Bölüm 17

267 28 4
                                    

Heyran olduğunuz və ya sevdiyiniz biri üçün nələr edə bilərsiz? Daha gözəl, daha ağıllı olmağa çalışmaq... geyim tərzini, zövqünü dəyişdirmək... bəs tamamı ilə dəyişmək? Ya da ən azından elə görünmək...

SƏHƏR:
Xədicə qonaq otağındakı masanın oturacağına əyləşmiş şəkildə fikrə getmişdi. Dünən Nurun dediklərin zarafata salıb, gülüb keçsə də, əslində bütün gecə bunun haqqında düşünmüşdü. Heç nəyi dəqiq bilməsə də, heçdə yaxşı şeylərin baş vermədiyini anlayırdı. Masaya dirsəklənib, əllərini üzünün arasına alaraq, öz-özünə pıçıldadı:
- Off. Bu qız hardan çıxdı axı. Mən heç nədən əmin deyiləm. Heç Ayxanın sevgisindən belə...-deyib, kövrəlmiş halda başını masaya qoydu. Öz-özünə mızıldanarkən, birdən çiyninə kimisə toxunduğunu hiss edib, cəld dikəldi. Ayxanın ona gülümsəyərək baxdığını görüb, təəccüblə soruşdu:
- Sənin burda nə işin var?
Ayxan onun yanına oturub, çiynini çəkərək dedi:
- Bura mənim evimdi səfeh.
- Özünsən.
Ayxan yenə nə isə demək istəsə də, Xədicənin bir az kefsiz olduğunu görüb susdu. Həmişə gülümsəyən üzü, bu gün nədənsə solğun görünürdü. Ayxan buna daha dözməyib, qolunu Xədicənin boynuna atıb, onu özünə çəkərək gülümsəyərək dedi:
- Ey, səhər saat 6-da niyə durmusan?
Xədicə Ayxanı itələməyə çalışaraq:
- Sənə nə? Istəyərəm lap 4-də duraram. Burax məni.
Ayxan Xədicəni daha da özünə sıxıb:
- Pah, bəlkə heç yatmayasan? Narahat olma, babam sübh namazına dura bilməsi nadir hadisədi. Heç kəs görməz yəni.
- Ey, heç kəs görmür deyə, səkkiz ayaq kimi yapışmalısan? Çəkil!
Ayxan onu buraxaraq: 
- Hormonsuz rahibə- deyib, incimiş kimi dayandı. Xədicənin gülümsədiyini görüb, hiyləgər bir təbəssümlə dedi:
- Bu gün hara gedək sevgilim?
Xədicə əsəbiliklə:
- Mən hardan sevgilin oldum?
Ayxan
- Dəlisən? Səni öpmeşəmsə, artıq sevgilimsən. Bəlkə yadından çıxıb? Yaddaşını təzəliyim deyib, bic bir təbəssümlə Xədicəyə yaxınlaşdı.
Xədicə Ayxanın nəyi nəzərdə tutduğunu anlayaraq, bir az geri çəkilib, təlaşla dedi:
- Ehtiyac yoxdu!
Ayxan onun bu reaksiyasına gülümsəyib, özündən razı bir halda dedi:
- Özün bil. Məni istəmirsənsə talibim çoxdu yəni.
- Nə?
- De bu bizə gələn yeni qız. Babam onu mənə almaq istəyir.
Ayxan Xədicənin bayaqdan gülən üzünə birdən kədər çökdüyünü görsə də, bundan zövq aldığı üçün oyununa davam etdi. əllərini masaya qoyub, sanki ciddi bir şey düşünürmüş kimi irəli baxaraq davam etdi:
- Babamın dediyinə görə çox ağıllı, tərbiyəli bir qız imiş. Əlindən də hər iş gəlirmiş. Bidə başıbağlı, evdən çölə elə çıxmayan bir qız imiş. Düzün desəm həmişə belə bir qız arzulamışam...
Xədicə artıq dinləməyi kəsib, başını aşağı salaraq eşidilməyəcək tonda pıçıldadı:
- Bilirdim...
Birdən Ayxan onu çiynindən çəkib özünə sıxaraq, gözlərinə baxıb dedi:
- Amma indi arzularımdakı, xəyallarımdakı qız başqadı. Bir az çoxbilmiş, bir az səfeh və bəzən tam bir hormonsuz rahibə- amma mənim aşiq olacağım qədər mükəmməl biri.
Xədicə eşitdiyi sözlərdən şoka düşmüşdü sanki. Ayxanın gözlərindən gözünü çəkə bilmirdi. Birdən onun azca başını əyərək, ona yaxınlaşdığını görüb cəld onu itələyərək dedi:
- Neynirsən?
Ayxan az qala stuldan aşarkən, özünü güclə tarazlayıb Xədicəyə öldürəcəkmiş kimi baxaraq:
- 1 milyon! Təkcə Azərbaycanda 1 milyon qız var və mən ən duyğusuzuna aşiq oldum! Bir anı da pozmasan, şoka girib ölərəm- deyib, bezgin bir şəkildə başını masaya qoydu.
Xədicə etdiyinə peşman olmasa da, Ayxanın küskün halına dözməyib şirin bir səslə soruşdu:
- Bəs bu gün harasa getməyək?
Ayxan cəld dikələrək, sevinclə:
- Kinoya?
- Mümkünsə daha az qaranlıq və tənha yer olsun.
- 0-5 yaş arası üçün olan park?
- Ola bilər.
- Hormonsuz rahibə!

5 İL ƏVVƏL:

Elvira son dəfə aynada özünə baxdı. Qısa olan ətəyi və ipli koftası bir-birinə uyğun görünürdü. Öz qırmızı dodaq boyasın çəkdikdən sonra otağından çıxdı.(müəllif: Cəmilə Məmmədli) Babasının otağının yanından keçərkən, səs eşidib dayandı. Bezgin bir şəkildə:
- Of. Babam yenə yığıb da mollaların evə- deyib, ağlına gələn fikirlə hiyləgərliklə gülümsədi. Qapını döymədən içəri keçib, hər zaman etdiyi kimi babasını dostları yanında öz geyimi ilə utandırmaq istədi. Amma donub qalmışdı. Görməyə öyrəşdiyi qoca adamlardan əlavə, geydiyi ağ t-shirtlə çox yaraşıqlı görünən bir gənc əyləşmişdi yerdə. Olduğu vəziyyətdə belə olduqca yaraşıqlı görünməsi bəs deyilmiş kimi, birdə Elviraya baxıb gülümsəmişdi. Elvira artıq nə etməyə çalışdığını unutmuş, sadəcə baxışlarını gənc kilidləmişdi. Birdən başda oturan babası, qəzəbli bir səslə dilləndi:
- Sənin nə işin var burda?
Elvira sanki ayılaraq, qocaların ona baxaraq kiminin təəccüblə, kiminin təəssüflə başını yellədiyini gördü. Ilk dəfə geyimindən utanaraq, divara qısılıb dedi:
- Mən nə isə istəyirsiz deyə sorusacaqdım...
- Lazım deyil heç nə!
- Bağışlayın, burda harda mağaza var?
Elvira cəld başını qaldırdıqda, həmin gəncin ayağa qalxdığını gördü. Yaranan fürsətə sevinərək, babasına imkan vermədən:
- Mən sizi apararam. Yol biraz qarmaşıqdı.
Gənc bir saniyəlik, onun babasına baxaraq, ona çevrilib gülümsəyərək dedi:
- Təşəkkür.

Yol boyunca tək kəlimə etmirdilər. Hər zaman ağlından keçəni söyləyən Elvira, bu an danışmağa utanırdı sankı. Sonunda özünü toplayıb, dedi:
- Sizdə babam kimi namaz qılansız?
- Sayılmaz. Babamla gəlmişəm bura. Dini söhbətlər bir az maraqlı gəlsə də, bu qocalar çox yavaş danışırlar.
Gəncin o qədər də dindar olmadığına sevinən Elvira, cəlb edici bir səs tonu ilə dedi:
- Yəni siz də bu kimi şeyləri mənasız görürsüz.
Gənc gülümsəyərək ona baxıb:
- Yox. Özümü hazır hiss edəndə mən də bu “mənasız” dediyiniz şeylərlə məşğul olacam və mutləq dindar birisi ilə evlənəcəm. Bu arada mənim adım Ayxan.
Elvira Ayxanın dediyindən tutulmuşdu. “demək onun tipi elə qızlardı”- deyə düşünüb, qeyri iradi dedi:
- Elvira...

Elvira elə o günün axşamı hər zaman “zövqsüz” dediyi baş örtüsünü taxdı. Anası rus olduğu üçün hər zaman sərbəst böyüyən Elvira, elə o gecə babasının “mənə dini öyrət” sözü ilə sevindirib, Nur olmuşdu. 5 il ərzində o tamamı ilə dəyişib, hər kəsin bildiyi Elviranı yox etmişdi. O artıq Nur idi. Xarici Nur idi, bəs daxili?

Indi Nur və ya Elvira qonaq otağının qapısının arxasında Ayxanın dediyi sözləri dinləyirdi. Onların artıq söhbətlərini bitirdiyini hiss edib, cəld otağına keçdi. Çarpayıya əyləşib, əsəbiliklə yerində yırğalanaraq pıçıldadı:
- Mən onun üçün bu qədər şey etmişkən, bir axmaq qızın onu əlimdən almasına dözə bilmərəm! Buna imkan verməyəcəm!
O nə edəcəyini bilməz bir şəkildə düşünərkən, birdən yandakı çarpayının üstündəki telefon diqqətini çəkdi. Ağlına gələn planla gülümsəyib, ayağa qalxaraq telefonu götürdü...

Müqəddəs "virgin"Where stories live. Discover now