Bölüm 9

216 31 4
                                    

əlində disk donub qalan Ayxan və həyəcandan təngnəfəs olan Xədicə.... əslində hər şey 15 gün əvvəl başlamışdı. 15 gün əvvəl, Xədicənin gəldiyi gün, əlini qapını döyməyə qaldırdığı an:

- Baba bu əsrdə qızlardan qorxmaq lazımdı. İndiki qızlar az qala adama hücum edələr. O təmiz ev qızları, keçən əsrdə qaldı. Əxlaq desən sıfır, ağıllarında tək bir şey varki: necə oğlanı ələ keçirsinlər. Özdəki daha “kənd qızı” deyə bir şey yoxdu, maşallah hamısı ayılıb. Həm bir ay nədi ki, inanmırsan mənə?
Xədicə eşitdiyi sözlər qarşısında donub qalmışdı. Demək bir ay belə bir oğlanla tək yaşayacaqdı. Bir an düşündü, nə edəcəkdi? Bütün qızların əxlaqsız olduğunu düşünən biri ilə necə yaşamaq olardı? Amma o bu şəhərə oxumağa gəlmişdi və qalacaq başqa yeri yox idi. O zaman tək çarəsi Ayxanın düşüncələrini dəyişmək idi. Bu onun üçün çətin olmamalı idi, axı o psixologiya oxumağa gəlmişdi. Lakin insanlar onlara ağıl öyrədilməsin sevməzlər. əslində belələrinə ancaq dərs vermək lazımdı. Asim baba qapını açdıqda artıq Xədicə hazır idi, üzündə saf gülümsəməsi və beynindəki böyük planı ilə. Lakın...

Xədicə ona sual dolu baxışlarını dikən Ayxana baxaraq, düşündü: “ mən necə belə bir axmağa aşiq oldum axı?. əsil bu axmaq niyə mənə aşiq oldu? Yox, o saf Xədicəyə aşiq olub. Hər şeyi etiraf etsəm, mən də yalançı qadınlardan olacam, həm də onun qadınlara olan nifrətin artıracam. Tipik Azərbaycan həkimi oldum, sağaltmaq əvəzinə daha da xəstəliyə salacam. Onu itirmək istəmirəm. Of!”
Ayxanın hələ də ona baxdığını görən Xədicə, cəsarətini toplayıb dedi:
- Mən yalançıyam, çünki... çünki romantik filmlərə baxmışam və sevginin necə bir şey olduğunu bilirəm deyəsən.
Ayxan əlindəki diski yerə salıb, cəld ayağa qalxdı. Xədicənin çiynindən tutub, sevinclə dedi:
- Doğurdan?! Bu möhtəşəm xəbərdi. Demək ki, planımdan dala qalmaq əvəzinə, 5 il qabağa getdik. Super!
Xədicə “ axmaq, o dəqiqə inandı” – deyə düşünüb, üzündə səfehcəsinə bir ifadə ilə dedi:
- Nə planı?
Ayxan gülümsəyərək:
- Onu boş ver- deyib, yerdəki disklərə baxaraq, qaşlarını çatıb davam etdi:
- Və sən bunu mən bu disklərə maaşımın yarısı verməmiş deyə bilməzdin?
Xədicə çiynini çəkib, məsum bir şəkildə ona baxarkən, sanki az öncə baş verənlər Ayxana indi çatdı:
- Bir dəqiqə! Sən mənə aşiq olduğunu dedin hə? Inana bilmirəm!
Xədicə “elə məndə. Sənin kimi axmağın nəyinə aşiq olmuşam ki?” – deyə düşünüb, yüngülcə başını yellədi.
Ayxan gizlətmədiyi bir sevinclə, Xədicəni qucaqladı. Onu özünə sıxıb, başını çiyninə qoydu. Sanki böyük bir əzabdan qurtulmuş kimi rahatlamışdı.(müəllif: Cəmilə Məmmədli) Sonra onu özündən azca aralayıb, üzünü əllərinin arasına aldı. Gözlərinə gülümsəyərək baxıb pıçıldadı:
- Mən səni nə qədər çox sevirəm, bilirsən?
Xədicə: “ axmaq! Bu qədər yaxın, gözlərimə elə baxaraq, bu səs tonuyla... nə etməyə çalışırsan?! Yetər amma, heç nə anlamadığımı düşünüb həmişə belə edirsən! Indi yəqin məni öpməyi düşünürsən hə? Lənət olsun ki, mən də bunu düşünürəm. Amma sənin aşiq olduğun saf Xədicə başqa şey düşünərdi...” – deyə düşünüb dedi:
- Bilmirəm. Ey sənin saçındakı nədi elə? Elə bil inək yalayıb.
Ayxan bir anlıq donub qaldı. Xədicəyə öldürəcəkmiş kimi baxıb : “ bu səfeh qız! Gunah məndədi, bu səfehdən bir gündə bu qədər çox romantika gözləmək axmaqlıqdı”- deyə düşünüb vecsiz şəkildə dedi:
- Hə, inək yalayıb.
- Doğurdan? Bəs necə belə biz durub?
- Sonra da quyruğu ilə fırçalayır.
- Yalançı, sizin bir inəyiniz yoxdu axı.
- Amma qarşımda bir öküz var.
- Ha?
Ayxan əlini onun üzündən çəkərək, yüngülcə gülümsəyib:
- Get yat. – dedi.
Xədicə vecsizcə çiynini çəkib, öz otağına getdikdən sonra isə, qəzəblə yumruğunu sıxıb pıçıldadı:
- Səfeh qız! Hormonsuz rahibə! Elə gözəl anı da məhv etdi!

Xədicə də otağına gəlib, qəzəblə çarpayıya atıldı. Yastığa bir yumruq vurub, pıçıldadı:
- Axmaq! Bir dəfə də anla! Öpəcəksən, öp! Da niyə mənim reaksiyamı gözləyirsən?! Manqurt!

SƏHƏR:
Jalə əsəbi olduğu bilinən Xədicənin yanına oturub, gülümsəyərək dedi:
- Nolub? Planımızı anladı?
- Hardadı onda o zəka! Mənə eşq elan etdi.
- Nə?! Bəs axı sən..
- Mən də ona aşiq olduğumu etiraf etdim.
Jalə uşaqlıq dostunu qucaqlayıb, sevinclə dedi:
- Ay, nə yaxşı. Çooox sevindim Xədiş.
Xədicə isə daha da kədərli ifadə alıb, pıçıldadı:
- Amma o məni yox, saf Xədicəni sevir. Həqiqəti öyrənən də mənə nifrət edəcək.
Jalə də kədərlənib, dedi:
- Elə demə Xədiş. O gün səni necə müdafiə etdiyin gördüm, bələ sevgisi elə əsil sənə qarşıdı?
Xədicə göz yaşlarını gizlətmək üçün başını partaya qoyub, pıçıldadı:
- Kaş ki o saf Xədicəni sevməzdi. Məni sevərdi.....

Ayxan masasında yığılıb qalan sənədlərə qorxmuş kimi baxıb, dərindən nəfəs alaraq əlini birini götürmək üçün uzatdı. Elə bu an yanında bitən Elmar, qulağının dibində qışqırdı:
- İşlər necə gedir dostum?!
Ayxan diksindiyini hiss etdirməmək üçün özünü güclə toplayıb, əsəbiliklə dedi:
- İmkan versən, hələ indi başlayacam.
- Mən onu demirəm ee, evindəki qızla olan işləri deyirəm.
- Mən ona aşiq oldum.
- Nə?! Bu necə olur?! bəs o?!
- O da eşqini elan etdi.
Elmar sevinərək, Ayxanın boynunu qucaqlayıb dedi:
- Həəə. Deməli səni də itirdik. Da toy nə vaxtdı?
Ayxan kədərlə başını aşağı salıb, pıçıldadı:
- Belə getsə heç vaxt.
- Nə?! Bəs sevirdin axı?
- Sevirəm , həm də çox. Amma onun sevgisinə inana bilmirəm. O, o qədər safdı ki, sevginin nə demək olduğunu bildiyinə şübhəm var. Bu şübhə məni öldürür. Kaş ki, bu qədər saf olmazdı....

Müqəddəs "virgin"Onde histórias criam vida. Descubra agora