Bölüm 20

193 25 0
                                    

Yalanlar, xəyanətlər...dəhşətlidir, hə? Bu "dəhşət"ə düşən milyonlarla insanlar var halbuki...və bu dəhşətə səbəb olanlar...

- Vaxtdı, gəl.
Nur telefonu sondurub, qalib kimi gülümsədi . Otağına tərəf gedib, qapını acdı. Çarpayıda oturub, dərslərini yazan Xədicəyə baxıb, məsum bir ifadə ilə ona yaxınlaşıb, dedi:
- Salam. Səndən bir xahiş edə bilərəm?
Xədicə başını qaldırıb ona baxdı. İçində hər onu görəndə baş qaldıran qısqanclığa rəğmən gülümsəyərək dedi:
- Buyur?
Nur sevinmiş kimi carpayıya oturub, həyacanla dedi:
- Mən birinə aşiq oldum!
- Ha? Sən Ayxanı sevmirdin?
Nur başını aşağı salıb:
- Onun səni sevdiyini anlamaq çətin deyil. Mən də başqasına aşiq oldum.
Xədicə sevincək halda:
- Aa, nə yaxşı! Çox sevindim!- deyib, birdən gülünc davrandığının fərqinə vararaq:
- Yəni sənin adına.
- Çox sağ ol. Amma bir problem var.
- Nə?
- Mən onunla tək görüşməyə çəkinirəm. Olar ki, sən də mənim yanımda olasan?
Xədicə ilk öncə "yox" demək istəsə də, bunun Nurun Ayxandan tamamı ilə əl çəkməsi üçün vacib olduğunu düşünüb gülümsəyərək dedi:
- Yaxşı. Amma harda və nə vaxt?
- Burda, 1 saat sonra.
- Nə?! Əsla!
Nur yalvaran bir ifadə ilə:
- Nolar... Bizim buralarda qohumumuz çoxdu, uzağa getməyə də mən qorxuram. Yalvarıram sənə. Birinci sevgimi əlimdən aldın, ikincisinə komək et bacı- deyib, timsah göz yaşları axıtmağa başladı.
Xədicə fikrində qəti olsa da, Nurun göz yaşlarına dözə bilmirdi artıq...

1 SAAT SONRA:
Xədicə şübhəli nəzərlərlə qarşısında oturan oğlana baxırdı. Müasir geyimli və bir o qədər də rahat davranan bu oğlan heç xoşuna gelməmişdi onun. Nur yanında olduqda belə durmadan ona suallar verir və söhbət etməyə çalışırdı. Bayaqda qısa cavablarla başından atdığı bu oglanla tək qalmaq isə daha çox qıcıqlandırırdı onu. Esəbi şəkildə barmaqlarını oynadıb, pıçıldadı:
- Axı bu Nur harda qaldı? Niyə mən getmədim ki, çay almağa? Bu axmaq onun sevgilisi deyil, özü qalaydı da tək.
Birdən oğlan ayağa qalxıb, Xədicənin yanında oturdu.Olduqca sərbəst şəkildə ayağını ayağının üstünə aşırıb dedi:
- Nə olub Xədicə, narahatsan?
Xədicə ürəyində " mən sənin üçün Xədicə xanımam, öküz !" - deyə düşünüb, zorla gülümsəyərək:
- Sizə elə gəlir.
Oglan şit-şit gülərək:
- Ooo, siz nədi? Mənə Alik de. Hamı mənə elə deyir.
- Belə yaxşıdı. Həm o da əsil adınız deyil ki.
Alik, biraz tutqun şəkildə dedi:
- Esil adım Ebduləzizdi.
Xədicə gülməyini guclə saxlayıb:
- Aha, nə gozəl.
Alik pərt olsa da, ozunu toplayıb qolunu divanın söykənəcəyinə qoyaraq dedi:
- Sən gözəl qızsan, Xədicə.
Xədicə artıq tarıma çəkilmiş əsəblərinə hakim ola bilməyib, ona bir sillə vurmaq istədi ki, Alik əlini havada tutaraq onu özünə çəkdi. Xədicə özünü saxlaya bilməyib, onun üstünə aşarkən qapı acıldı...

Cəld içəri kecən Ayxan gördüyü mənzərə qarşısında ilk öncə heç nə anlamadı. Çünki Xədicə az qala bir oğlanın üstünə aşsa da, oglan burnunu tutub az qala ağlayacaqdı. Çünki Xədicə aşarkən, bəlkə də bilərəkdən onun burnuna kəllə atmışdı. Ayxan isə çaşqınlıq içində nə baş verdiyini anlamağa çalışırdı. Amma oğlanın Xədicənin əlini tutduğunu gördüyü an, hər şey bitdi. Hələ də burnunu tutan Alikin çiynindən tutub, qaldırdı. Ona tək kəlimə deməyə imkan vermədən bir yumruq ilişdirdi. Alik yerə yıxılarkən Xədicə Ayxanin qolundan tutub, dedi:
- Sən neynirsən?
Aliki yenə vurmaq üçün ayağa qalxmasını gozləyən Ayxan, ona baxıb qəzəblə qışqırdı:
- Sevgilini incitdim, hə?!! Bagışla!!!
Xədicə birdən gülərək :
- Axmaq, o mənim yox, Nurun sevgilisidi.
- Xədicə bacı, niyə üstümə şər atırsan? Allahdan qorx.
Xədicə cəld arxasını cevrildikdə gözlərinə inana bilmədi. Nur qapının ağzındakı divara söykənib, göz yaşlarını axıdırdı.
Xədicə heç nəyi anlamadığından ona yaxınlaşıb məsum-məsum dedi:
- Nur, axı o sənin sevgilindi. Qorxma, Ayxan hec kəsə deməz. Gizlətməyə ehtiyac yoxdu.
Nur:
- Bacı, axı sən bu oğlanı çağırıb məni qovdun. Məni bağışla, amma Asim babanın evində belə günah iş görməyinə icazə verə bilmərəm.- deyib, hönkürərək ağlama başladı.
Xədicə yerində donub qalmışdı. Nurun gözlərində gördüyü bir anlıq rişxənd hər şeyi anlamasına yetmişdi. Çevrilərək Ayxana baxıb:
- Mən deyiləm. O yalan deyir. - deyə bildi sadəcə.
Ayxan ayaga qalxmayan Alikə qəzəblə bir təpik vurub, Xədicəyə yaxınlaşdı. Üzünü əlləri arasına alıb, gözlərinə baxaraq dedi:
- Niyə elədin bunu? Yenə mənimlə oynadın, hə? Niyə axı?
Xədicə Ayxanın gözlərində gördüyü nifrətə dözə bilməyib, ağlayaraq onun əllərindən tutub dedi:
- Mən yalan demirəm! Hamsı onun oyunudu. Bizi ayırmaq istəyir. Yalvarıram, inanma ona! Mən səni sevirəm.
Ayxan əllərini çəkib , qəzəblə:
- Bəsdi Xədicə! Yenə bu oyunlarla məni aldatmaq istəyirsən? Nuru öz oyunlarına qatma - deyib getmək istəyirdi ki, Xədicə onun əlindən tutub:
- Bunu eləmə. Insan sevdiyinə inanar, Ayxan. Sən məni sevirsən, hə? Onda mənə inanmalısan da. Yalvarıram, bunu eləmə. Inan mənə.
Ayxan çevrilib yaşlı gözlərlə ona baxan Xədicəyə baxdı. O qədər məsum görünürdü ki, bu an. Ayxan onu özünə çəkib qucaqlamaq və bütün bunların böyük bir yalan olduğuna ozu de inanmaq istəyirdi ə.( muellif: Cemile Memmedli) Lakin az öncə qapının ağzında hönkürərək ağlayan Nur, evdəki oğlan , gələn telefon... Inanmaq çətin idi.
Əlini çəkib , Xədicəyə baxmadan:
- Rədd ol bu evdən!- deyib otağa keçdi.

Xədicə hönkürərək yerə çökdü. Günahsızikən günahkar elan edilməkdən daha ağır bir şey yoxdur. Xüsusilə sevdiyin səni günahkar bilirsə.
Nur Xədicənin qolundan tutub qaldıraraq, qapıya apardı. O qapını açdıqda sanki ayılan Xədicə Ayxana hər şeyi izah etmek üçün geri qayıtmaq istəsə də, onu sərt şəkildə itələyib, pıçıldadı:
- Xeyri olmayacaq! Axmaq, o sənə yox, mənə inanacaq! Çünki mən məsum və saf birisiyəm, sən isə bir əxlaqsız. Bu qədər asandı birine damğa vurmaq. Onun qabağına birdə çıxma!
Xədicə üzünə çırpılan qapıyla eyni vaxtda yerə çökdü. Gözündən durmadan yaş axarkən, o tək bir cümlə pıçıldayırdı:
- O mənə inanmadı...

Ayxan bütün hirsini oğlandan çıxdıqdan sonra, onu sürüyərək bayıra atdı. Divanda oturub başını əlləri arasına alaraq düşünməyə başladı. "o bunu necə edər axı...necə?"Ayxan cavabsız suallarla boğuşarken, Nur gözü yaşlı gəlib onun yanında oturdu.
- Yaxşı ki, gəldin. Çox qorxmuşdum, çoox - deyib, başını Ayxanın çiyninə söykədi. Qeyri-iradi ona baxan Ayxan bir anlıq qaşlarını çatsa da, hələ də əsəbi olduğundan heç nə demədi. Bu an onun içi yanırdı sadəcə. "mənim Xədicəm bunu necə edər axı".

Xəyanətdə qısqanclığın verdiyi qəzəb soyuduqdan sonra qalan ağrı öldürür insanı... Kaş, "kişilər ağlamaz " əvəzinə "kişilər sevməz" olsaydı...

Xədicə isə ağlaya-ağlaya gedirdi. Evdən çox uzaq sayılmazdı, hər addımda geri dönüb hər şeyi təkrar açıqlamağı, Ayxanı inandırmağı düşünürdü. Amma qürur... "O necə mənə yox, ona inandı axı? Insan sevdiyinə inanmaz?". Xədicə artıq Ayxanın sevgisindən şübhə edirdi və bu an onu ağrıdan sadəcə bu idi. Artıq ağlamaqdan halı qalmamışdı. Az qala yıxılarkən, arxadan gələn orta yaşlı bir qadın onu tutdu. Xədicə qadına baxıb onu tanıdıqda tək kəlimə belə etmədən onu qucaqlayıb, hönkürdü.

Müqəddəs "virgin"Où les histoires vivent. Découvrez maintenant