Bölüm 25-final

275 30 10
                                    


Sevgi mübarizə istər, sevgi fədakarlıq istər və sevgi son anadək təslim olmamağı istər...

Ayxan maşının içində telefonu əsəbiliklə oynadaraq Xədicənin çıxmasını gözləyirdi. Bayaqdan dəfələrlə zəng edib, mesaj yaxsa da, hələ indi razı olmuşdu Xədicə onunla danışmağa. Sonunda Xədicənin çıxdığını görüb, o da maşından endi. Xədicəyə yaxınlaşıb, əli ilə maşını göstərərək dedi:
- Gedək?
Xədicə küskün bir ifadə ilə üzünü çevirib, dilucu dedi:
- Nə deyəsənsə burda de.
- Xahiş edirəm, sadəcə söhbət edəcəyik.
Ayxanın yalvaran baxışlarına dözməyən Xədicə onu azca itələyib, maşına tərəf getdi. əlini qapının dəstəyinə atanda, geriyə çevrilib soruşdu:
- Hara gedəcəyik?
- Səni qaçırıram.
Xədicə kinayə ilə gülümsəyib:
- Çox gülməlidi- deyib, maşına əyləşərkən, Ayxan çiynini çəkib pıçıldadı:
- Mən düz deyirdim axı...

Yol boyunca ikisi də susurdular. Xədicəyə hara getdikləri çox maraqlı olsa da, özünü qəzəbli göstərdiyindən, soruşmurdu. Amma artıq çox uzağa getdiklərini görüb, dözməyərək soruşdu:
- biz hara gedirik?
Ayxan gözünü yoldan çəkmədən, adi bir şey imiş kimi dedi:
- Səni qaçırıram demədim...
Xədicə öncə yenə zarafat olduğunu düşünsə də, Ayxanın ciddi olduğunu görüb, təlaşla dedi:
- Nə?! Necə?!
- Valla necə olduğunu məndə bilmirəm. Ilk dəfədi hələ.
Xədicə Ayxanın ciddi olduğuna əmin olub, onun silkələyərək qışqırdı:
- Dayan! Qaytar məni evə! Axmağa bax! Məni qaçıracaqmış!
Ayxan bir əli ilə sükanı saxlayıb, digər əli ilə Xədicəni tutmağa çalışaraq, qışqırdı:
- Səfeh qız! Neynirsən? Bu dəqiqə ikimizdə girəcəyik divara.
- Olsun. Sən ölərsən, mənim də canım qurtular!
Ayxan onun belindən tutaraq, özünə sıxıb:
- MƏn ölsəm, səndə ölərsən. Oduki, sakit dur.
Xədicə biraz sakit dayansa da, Ayxanı vurmağa, çimdikləməyə davam edirdi. Sonunda maşın bir ərazidə dayandı. Bundan istifadə edən Xədicə, maşının qapısını cəld açıb, çölə çıxdı. Qarşısındakı yaşıl otlarla örtülü təpəyə tərəf qaçarkən, birdən qarşısına çıxan mənzərədən donub qaldı. Heyranlıqla qarşısındakı mənzərəyə baxırdı Xədicə sadəcə...
Maşından enən Ayxan, asta addımlarla ona yaxınlaşdı. Arxadan qucaqlayaraq, başını onun çiyninə qoyub, pıçıldadı:
- Cavabın nədi?

Xədicənin qarşısındakı çəmənliyə, minlərlə xırda çiçəklərdən “MƏNİMLƏ EVLƏNƏRSƏN?” yazılmışdı. Rəngarəng çiçəklər o qədər gözəl görünürdü ki, Xədicə tək kəlmə edə bilmirdi.
Ayxan onun əlini tutub, qaldırıb öpərək pıçıldadı:
- Səni çox sevirəm, həmdə çox. Bu dünya da öldüyüm günə kimi yanımda görmək istədiyim yeganə qız sənsən. Səndən daha yaxşılarının olması vecimə belə deyil. Mənim üçün səndən gözəl, səndən ağıllı, səndən təmiz olan yoxdu. Mənim kimi bir axmağı, özündən məhrum etmə. Bir ömür mənim ol.
Xədicə danışmağa çalışsa da, həyəcandan heç nə deyə bilmirdi. Bunu anlayan Ayxan, onu özünə tərəf çevirərək, üzünü əlləri arasına alıb, gözlərinə baxaraq dedi:
- Mənimlə evlənərsən?
Xədicə gülümsəyərək, ona baxıb pıçıldadı:
- Hə...
Ayxan sevincə gülümsəyib:
- Səni sevirəm- deyərək, Xədicəni öpdü.
Xədicə öncə etiraz etmək istəsə də, özünü anın sehrinə buraxıb qollarını Ayxanın boynuna dolayaraq qarşılıq verdi. Onlar bu vəziyyətdəykən, gələn telefon zəngi hər şeyi pozdu. Ayxan ondan ayrılmaq istəməsə də, Xədicə onu itələyib, gülümsəyərək dedi:
- Telefonuna bax.
Ayxan kefsiz halda telefonu çıxarıb, ekranda yazan nömrəni gördükdə sevinclə cavab verdi:
- Alo...hə...razıdı? lap əla...çox sağ ol...
Telefonu söndürdük də, Xədicənin maraqla ona baxdığını görüb, onu özünə çəkərək dedi:
- Bax indi həqiqətən mənimsən.
- Nə?
- Anam, ananla danışıb. Artıq sözlüyük.
Xədicə təəccüblə:
- Nə? Mənə heç nə deyilməyib axı?
Ayxan bilmiş-bilmiş gülümsəyib:
- Çünki elə indicə göndərmişəm elçini və anam da sənin mənə dəli kimi aşıq olduğunu demiş ola bilər.
Xədicə süni əsəbiliklə:
- Heç də belə.
Ayxan onu qucaqlayıb, gözlərinə baxaraq:
- Məni sevmirsən ki?
- Sevirəm...
- Gördün? Indi tezliklə evlənəcəyik.
Xədicə onu özündən itələyib, maşına tərəf gedərkən dedi:
- Ancaq universitet bitdikdən, yəni 3 il sonra.
Ayxan təlaşla onun arxasından gedib:
- Nə? 3 il?
- Hə...
- əsla olmaz. Heç olmasa gələn il?
- 3 il...
- Gərək səni həqiqətən qaçıraydım.
- Artıq gecdi.
- Buna baxarıq...

3 İL SONRA:

Səslənən həzin musiqi, zəif işıqlar və böyük salonun ortasında rəqs edən cütlük.
Xədicə düz, sadə, bəm-bəyaz gəlinliyində olduqca gözəl görünürdü. Qara kostyum isə Ayxana olduqca çox yaraşırdı.
Toya gəlmiş hər kəs, bu cütlüyün son rəqsini heyranlıqla izlərkən, ikisinin arasındakı dialoqdan xəbərləri yox idi...

Ayxan Xədicənin belindən tutub, musiqinin ritminə uyğun rəqs edərkən, bezgin bir şəkildə dedi:
- Of! Bu mahni nə vaxt qurtaracaq?
Xədicə onun ayağını tapdalayıb:
- Sakit ol. Eşidəcəklər.
- Eşitsinlər. Bezdim, getsinlər artıq. Bizimdə işimiz-gücümüz var.
- Suss..
- Onsuzda sənin nə vecinə? 3 il, up-uzun 3 il. Hormonsuz rahibə!
Xədicə utandığından başını aşağı salıb, pıçıldadı:
- Xoşun gəlmirdi, gözləməyəydin. Gedib başqasıyla evlənəydin.
Ayxan gülümsəyərək onun saçlarından öpüb:
- Mən səni istəyirəm axı. Mənim müqəddəs virginim. Amma bu axşamdan sonra çətin virgin olasan.
Xədicə yenə onun ayağını tapdalayıb:
- Sus- deyərkən, Ayxan yalandan ufuldayıb pıçıldadı:
- əvəzini çıxaam...

Müqəddəs "virgin"Unde poveștirile trăiesc. Descoperă acum