Bölüm 1

657 46 6
                                    


Proloq:

Qadınlar hər zaman məsumluq mücəssəməsi olmuşlar. Beləki bu dünyadakı hər kəs qadınların əxlaqi keyfiyyətlərini sorğulamağa haqqı olduğunu sanır. Xüsusi ilə kişilər...
Əgər cinsin kişidirsə, əxlaqsızlıq bataqlığının ən dibində belə olsan, bir qadının əxlaqı haqqımda danışmağa haqqın var. Dünyadakı bütün qadınlara sahib olmağı arzularkən, bir yerlərdə onlar üçün "əldəyməmiş" bir qadının qalmasını arzulamaları da ayrı ironiyadır. Bu yazılmamış qanunların qüvvədə olduğu bir diyardır vətənimiz. Eh, bizim oğlanlarda hər zaman saf, təmiz, heç bir şey bilməyən qız axtarışındadırlar, həm də 21-ci əsrdə... ey bəlkə həqiqətən heç bir şey bilməyən saf bir qız var? Bəlkə belə birisinin varlığını xəyal edək? Amma Cəmilə Məmmədli tərzində...
Ps: virgin latınca həm burc (qız), həm də qız mənasına gəlir. Loru dildə desək: qız uşağı.

Asim baba yol çantasını əlinə alıb, sərt bir baxışla Ayxana baxdı. Divanda uzanıb, qulaqcıqla musiqi dinləyən Ayxan, sərt baxışları hiss edib babasına baxdı. Üzündə azca çəkingən bir ifadə ilə ona baxıb dedi:
- Baba səni ötürməməyimi istəməyinə əminsən?
Asim baba sərt bir səs tonu ilə:
- Hə. İstəmirəm.
- Bəs onda mənə niyə öldürəcəkmiş kimi baxırsan?
Birdən Asim baba, bayaq ki sərt ifadəsinin əksinə yazıq bir görkəm alıb:
- Baba sənə qurban, neçə vaxtdır bunu arzuladığımı bilirsən. ALLAHa o qədər dua etmişəm ki bunun üçün. Da neynim, elə gətirdi ki, ziyarət vaxtına düşdü qızın gəlməyi. Məcbur getməliyəm. Baba qurban, artıq heç nə olmasın.
Ayxan bezgin halda divanda dikəlib gülümsəyərək ona uşaq kimi yalvaran baxışlarla baxan babasına baxdı...

Həyət evinin qarısında dayanan taksinin qapısı astaca açıldı. Taksidən enən sadə, lakin səliqəli geyinmiş bir qız ətrafa gülümsəyərək baxdı. Onun bu yerlərə ilk gəlişi olduğu hiss olunurdu. Taksi sürücüsünün ona uzatdığı çamadanını götürüb, bayaqdan əlində tutduğu pulu uzadaraq gülümsədi. Taksi uzaqlaşarkən, o artıq qapını döyməyə hazırlaşırdı. Lakin...

- Of baba. Neçə dəfə deyəsən axı? Məndən arxayın ol, sen qorx ki, o qız nəvənə bir şey etməsin deyib - yazıq bir ifadə aldı.
- Sarsaq_sarsaq danışma. O yazıx qız neynicək sənə.
Ayxan bilmiş-bilmiş gülümsəyib:
- Baba bu əsrdə qızlardan qorxmaq lazımdı. İndiki qızlar az qala adama hücum edələr. O təmiz ev qızları, keçən əsrdə qaldı. Əxlaq desən sıfır, ağıllarında tək bir şey varki: necə oğlanı ələ keçirsinlər. Özdəki daha "kənd qızı" deyə bir şey yoxdu, maşallah hamısı ayılıb. Həm bir ay nədi ki, inanmırsan mənə?
Asim baba şübhə ilə gözlərini qıyıb:
- Sənə nəinki bir ay, bir qızla heç bir dəqiqə tək qoyacax qədər inanmıram.
Ayxan gülümsəyərək, saçlarını qarışdırıb dedi:
- Sağ ol baba. Düz söhbətdi, mən də inanmazdım.
Asim baba yazıq bir səslə:
- Baba qurban, and iç. And içki qıza heç nə etməyəcəksən.
Ayxan ciddi bir görkəm alıb:
- And içirəm ki, heç nə etməyəcəm.
Asim baba dərindən nəfəs alıb, arxaya çevrikib qapıya əl atarkən, Ayxanın pıçıltısını eşitmədi:
- Özü istəmədiyi müddətcə...
Qapı açıldıqda, orta boylu, qaraşın bir qız onlara gülümsəyərək baxırdı. Onlar hələ də təəccübdə ikən, qız:
- Asim baba!-deyə qışqırıb, onun boynuna atladı.
O özündən kiçik görünən qocanı qucaqlayıb, yanaqlarından öpərkən, Ayxan bu gülməli mənzərəyə ağzı açıq bir şəkildə baxırdı sadəcə. Sonunda qız Asim babanı buraxıb, nəşə ilə dedi:
- Asım baba tanımadın? Mənəm, Xədicə.
Asim baba dərindən nəfəs alıb, güclə pıçıldadı:
- Tanıdım. Biraz böyümüsən, güclənmisən.
Ayxan artıq buna dözməyib ayağa qalxdı. Öz məşhur baxışlarını Xədicəyə dikib:
- Mən də Ayxan.
Xədicə mənasız baxışlarla ona baxarkən, Asim baba xəcalət çəkə-çəkə:
- Qızım mən kərbalaya ziyarətə gedirəm, mollayam bilirsən. Bir aya kimi orda olacam. Bilirəm Bakıda başqa qalası yerin yoxdu, aylənində imkanı yoxduki sənə ev tutsun. Bağışda qızım, oxumağından qalma. Bir ay bizim gedəylə qal, o sənə 10 addımdan çox yaxınlaşsa, xəbər et gəlib başın kəsərəm onun.-deyib başın aşağı saldı.
Ortalığa çökən sükutu, Xədicənin ani bir hərəkətlə Ayxanın boynunu qucaqlayıb, yüksək səslə:
-Narahat olma Asim baba! O mənim anamın əmisi oğlunun qızının oğludu, onda elə mənim də əmim oğlumun qızının oğludu.- deməsi pozdu.
Ayxan və asim baba ona təəccüblə baxarkən,(müəllif: Cəmilə Məmmədli) Xədicə gülümsəməyə davam edirdi...

AXŞAM:
Ayxan televizoru söndürüb, yorğun addımlarla öz otağına doğru getdi. Xədicənin otağının yanından keçərkən ayaq saxlayıb, " bu qız baba gedəndən otaqdan çıxmayıb. Deməli həqiqətən kənd qızları utancaq olurmuş. Madam ki, and içmişik, heç olmasa halın soruşaq"-deyə düşünüb qapını döydü. "girin" sözündən sonra qapını azca aralayıb soruşdu:
- Nəyəsə ehtiyacın var? Rahatsan?
Xədicə ev paltarında yatağın üstündə oturub, təəccüblə dedi:
- Niyə içəri keçmirsən?
Ayxan şoka girmiş kimi:
- Olar yəni?- deyib, "ay necədə utancaq imiş ee. Hamısı eynidi"- deyə düşünüb içəri keçdi.
Xədicə gülümsəyək:
- Əbətdə. Axı sən mənim anamın əmisi oğlunun qızının oğlusan.
Ayxan bezmiş bir şəkildə:
- Qısaca Ayxan- deyib, saçlarını qarışdırıb, bilmiş-bilmiş gülümsəyərək:
- Hə, indi nə edək?....

Müqəddəs "virgin"Where stories live. Discover now