Bölüm 11

205 27 3
                                    

Biz insanlar, kiçik oyunlarımız və başımıza
açdığımız böyük bəlalarımız...
Ayxan Xədicəyə heç bir qaçış yolu vermədən divara sıxışdırmışdı. Gözlərini ona dikib bir cavab gözləyirdi. Xədicə isə onun gözlərinə baxa bilmədiyi üçün başını aşağı salmışdı. Cavab verməli idi ve sonunda özünü toplayıb, pıçıldadı:
- Hər şeyi bilirsən hə?
- Hə.
- Necə anladın?
- Səhər sənin Jalə ilə danışdıqlarını eşitdim. Onsuzda şübhələnirdim.
Xədicə divara daha da qısılıb, pıçıldadı:
- Bağışla, mən...
- Sənə nifrət edirəm!
Xədicə bunu gözləsə də, eşitmək düşündüyündən də ağır olmuşdu. Özünü itirib, divarın dibinə çökürdüki, Ayxan onunçiynindən tutub, özünə çəkərək qulağına dedi:
- Sənə nifrət edirəm! Eşidirsən? Nifrət, sadəcə nifrət. Mələk donuna bürünmüş iblis. Mənim hisslərimləoynadın. Doyunca əyləndin heç olmasa?
Xədicə Ayxana qısılmış vəziyyətdə titrəyirdi. Buna dözmək ona axır gəlirdi. Qəhər onu boğduğu üçün, bir şey də deyə bilmirdi. Ayxan Xədicənin ona qısıldığını hiss edib, onu divara itələdi. Çənəsindən tutub, üzünə baxmağa məcbur edərək qışqırdı:
- Cavab ver! Doyunca əyləndin?! Hə?! Onda əvəzin ödə! Sən də məni əyləndir! Məni bu vaxta qədər axmaq yerinə qoyduğun üçün buna məcbursan!- deyib daha da Xədicəyə yaxınlaşdı.
Xədicə qorxudan divara elə qısılmışdı ki, bir az da çalışsa divarın digər tərəfinə keçərdi. Ayxan ona dodaqlarına toxunacaq qədər yaxınlaşıb, pıçıldadı:
- Mənimlə oyun-oynamağa cəsarəti olan qız, indi qorxudan divarı dəlib keçəcək az qalsın. Sənə nifrət edirəm – deyib, onu buraxaraq geri çəkildi.
Bayaqdan Ayxanın onu tutması sayəsində ayaq üstə duran Xədicə, indi müvazinətini saxlaya bilməyib, yerə çökdü. Sanki bu onu özünə gətirmiş kimi, cəsarətlənib dedi:
- M-mən səninlə oynamaq üçün elə davranmırdım. Gəldiyim gün Asim baba ilə danışdıqlarını eşitdim. Düşündüm ki, əgər dünyada həqiqətən də saf olan bir qız görsən, bunun əslin də o qədər də yaxşı bir şey olmadığını anlayarsan. Belə olacağını bilmirdim. Sən mənə... mən də sənə aşi...
- Kəs!- deyə qışqırıb, onun sözünü kəsən Ayxan bir addım irəli gəldi. Xədicə qarşısında əlləri cibində durub, onu süzən Ayxana qorxu və kədər qarışıq gözlərlə baxdı.(müəllif: Cəmilə Məmmədli) O yerdə olduğu üçün, Ayxanın üstdən aşağı baxışları daha qorxunc gəlirdi. Ayxan azca əyilib, onu qolundan tutaraq qaldırdı. əllərini divara dirəyərək, pıçıltı ilə:
- Mənə aşiq olduğunu deməyə cəsarət etmə. Çünki buna inanmıram- deyib, divara bütün gücü ilə yumruq vuraraq qışqırdı:
- Başa düşdün?!!!
Xədicə:
- Amma mən həqiqətən..-demək istəyirdi ki, Ayxan barmağını onun dodağının üstünə qoyub, “sus” işarəsi etdi. Xədicə susub, başını aşağı salırdı ki, Ayxanın gözünün önündəki əlindən qan süzüldüyünün fərqinə vardı. Cəld başını çevirib. Divara baxdıqda qan ləkəsindən hər şeyi anladı.
Özünü güclə toplayıb, pıçıltı ilə:
- Əlin qanayır- deyib, Ayxanın əlini tutmaq istəyirdi ki, o əlini çəkib sərt bir şəkildə dedi:
- Toxunma mənə!
Xədicə yalvaran bir tərz də:
- Qoy yaranı bağlayım. Xahiş edirəm - deyib,Ayxanın əlini tutub, məsum bir şəkildə ona baxdı.
Ayxan sanki yumşalıb, əlini çəkmədən üzünü yana çevirdi. Lakin elə bu an, dayanmadan döyülən qapı və:
- Xədiş, aç qapını! Yaxşısan orda?! Xədicə!!! 
Səsin sahibini tanıyan Ayxan qəzəblə Xədicəyə baxıb. Onun əlini sərt bir şəkildə sıxaraq özü ilə çəkməyə başladı. Qapını açıb, Xədicəni az qala Jalənin üstünə ataraq:
- Onu apar burdan!- deyib, qapını çırpdı.
Kürəyini qapıya söykəyib, dərindən nəfəs aldı (müəllif: Cəmilə Məmmədli) Qanayan əlinə baxaraq, pıçıldadı:
- Bu səfeh qız ucbatından, bircə özümü yaralamadığım qalmışdı. Görəsən başıma başqa nə oyunlar açacaq?.- deyib, gülümsəyərək davam etdi:
- yaxşı aktrisa ola bilərsən, amma qarşındakı təcrübəli aktyordu. Oyun elə olmaz, belə olar müqəddəs virgin və hələ indi başlayır...
Jalə ağlayan Xədicəni qucaqlayıb, təsəlli etməyə çalışırdı gəldikləri andan bəri.
- Xədiş bəsdi də, ağlama hər şey düzələcək. Valla.
Xədicə göz yaşlarını əlinin tərsi ilə silib, dedi:
- Mən yaxşıyam. Bağışla Jalə, onsuzda eviniz balacadı, bir də mən yük oldum.
Jalə gülümsəyərək, onu qucaqlayıb:
- Dəli. Elə ilk gündən bizə gəlməli idin. Bizə gəlsəydin. Bəlkə də hər şey başqa cür olardı...indi neyniyəsən Xədiş?
Xədicə pıçıltı ilə:
- O mənim onu sevdiyimə inanmır- deyib,qətiyyətlə davam etdi:
- Amma mən sevgimi ona sübut edəcəm! O axmaq tək əzab çəkənin o olduğunu
düşünməyə belə cəsarət etməsin! Mütləq isbat edəcəm!...

SƏHƏR:
Ayxan döyülən qapını açıb, qarşısında Xədicəni görüb qapını örtmək istəsə də, birdən fikrini dəyişib vecsizcə:
- Gir nəyin varsa götür get- deyib, içəri gedirdi ki, Xədicə onun qolundan tutaraq, sərt bir
şəkildə dedi:
- Mən səninlə danışmağa gəlmişəm.
Ayxan çevrilib ona baxaraq:
- Mən səninlə danışmaq istəmirəm.
Xədicə bir addım qabağa gələrək:
- Danışacaqsan!
Ayxan bir addım geri çəkilib:
- Danışmayacam!
- Dedim ki danışacaqsan!
Ayxan:
- Danışmayacam!- deyə qışqırıb, yenə ona tərəf bir addım atan Xədicəyə inad bir addımda geriyə atmaq istəyirdi ki, ayağı xalçaya ilişib, müvazinətini saxlaya bilməyərək arxası üstə yerə yıxıldı. Xədicə hələ də Ayxanın qolundan tutduğundan, o da Ayxanın üstünə yıxıldı. Buna qəzəblənib:
- Dedim ki danışacağıq! Mənim əmrlərimə itaət et və yerindən tərpənmə!- deyə qışqırdı.
Ikisi də yerdə, əslin də uyğunsuz bir vəziyyətdə olduqlarının fərqinə varmadan bir-birlərinə öldürəcəkmiş kimi baxarkən, açıq unutduqları qapının divara çırpıldığını eşitdikdə donub qaldılar. Kənardan necə göründüklərinin fərqinə varmışdılar...

Müqəddəs "virgin"Where stories live. Discover now