Bölüm 23

200 22 0
                                    


Həyat bir tamaşadır. Bəziləri baş roldadır, bəziləri isə sadəcə pərdənin arxasında dayanıb replikaları söylər. Amma kimin nə vaxt səhnə arxasından çıxıb, baş rolu oynayacağı bilinməz...

Nur qaçaraq, gəlib qapını açdıqda, Alikin qapını döymək üçün əlini qaldırdığını gördü. Dərindən bir nəfəs alib, qəzəblə qışqırdı:
- Axmaq! Bura niyə gəlirsən?!
Alik əlini göyərmiş üzündə gəzdirib, bilmiş-bilmiş dedi:
- Bunun əvəzini çıxmağa gəlmişəm. Boşa çırpıldım yeni?
Nur ilk öncə onu acılamaq istəsə də, “bu axmaqla xoş dillə danışıb, başını aldatmaq lazımdı”-deyə, düşünüb gülümsəyərək dedi:
- Əlbətdə yox, yəni mənə görə dəyməzdi?
- Bilmirəm..
Nur içəri keçmək istəyən Alikin qarşısını kəsib, qolunu onun boynuna doladı. Gözlərinə işvə ilə baxıb, əlini onun üzündə gəzdirərək:
- Məncə dəyərdi. Səndə bunu düşünəsən, amma indi yox.
Alik onu öpməyə cəhd etdikdə, əli ilə saxlayıb:
- Dedim axı indi yox, başqa vaxt söz... indi get- deyib, onu yüngülcə itələdi. 
Alik əsəbləşsə də, üzünə yalançı gülümsəmə yerləşdirib:
- Bu yaxınlarda olsa sənin üçün yaxşı olar- deyib, getdi.
Nur cəld qapını örtərək, otağına tərəf getdi. əlini qapının dəstəyinə atdıqda, qapının döyüldüyünü eşidib, yenə Alik olduğunu düşünərək “bu axmaq yenə nə istəyir axı”-deyə pıçıldayıb, geri dönərək qapını əsəbiliklə açdı. Qarşısında Alik əvəzinə Ayxanı görüb, donub qaldı. Cəld özünü toplayıb:
- Sənin nə işin var burda?- desə də, həyəcanla Ayxanın üz ifadəsindən Aliki görüb-görmədiyini öyrənmək istəyirdi. 
Ayxan isə olduqca sakit görünür, hətda gülümsəyirdi. Bundan cəsarət alan Nur, bu dəfə hər zamanki məsum ifadəsinə bürünərək dedi:
- Yəni nəsə olub? Yaxşısan? Asim baba yaxşıdı?
Ayxan gülümsəyərək:
- Bəlkə icazə verəsən keçim? Olmaz?
Nur cəld çəkilib, ona yol verərək bu gün nədənsə ona gülümsəyən Ayxana heyranlıqla baxdı. Bəli bu gün ilk dəfə Ayxan ona baxaraq gülümsəyirdi. “ Bəlkə o da artıq məni bəyənməyə başlayıb?” – deyə ürəyindən keçirdi Nur Ayxanın arxasından gedərkən. Ikisi də divanda eyləşdilər. Nur fürsətdən istifadə edib, nə isə demək istəsə də, Ayxanın baxışlarının üstündə olduğunu hiss edib susdu. Ayxan ona biraz yaxınlaşıb:
- Yaxşısan? Öyrəşə bildin? Yaşadıqların sənə pis təsir etməyib ki?
Nur “nə yaşadıqlarım?”-deyə sual vermək istəyirdi ki, öz oynadığı oyunu xatırlayıb, məzlum bir görkəm alaraq dedi:
- Yaxşıyam indi. Amma Xədicə bacının niyə belə etdiyini başa düşmürəm hələ də. ALLAH qorusun bizi belə şeylərdən.
Ayxan gülümsəyib, qolunu divanın başına qoydu. Nura daha da yaxınlaşıb, gözlərinə baxaraq:
- Yəni belə düşünürsən? Sən necə də yaxşı qızsan belə.
Nur Ayxanın ona daha da yaxınlaşdığının görüb, qeyri-iradi gözünü yumdu. Ayxanın onu öpməsini gözlərkən, birdən qapı döyüldü. O bunu vecinə almasa da, heç nə baş vermədiyini görüb gözünü açdı. Ayxan qapını açmağa getmişdi.

Gələn Asim baba idi.(müəllif: Cəmilə Məmmədli) Nur onun vaxtsız gəlişinə qəzəblənsə də, yenə öz məsum maskasını taxmışdı artıq. Axşam yeməyi yeyildikdən sonra, edilən söhbət boyunca Asim baba evlilik barədə işarələr vururdu. Ayxan isə gözünü Nurdan çəkmədən onu təsdiqləyirdi. Sonunda otağına keçən Nur, çarpayısına əyləşib, düşünməyə başladı:
- Yəni o mənimlə evlənməyə razı oldu? Belə asan? Bilirdim, belə olacağını bilirdim! Sonunda, axrıncı hiyləni işlətməyə ehtiyac qalmadan o mənim oldu.- deyib, sevinclə yuxuya gedərkən, Ayxan onun getməsindən istifadə edib, Asim baba ilə söhbət edirdi...

SƏHƏR:
Xədicə Jalə ilə bərabər yemək yeyərkən, telefonuna gələn zənglə diksindi. Ekrandakı “ANA” yazısını görüb, telefonu açdı:
- Alo
- Salam qızım, necəsən?
- Yaxşıyam ana. Hər şey yaxşıdı?
Xədicə bu vaxtsız zəngdən qorxuya düşsə də, anasının səsi olduqca sevincli gəlirdi:
- Qızım xeyir iş var.
- Kimin?
- Sənin.
- Nə?!
- Bu gün gəlirəm, danışarıq. Sənə xeyirli bir qismət çıxıb.
- Ana axı...
Xədicə sözünü bitirmədən, anası telefonu söndürmüşdü artıq.
Xədicənin donub qaldığını görən Jalə, onun qolundan tutub silkələdi:
- Xədiş nolub? Hər şey yaxşıdı?
Xədicə telefonu əlindən yerə qoyub, Jaləyə təəccüblə baxaraq pıçıldadı:
- Məni ərə verirlər deyəsən...

Nur qapının ağzında pencəyini geyinən Ayxana yaxınlaşıb, üzünə təbəssüm yerləşdirərək dedi:
- işə gedirsən?
Ayxan pencəyinin yaxalığını düzəldib, Nura yaxınlaşaraq dedi:
- Hə. Nolubki?
- Heç..
Ayxan ona bir az daha yaxınlaşıb, gülümsəyərək dedi:
- Bəlkə getməyim? Çıxaq, gəzək. Ikimiz..
Nur eşitdiyinə sevinsə də, oynadığı roldan çıxmayıb, başını aşağı salaraq:
- Yox. Get, işindən qalma.
Ayxan yüngülcə qımışıb, bir əlini divara dayayıb, Nura baxaraq xüsusi səs tonu ilə dedi:
- Səndən vacib deyil ki? Yəni sən bizim əziz qonağımızsan.
Nur qulaqlarına inana bilmirdi. Ayxanın birdən niyə dəyişdiyini anlamasa da, bu onun ürəyincə idi. Az qala divar və Ayxan arasında qalması isə onu daha da həyəcanlandırırdı. Öz rolunu unudub, başını qaldırıb Ayxana baxdı. Gülümsəyərək dedi:
- Əgər istəyirsənsə...
Ayxan qalib gəlmiş kimi gülümsəyib:
- Əlbətdə. Amma belə yox, heç olmasa gözəl saçlarını aç. – deyib, əlini Nurun baş örtüsünə uzatdı. 
Ayxanın örtüyü tutsa belə açmadığını görən Nur, işvə ilə gülümsəyib özü açmağa çalışdı. Tam çəkib çıxaracaqdı ki, Ayxan onun əlini tutub, gözlərinə gülümsəyərək dedi...

Müqəddəs "virgin"Wo Geschichten leben. Entdecke jetzt