Bölüm 18

218 26 2
                                    

Bu həyatda uğrunda mübarizə edəcəyimiz o qədər çox şey varki... xəyallarımız, arzularımız, məqsədlərimiz... bəs sevgimiz? Sevgimiz uğrunda hara qədər mübarizə aparmaq lazımdı? Bəzən vaxtında təslim olmaq, elə özü bir qalibiyyətdir.

Xədicə Ayxanla söhbət edərkən vaxtın necə keçdiyini anlamamışdı. Birdən divardakı saata gözü sataşdı. Cəld ayağa qalxıb, təlaşla:
- Nə?! Nə vaxt 8 oldu? Dərsə gecikəcəm-deyib, öz otağına tərəf qaçmaq istəyirdi ki, Ayxan qolundan tutaraq, onu saxlayıb dedi:
- Dərsdən sonra görüşəcəyik?
Xədicə əlini çəkib, başdan sovmaq uçun:
- Hə, hə. Mütləq. – deyib, getdi.
Ayxan masaya dirsəklənib, bezgin bir şəkildə:
- Bu dünya da, öz evində yaşayan sevgilisi ilə belə adam kimi görüşə bilməyən ilk axmaq mənəm yəqin...

Xədicə otağına keçib, cəld hazırlaşmağa başladı. Yatmış görünən Nuru oyatmamaq üçün əlindən gəldikcə yavaş hərəkət edirdi.(müəllif: Cəmilə Məmmədli) Sonda inanılmaz bir sürətlə hazırlaşıb, çarpayısın üstündəki telefonu götürdü. əlində 2-3 saniyə saxlayıb, “bu niyə istidi”- deyə düşünsə də, “yəqin xarab olur” – deyib, çantasına atdı. O otaqdan çıxdıqdan sonra Nur çarpayıdan qalxıb, otaqdan çıxdı.
Qonaq otağına gəlib, Ayxanın hələ də orda olduğunu gördükdə üzünə məsum bir ifadə verib içəri keçdi. Ayxana burda olduğunu bəlli etmək üçün incə bir səslə dedi:
- Sabahın xeyir. Səhər yeməyi hazırlayım?
Ayxan başını qaldırıb, Nurun gülümsəyərək ona baxdığını görüb, qeyri-iradi gülümsədi:
- Sənin də. Əziyyət çəkmə.
Nur:
- Nə əziyyəti? 5 dəqiqəyə hazırlayaram. Işə ac getmə - deyib, utanaraq başını aşağı saldı.
Ayxan indi yadına düşmüş kimi əli ilə başını tutub “ oyda, iş lap yadımdan çıxıb. Bu Xədicə gələndən ağlımda heç nə qalmır”- deyə düşünərkən, birdən diqqətini Nurun əsnəməsi çəkdi. Bir ev sahibi kimi soruşdu:
- Rahat ola bildin? Bir az yuxusuz görünürsən.
Nur utanaraq, başını aşağı salıb:
- Eviniz çox rahatdı. Amma bir az yuxusuzam. Çünki Xədicə bacı bütün gecə tel- deyib, cəld əli ilə ağzını tutub davam etdi:
- Yəni yerimi dəyişdim deyə oldu.
Ayxan Nurun ağzından qaçırdığı sözləri eşitsə də, özünü eşitməməzliyə vurub qaşlarını çataraq ayağa qalxdı:
- Sən qonaqsan, özünü yorma. Hələlik- deyib, evdən çıxdı.
Nur onun arxasıyca baxıb gülümsərkən, Xədicə heç nədən xəbərsiz dərsdə oturub Jaləyə olanları sevinclə danışmaqla məşğul idi...

Ayxan universitetin qapısı ağzında Xədicəni gözləyirdi. Nurun dediklərin unutmasa da, o qədər də vecinə almırdı artıq. Tez-tez qolundakı saata baxıb öz-özünə deyinirdi. Sonunda Xədicənin qapıdan çıxdığını görüb, əsəbiliklə dedi:
- Harda qaldın?
Xədicə təəccüblə çiynini çəkib:
- Dərs indi qutardı mən neynim?
Ayxan günahkar kimi gülümsəyib:
- Bu ağlıma gəlməyib- deyib, Xədicənin əlindən tutaraq davam etdi:
- Onda gedək.

Yol boyunca danışıb, gedərkən birdən Xədicənin telefonuna zəng gəldi. Xədicə dayanıb telefonu çantasından çıxararkən, Ayxan da dayanıb maraqla ona baxırdı.
- Alo..Alo...kimdir? aloooo.
Xədicə nə qədər danışsa da, xəttin digər tərəfindəki cavab vermirdi. Sonunda Xədicə telefonu söndürüb çantasına atdı. Ayxan maraqla:
- Kim idi?
- Bilmirəm, cavab vermədi. Nömrədə gizli idi.
Ayxan əsəbi bir gülümsəmə ilə:
- eləmi? Axmağın biridi yəqin.- deyib, Xədicənin əlindən tutaraq arxasıyca çəkdi.

Onlar gedəcəkləri yerə çatdıqda, Ayxan hər şeyi unutmuş kimi görünürdü. Bol-bol gül-çiçək olan bir çəmənlik idi burası. Ayxan əli ilə ətrafı heyran olmuş kimi dayanan Xədicəyə göstərib, gülümsəyərək dedi:
- Həə, kənd qızı, səni bu çəmənliyə keçi kimi doyunca atıl-düş deyə gətirmişəm.
Xədicə əsəbiliklə ona baxıb:
- Axmaq!
Ayxan yüngülcə gülüb, onu arxadan qucaqlayıb, çənəsini Xədicənin çiyninə qoyaraq qulağına pıçıldadı:
- Xoşuna gəlmədi ki? Bura sənin kimi gözəl çiçəklərlə doludur. Nə vaxt sənin gülümsədiyini görsəm, burdakı çiçəklər yadıma düşür həmişə. Eyni saflıq, eyni təravət və eyni gözəllik...
Xədicə utanaraq başını aşağı saldı, birdən ani bir hərəkətlə Ayxanı itələyib, təlaşlı bir halda:
- Hə, nolsunki?- deyib, qızaran yanaqlarını gizlətmək üçün üzünü çevirdi.
Ayxan halsız bir vəziyyətdə yerə çöküb, yazıq-yazıq:
- Bir dəfə. Bircə dəfə pozma...
Elə bu vaxt Xədicənin telefonu çaldı. Xədicə telefonu çantasından çıxararkən, artıq dözməyən Ayxan dedi:
- Kimdi?
- Bilmirəm. Gizli nömrədi yenə.
Ayxan zorla gülümsəyərək:
- Ver mən açım – deyib əlini uzatdı.
Xədicənin verdiyi telefonu qulağına aparıb, açdıqda:
- Alo. Xədicəm indi danışa bilərik?
Ayxan cavab vermədən donub qalsa da, səhərdən güclə gizlətdiyi qəzəb qarışıq qısqanclığı artıq gözlərindən oxunurdu...

Müqəddəs "virgin"Où les histoires vivent. Découvrez maintenant