Bölüm 24

160 25 1
                                    


Ayxan Nurun əlindən tutub, gözlərinə baxıb yavaşca dedi:
- Mən saçlarını əvvəllər də görmüşdüm Elvira...
Elvira adını eşitdiyindən, qorxu ilə Ayxanın gözlərinə baxdı.
Ayxan ani bir hərəkətlə onun baş örtüsünü çəkib, ovcunda sıxaraq, qəzəblə dedi:
- Bu ancaq şərəfi ilə, namusu ilə daşıyanlar üçündü. Sənin kimilər üçün yox!
Elvira özünə gəlib, süni təlaşla əlləri ilə saçını örtüb, yazıq bir səslə dedi:
- Özünə gəl Ayxan. Sən neynirsən?
Ayxan kinayə ilə, qarşısında titrəyən Elviraya baxıb, saçlarını qarışdıraraq pıçıldadı:
- İnana bilmirəm, sənin kimisinə inandığıma inana bilmirəm. Hər şey o qədər gözümün qabağında idi ki.
Elvira isə ağlamağa başlayıb, divarın dibinə çökərək əlləri ilə üzünü tutdu. Ayxan ona baxsa da, anlayırdı göz yaşlarının süni olduğunu. Təəccüblə:
- İndiyə kimi niyə görmədim bunu- deyib yumruğunu sıxdı. Ovucundakı örtüyün fərqinə varıb, əlini qaldıraraq gülümsədi. Elviraya yaxınlaşıb, azca çökdü yerə. Elvira nə isə deməyə çalışırdı ki, onu dayandırıb örpəyi uzadıb, dedi:
- Bu arxasında gizlənəyəcəyin bir pərdə deyil. Bu bir namus meyarı heç deyil! Sən mənim yanlış anladın Elvira. Bunu taxan namuslu olmur! Bunu namuslu olanlar taxır! Ikisi fərqli şeydi!
Elvira ona nifrətlə baxan Ayxanın gözlərinin içinə baxıb, bu dəfə həqiqətən ağlayaraq:
- Mən-mən nə etdimki?
- Kəs, gördüm. O oğlanı gördüm, onunla az qala...gördüm! o an xatırladım səni. O əxlaqsız gülüşü, gözləri necə unutdum... niyə axı?
Artıq boynundan atmağın bir mənası olmadığını anlayan Elvira, başını əyərək pıçıldadı:
- Çünki səni sevdim...
Ayxan qəzəblə:
- Sənə də, sevginə də...-deyib, örtüyü onun üstünə ataraq ayağa qalxdı. Tam əlini qapının dəstəyinə atırdı ki, Elvira arxasıyca qışqırdı:
- Hara gedirsən?!
Ayxan ona tərəf çevrilmədən:
- Səncə? Eşşək kimi bağışlanmaq üçün yalvarmağa.
Elvira onun nəyi nəzərdə tutduğunu anlayaraq, cəld ayağa qalxıb, qəzəblə qışqırdı:
- Gedə bilməzsən!
Ayxan əlini dəstəkdən çəkmədən, azca çevrikib, gülümsəyərək dedi:
- Pah, niyə?
Elvira kinayəli bir təbəssümlə:
- Mən bunu istəmirdim, amma məcbur etdin! əgər getsən, bu an Asim babaya zəng vurub, mənə zorla sahib olduğunu deyərəm! əmin ol heç nə edə isbat edə bilməzsən.
Ayxan bir anlıq duruxsa da, ağlına gələn fikirlə gülümsəyib əlini dəstəkdən çəkdi. Elviraya bir anlıq yaxınlaşıb, sakitcə dedi:
- Nə dedin?
Elvira qəzəblə:
- Dedim ki, sənin mənə zorla sahib olduğunu deyərəm- deyə qışqırarkən, Ayxan əlini cibinə salıb, gülümsəyərək dedi:
- Səncə buna inanacaqlar?
- əlbətdə! Hər kəs mənim kimi namuslu, tərbiyəli bir qızın sənin tərəfindən zorlandığına inanar. Həbsxanalarda çürüyəcəksən!
- əlbətdə... Hər kəs mənim kimi namuslu, tərbiyəli bir qızın sənin tərəfindən zorlandığına inanar. Həbsxanalarda çürüyəcəksən...

elvira az öncə dediklərini təkrar eşitdiyinə təəccüblənərkən, Ayxan gülümsəyərək telefonu cibindən çıxarıb, onun gözü qabağına tutaraq:
- Bunun üçün təşəkkür. Gələn də səni bu evdə görməyim, yoxsa...- deyib, arxasını dönərək evdən çıxdı.
Elvira isə sadəcə yerə çöküb, qəzəb və kədərlə ağlayırdı...

Xədicə anasına bayaqdan niyə Jaləgildə qaldığını izah etməyə çalışırdı. Jalənində köməkliyi ilə, sonunda anasını inandırıb, mövzunu dəyişmək üçün dedi:
- Ana bəs demədin axı niyə gəldiyni?
Məlahət xanım yerini rahatlayıb, yüngülcə öksürərək sözə başladı:
- Qızım sənə xeyirli bir qismət çıxıb.
Xədicənin bir anliq ağlına Ayxan gəlsə də, “ola bilməz”- deyə pıçıldayıb, soruşdu:
- Nə qisməti ana?
- Bizim kənddəndi elə. Rasimi tanıyırsan hə? Bizim qonşumuzun oğlunu deyirəm.
Xədicə bir anlıq ağlına uşaq vaxtı bir yerdə oynadıqları, hər şeydən ağlayan Rasimi gətirərək, gülümsəyərək dedi:
- O gözünün suyu ovucunun içində olanı deyirsən?
Məlahət xanım ciddi bir üz alıb:
- O indi böyüyüb, oxuyub, yaxşı maaşı olan yerdə işləyir. Sənin üçün əla qismətdi ee qızım. Deyir ki, qız oxuyub qurtarana kimi gözləməyə razıyam, işləməyə qoyacam. Yəni razısansa...
Xədicə elə ağzını açıb, “yox” demək istəyirdi ki,(müəllif: Cəmilə Məmmədli) Jalənin him-cimlə onu çağırdığını görüb, ayağa qalxdı. Anasına bir bəhanə uydurduqdan sonra, Jalənin arxasıyca qapının ağzına gəldi. Qapını açdıqda əlində gül olan Ayxanı görüb, yenə örtmək istəyirdi ki, Ayxan cəld qapını əli ilə tutub:
- Qulaq as- deyib, yazıq bir baxışla ona baxdı.
Xədicə qollarını sinəsində çarpazlayıb, küskün bir ifadə ilə dedi:
- Nə deyəcəksənsə tez de...
Ayxan çiçəyi sinəsinə sıxıb, gunahkar uşaqlar kimi dedi:
- Bilirsən mən bir eşşəyəm.
- Bilmədiyim bir şey söylə.
- Hmm. Səni amma çox sevirəm.
- Pah!
Ayxan artıq əsəbləşsə də, özünü cilovlayıb:
- Mən hər şeyi öyrəndim, sənə inanmadığıma görə üzr istəyirəm.
- Mənə nə?
Ayxan artıq dözə bilməyib, buketi aşağı endirərək:
- Xədicə niyə belə eliyirsən? Çox peşmanam, görmürsən. həm biz bir-birimizə aidik- deyib, onun gözlərinə bic-bic baxdı.
“axmaq! Gör necə də əmindi onu bağışlayacağıma! Bəzi şeylər belə asan olmur”-deyə düşünən Xədicə, göz ucu ilə içəri baxıb, soyuq səs tonu ilə dedi:
- Heç də belə! Mənə elçi düşüblər xeyirli yerdən.
Ayxan qəzəblə yumruğunu sıxıb, ozünü güclə cilovlayaraq:
- Nə olsun ki? Dünən gecə bizim keçi kimi inadkar babamız “Nur da, Nur” deyə dirəşməsə idi, indi bizim elçimiz ola bilərdi.
Xədicə onun gözlərinə baxıb:
- Gecikdin. Artıq mən qəbul elədim. Məni həmişə yalançı hesab edən biri ilə evlənməkdənsə, tanımadığım biri ilə evlənərəm.
Ayxan bir anlıq özünü itirib əli ilə divardan tutdu. Xədicənin sözləri bir az ağır olmuşdu.
Xədicə də bunun fərqində idi, amma əzilən qürürunun acısını unuda bilmirdi.
Ayxan başını qaldırıb Xədicənin kədərlə özlərini yerə dikdiyini gördük də, gülümsəyərək:
- Görərik..- deyə pıçıldayım, səssizcə çevrilib getdi.

X\ədicə qapını örtüb, gözündən axan yaşları silərkən, Ayxan yolun ortasında dayanıb telefonu cibindən çıxardı. kiməsə zəng edib, danışmağa başladı:
- Alo, Elman... yox Roma papasıdı... çox danışma, mənə sənin maşının lazımdı.... aclıxdı, ailəvi olaraq yeyəcəyik... indi bu dəqiqə gətirirsən dediyim yerə...
Ayxan adresi də dedikdən sonra zəng sonlandırdı. Telefonu əlində saxlayıb tərəddütlə ekrana baxdı. “başqa çarəm yoxdu” – deyə pıçıldayıb, hələ dünən eşitməsinə baxmayaraq, beyninə qazınmış nömrəni yığdı...

Müqəddəs "virgin"Donde viven las historias. Descúbrelo ahora