Bölüm 4

261 33 3
                                    

Səhər Ayxan yorğun bir şəkildə qonaq otağına keçdikdə gözlərinə inanmadı. Onu təəccübləndirən masada səhər yeməyinin olması deyildi, yeməyin iki nəfərlik olması idi. Stulu çəkib əyləşsə də, masaya hələ də şübhə ilə baxırdı. Xədicə mətbəxdən əlində iki fincan çayla gələn də isə, gözlərini ona dikib şübhə ilə soruşdu:
- qonağın var?
Xədicə əyləşdikdən sonra, Ayxana baxıb minnətlə dedi:
- Sənin var amma heç vecinə almadığın üçün məcbur olaraq özü səhər yeməyi hazırlayır. Hələ bir utanmaz ev sahibinə də hazırlayır. Bizim kənddə heç vaxt belə qonaq saxlamazlar.
Ayxab acgözlüklə əlini süfrəyə uzadıb:
- Yaxşı, yaxşı. Sağ ol. Haradı ee sizin kənd?
- Lütac kəndi.
Ayxan ağzındakı tikəni güclə udub:
- O nə addı elə? Niyə elədiki adı?
- Kənd qurulanda çox kasıblıq dövrü imiş. Kəndin sakinləri ac və lüt olduğu üçün elə qalıb adı. Amma indi ac deyillər.
Ayxan gözlərini qıyıb Xədicəyə baxaraq:
- Həmdə paltarları var hə?
Xədicə çayından bir qurtum içib, düşünürmüş kimi dayanaraq dedi:
- Demək olarki..
Ayxan üzündəki bic gülümsəmə ilə:
- Sizin kəndə mütləq getməliyəm...
Birdən Xədicə:
- Dayan! – deyə qışqırıb, bütün diqqəti ilə səhər proqramında bayaqdan bürclər haqqında danışan qadını dinləməyə başladı. Onun sadəcə qız bürcünü dinləməsi Ayxanın diqqətindən qaçmadı.

OFİS:
Ayxan qarşısında yığılıb qalan kağızlara tərs-tərs baxırdı.(müəllif: Cəmilə Məmmədli) Kompüterə köçürtməli olduğu bu kağızlar azalmaq əvəzinə, getdikcə artırdı sanki. Dərindən bir “of” çəkib işə başlamaq istəyirdi ki, bir anda yanında bitən Elmar nəşə ilə dedi:
- Hə, casanova işlər necə gedir? Xanım qızı ürəyini oğurlaya bildin?
Ayxan əsəbiliklə Elmara baxıb:
- Mənə o anormalın ürəyi lazım deyil, heç böyrəyi də lazım deyil!
Elmar təəccüblə:
- Anormal?
- Bir düşünsənə, bir qız oğlanla bir ay tək yaşamağa razı olur.
- Deməli yüngül qızdı.
- Və oğlana adı əvəzinə, anamın əmisi oğlunun qızının oğlu deyir.
- Nə? Deməli ağıllıdı.
- Onu sırf “gözəl qız” deyə çağırdığı üçün bir oğlana yaxınlaşır.
- Yüngüldü.
- Nömrə istəyəndə isə, sim kartını verməyə çalışır.
- Ha? Ağıllıdı.
- Bir oğlanın otağına gecə gəlib, köynəyini çıxar deyir
- Obaa, hazırdı.
- Və göyərmiş kürəyinə ayı kimi vurur.
Elmar başını əli ilə tutub:
- Heç nə anlamadım.
Ayxan qollarını geniş açıb:
- Mənim dünyama xoş gəldin! Onun haqqında bildiyim tək şey qız bürcü olmasıdı.
Elmar astaca başını bulayıb, kompüterə yaxınlaşdı. 2 dəqiqə sonra, istədiyi şeyi tapıb, sevinclə dedi:
- Evrika! Indi qulaq as, gör bu qız bürcü necə bir şeymiş_ deyib, ekrandakı yazıları yüksək səslə oxumağa başladı:
- “ bu bürcün latınca adı “virgin”dir. Mənası isə bakirə deməkdir və bu bürcün qadınları ömrünün sonuna kimi ruhən tam bir bakirədir. O qadın ağlınıza hər zaman kiçik, saf və nəşəli bir varlıq kimi gəlir hə? Onda xəyallarınızın məhv olmasına hazır olun. Tamamı ilə duyğudan məhrum görünən “qız”, yalnız ağlı ilə hərəkət edər. İnsanları heç yazığı gəlmədən tənqid edər və mükəmməlləşdirməyə çalışar. O ağıllı gözlərindən etdiyiniz heç bir yanlış qaçmaz və istəsə düşüncələrinizi belə oxuya bilər. Lakin bu buz kraliçasının ürəyində bütün dünyaya yetəcək qədər sevgi var. Mükəmməl işçi, mükəmməl həyat yoldaşı və mükəmməl ana. Amma müqəddəs kimi görünən bu sirr küpünün beynində neçə tülkünün dolaşdığını əsla bilə bilməzsiniz. ətrafınızda bir “qız”mı var? Təbriklər, siz artıq onun əsirisiniz. Onun sizə əsir olması? Ağlınıza belə gətirməyin. O saf və məsum “virgin” belə tələlərə düşməyəcək qədər ağıllıdır. Əgər bir “qız”la sadəcə oynamaq istəyirsizsə, onda yerə uzanıb ölü təqlidi edin, çünki onsuzda bu “şirin” məxluq sizi onun dərdindən öləcək hala gətirəcək....”
Elmar yazını oxumağı bitirikdən sonra, Ayxana baxıb təlaşla dedi:
- Əgər o qızda belədirsə, onda mən qorxmağa başladım.
Ayxan, gülümsəyərək yerindən qalxıb, asılqandan asdığı gödəkcəsini geyindi. Elmara baxıb, kinayə ilə:
- Bürclərə inanmaq axmaqlara görədi. O səfehin belə biri olması imkansızdı.
- Bəs sən hara gedirsən?
Ayxan gülümsəyərək saçlarını qarışdırıb:
- Müqəddəs “virgin”imi görməyə...

Ayxan universitetin qapısından içəri keçib ətrafa baxmağa başladı.(müəllif: Cəmilə Məmmədli) Dərslər bitdiyindən geniş həyətdə 100-dən çox tələbə var idi. Nə edəcəyini bilmədən saçlarını qarışdırıb, gözləri ilə Xədicəni axtardı. Birdən bir qızın baxışlarını ona dikdiyini hiss etdi. Özündən əmin bir təbəssümlə ona yaxınlaşdı. Azca sarışın olan bu gözəl qız, ilk baxışda diqqətini çəkən Ayxanın ona yaxınlaşdığını görüb, süni utancaqlıqla başını əydi. Ayxan ona yaxınlaşaraq dedi:
- Salam siz burda oxuyursuz?
- Bəli, siz də?
- Yox, mən birini tapmağa gəlmişəm. Bu arada mənim adım Ayxandı.
- Mənim də...
Ayxan artıq qızı eşitmirdi. Çünki bütün diqqəti bir az aralıda bir oğlanla söhbət edən Xədicənin üzərində toplanmışdı. Oğlanın duruşundan o qədər də yaxşı biri olmadığı hiss olunurdu. Xədicə isə yenə məsum halı ilə dayanmışdı və Ayxanı qorxudan da bu idi. Qarşısındakı qızı yüngülcə itələyib, onlara yaxınlaşdıqda isə, qorxularının boşuna olmadığını anladı:
Oğlan:
- Deməli gəlirsən bu bazar evimə?
- Qonaq çağırırsan?
Oğlan bir an Xədicənin üzünə təəccübə baxsa da, sonra bic-bic gülüb:
- Əgər sən belə demək istəyirsənsə, elə olsun – deyib, Xədicənin əlindən tutmaq istəyirdi ki, bir əl qolundan tutdu.
Ayxan:
- İncimə, o gələ bilməyəcək. Birdə ondan soruşmasan daha yaxşı olar, yoxsa mən səni evimə çağırıb “qonaqlıq” verərəm.
Oğlan nə isə demək istəsə də, ondan böyük olan Ayxanın qorxunc baxışlarını görüb, heç nə demədən getdi.
Birdən Ayxan Xədicənin qolundan tutub əsəbiliklə:
- Sən axmaqsan? O oğlanın evinə gedəcəkdin?
Xədicə məsum bir ifadə ilə:
- Qonaq çağırdı axı.
- Nə olsunki? Səni alana yazığım gəlir. Gərək səni evə zəncirləsin ki, başqa yerlərə getməyəsən.
Birdən Xədicə ciddiyyətlə:
- Zəncirləmək?
Ayxan bezgin bir şəkildə:
- Hə da, yoxsa qaçıb gedərsən.
- Bir iti zəncirləsən, zənciri açıldığı ilk anda qaçıb gedər. Amma ona qayğı göstərsən, əzizləsən bir ömür yanında qalar.
Ayxan yüngülcə gülüb:
- Hə, deməli arvadımın qaçmaması üçün, onu zəncirləmək əvəzinə, əzizləməliyəm?
Xədicə şabalıdı gözlərini Ayxana dikib:
- Yox. Onu zəncirləyərək, ya da əzizləyərək yanında saxlaya biləcəyin bir it kimi görməməlisən!
Ayxan donub qalmışdı, çünki biu an onun gözlərinə baxan günlərdir onunla olan Xədicə deyildi sanki. Tamamı ilə başqa birisi idi..

Müqəddəs "virgin"Where stories live. Discover now