Bölüm 21

156 24 0
                                    


Sevgi hər zaman hər şeyə qalib gəlir. Eşq isə... eşq nədir? Birinə aşiq olmaq. Səsinə, görünüşünə, duruşuna, hətda ağlına belə aşiq olmaq. Sevgi nədir? Birinə aşiq olmaq, inanmaq və hörmət etmək. Sevgi hər şeyə qalıb gəlir. Eşq isə ilk çətinliyin qarşısında təslim olur...

Ayxan səhər oyandıqda, dünən olanları yeni dərk etdi sanki. Yerinin içində dikələrək, əlləri ilə başını tutub, pıçıldadı:
- Mən.. neynədim axı? Gördüm amma, nəyi gördüm? əlini tutduğunu, amma heç də romantik bir halmış kimi görünmürdü. Hətda elə bil o o-o-o...oğlan əziyyət çəkirdi. Amma Nur dedi ki.. off!- deyib, çarpayıya yumruq endirdi. Elə bu an otağın qapısı döyüldü. Ayxan əsəbi olduğundan, köynəksiz olmasına fikir verməyib:
- Gir!- deyə qışqırdı.
Içəri gülər üzlə girən Nur, bir anlıq yerində donub qaldı.(müəllif:Cəmilə Məmmədli) Ayxanın üzünə heyranlıqla baxaraq, heç bir söz demirdi. Onsuzda əsəbi olan Ayxan, bundan bezərək dedi:
- Nə var?
Nur sanki ayılıb:
- Hı? Asim baba səni çağırır- deyib, otaqdan çıxdı.
Ayxan bezgin şəkildə çarpayıdan qalxıb, şkafı açaraq köynəkləri götürüb, ayna da əzələli sinəsinə tutaraq “ Xədicə heç vaxt otağıma girməmişdi. Nur isə... heç də utanmış görünmürdü..” –deyə düşünüb qaşlarını çatdı.

Qonaq otağına keçdikdə, babasının divan da oturduğunu görüb, ona yaxınlaşdı.
- Buyur baba.
Asim babanın halından, nə isə ciddi bir şey deyəcəyi bəlli idi. Lakin sözə başlamağa cəsarət etmədiyindən, sanki bunu düşünürmüş kimi dedi:
- A bala, bu Xədicə hardadı yenə? Valla mən bu işdən baş açmıram. Bir gəlir, bir gedir.
Nurun hər şeyi danışmağa hazırlaşdığını görən Ayxan, cəld onu qabaqladı:
- Rəfiqəsinin ailəsi uzaq bir yerə getməli olublar, o da onu tək qoymamaq üçün təcili getməli oldu. Səndən də üzr istədi baba.
Asim baba kefsiz bir vəziyyətdə:
- Hə. Lap yaxşı. Mən gedim da- deyib, fikirli halda otaqdan çıxdı.
Bunu görən Nur, cəld Ayxana yaxınlaşıb, dedi:
- Sən niyə hər şeyi demədin?
Ayxan üzünü çevirib:
- Çünki o nə də olsa babamın qohumudu, bunu bilməsə yaxşıdı.
Nur əsəbi bir səslə:
- Amma Asim baba o qızın nələr elədiyini bilməlidi. Qoy o da bilsin o qızın əslində əxlaqs...
Ayxan onun sözünü bitirməsinə icazə vermədən, qolundan tutub, dişlərini qıcıyaraq:
- Bunun sənə dəxli yoxdu! Babama və başqasına bir kəlmə belə demə!- deyib, qolunu buraxıb, qəzəblə otaqdan çıxdı.
Nur sərt şəkildə örtülən qapının səsinə diksinib, əsəbiliklə dedi:
- Deməli hələ o ağlındadı hə? Mən onu çıxartmağı bilərəm!...

Axşam Ayxan evə gəldik də, bir-başa öz otağına keçmək istəyirdi ki, 
Nur qonaq otağının qapısından ona səslədi:
- Ayxan.. yemək yeməyəsən?
Ayxan yerində dayansa da, kefi heç olmadığından, arxaya belə baxmadan dedi:
- Ac deyiləm.
- Məndə, amma biraz söhbət etsək? Bütün günü evdə tək çox darıxıram?
Ayxan geriyə çevrilib, etiraz etmək istəyirdi ki, Nurun az qala dolan gözlərini görüb könülsüzdə olsa qonaq otağına tərəf addımladı. O Nurun yanından keçib, divanda oturarkən, Nur da qalib kimi gülümsəyərək, gedib onun yanında oturdu. Ayxan zorla gülümsünüb, dedi:
- Hə, nədən danışaq?
Nur biraz daha ona yaxınlaşıb, gülümsəyərək:
- Məsələn nələrdən xoşumuz gəlir? Mənim özünə inanan, ayaqları üstündə dura bilənlərdən xoşum gəlir.
Ayxan bu suala biraz çaşsa da, birdən ağlına gələn bir şeyə gülümsəyib, dedi:
- Mənim səfeh qızlardan xoşum gəlir...
Nur şoka girmiş kimi dayanıb, özünü toplayıb, süni bir gülümsəmə ilə dedi:
- Axı sənin dindar qızlardan xoşun gəlirdi.
Ayxan birdən təəccüblə Nura baxıb dedi:
- Bunu hardan bilirsən,
- Yəni elə eşitmişəm...
- Ola bilər... o əvvəllər idi. O vaxt sevginin nə olduğunu bilmirdim.
Nur onun Xədicəni nəzərdə tutduğunu bilsə də, özünü o yerə qoymayıb, gülümsəyərək:
- İndi bilirsən hə? – deyib, Ayxanın əlin i tutmaq istəyirdiki, açılan qapının səsinə diksinib, cəld əlini çəkdi.
Lakin bunlar Ayxanın diqqətindən qaça bilməmişdi. Nur suni canfəşanlıqla, gələn Asim babaya qulluq edərkən, Ayxan qaşlarını çataraq, gözlərini ondan çəkmirdi...

Yeməklər yeyildikdən sonra Asim baba sonunda cəsarətini toplayıb, səhərdən bəri demək istədiyi xəbəri verdi:
- Anan bizi qonaq çağırıb. Sabah gedəcəyik.
Masanın ətrafindakı Nur və Asim baba Ayxanın indi qışqırıb etiraz edəcəyini düşünsə də, o əksinə, gülümsəyirdi. Çünki anasını son dəfə gördüyü gün ağlına gəlmişdi. Xədicənin ona verdiyi, daha doğrusu ondan aldığı hədiyyə...
- Yaxşı, gedərik...

SƏHƏR:
Yol boyunca həyacanlı olan Ayxan, evin qarşısına gəldikdə az qala geri dönəcəkdi. Babasının qapını döyməsini gözlərkən, öz-özünə düşündü: “mən niyə razı oldum axı gəlməyə? Of Xədicə, of!! Yanımda olmaya-olmaya belə mənə problem yaratmağı bacarırsan”. Qapının aşılması ilə, özünə gəlib içəri keçdi. Anası nə qədər canfəşanlıq etsə də, ona baxmamağa çalışırdı. Geniş divana əyləşib, başını aşağı saldı. ətrafda gedən sohbəti eşitmədən “ ansm..yəni o qadın çox dəyişib. Uşaq vaxtı onu heç belə gülən görməmişdim. əridə pis adama oxşamır. Of!! Indi sən yanımda olsaydın, daha yaxşı olardı Xədicə. Keşkə belə bir şey etməsəydin. Görəsən doğurdan etmisən? Bəlkə...”
- Çayınız...
Ayxan onu düşüncələrindən insana qəzəblənsə də, güclə gülümsəyib başını qaldırdı. əlində sini dayanan qıza baxıb, güclə udqunaraq pıçıldadı:
- Xədicə?

Müqəddəs "virgin"Tempat cerita menjadi hidup. Temukan sekarang