. Balıqlar yerləşdikləri akvariumlarda uzun müddət qaldığı üçün təmiz suda üzən balıq sağlam qaldığı halda, kirli suda üzən balıq normal olaraq
xəstələnəcəkdir.
İki nəzəriyyəni də izah etmək məqsədi ilə verdiyim bu misalı belə aydınlaşdırım: Bekhamp öz nəzəriyyəsi ilə balığın xəstəliyini suyun kirli olduğuna, yəni balığın kirli ortama məruz qaldığına bağlamışdısa, Paster həmin balığı xəstələndirənin kənardan gələn bir mikroorqanizm olduğunu düşünmüşdü. Problemin həlli mövzusuna gəldikdə isə Bekhamp balığın sağalması üçün kirli suyu təmizləməyi məsləhət görərkən, Paster kirli su dolu akvariumdakı balığa peyvənd vurmağı təklif etmişdi. Sizcə hansı daha məntiqlidir?
Təbii ki, bu şərti misalda suyu təmizləmək balığın sağlığı üçün daha məntiqli hərəkət olardı.
İndi balığın yerinə zəhərli ortama məruz qalan insanı qoyun. Əgər bir adamın məruz qaldığı mühit kirlidirsə, hər gün zəhərli qazlar udursa, havası təmiz deyilsə, yediyi yemək, içdiyi su zəhərlidirsə və nəticədə bu adam xəstələnirsə, burada hansı mikroorqanizmin varlığından və bu xəstəliyə səbəb olduğundan söhbət gedə bilər?
Mən də bu sualı düşünərək mikrob nəzəriyyəsinin, əslində, sadəcə bir ticarət vasitəsi olduğunu o zaman anlamışdım. Əgər bir mikroorqanizmin xəstəliyə səbəb olduğunu insanların beyninə yeritsəniz, onların havasını və suyunu təmizləmək yerinə onlara hər növ dərman sata bilər, onları peyvənd olacağı təqdirdə xəstəliyə tutulmayacağı yalanına asanlıqla inandıra bilərdiniz. Onlar da bunu etmişdilər (2).
Araşdırdıqda gördüm ki, Pasterin iştirakı ilə hələ yüz ildən daha artıq bir zaman əvvəl insanlığa böyük bir oyun qurulmuşdu. Bu oyun hələ də davam etməkdə idi.
Daha sonrakı araşdırmalarım mikroorqanizmlərin heç vaxt xəstəliyə səbəb olmadığına məni daha da əmin etmişdi. Çünki izolyasiya və saflaşdırma məsələsini öyrənərək virusların, əslində, heç var olmayan xəyali bir uydurmadan
ibarət olduğunu anlamışdım (3). Bu barədə beşinci bölümdə ətraflı və böyük araşdırmamı təqdim edəcəm. Ölkələri
karantinə salacaq qədər qorxunc olduğu söylənilən "Covid-19" virusunun da heç vaxt izolyasiya olunmadığını, yəni əslində, heç var olmadığını bu kitabda isbat edəcəm.
İndi isə oyanış prosesimdəki araşdırmalarım barəsində yazmağa davam etmək daha doğru olardı. Belə ki, mikrob nəzəriyyəsindən sonra bizə Lui Pasterin yalanlarını doğruymuş kimi göstərən qlobal sərmayenin daha nə qədər yalan deyə biləcəklərini düşündüyümü xatırlayıram. Düz dünyaya gedən yolum da məhz bu sualdan sonra başlamışdı.

"Kod adı: Oyanış"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin